PDF Oxu

Köşə

  • 1 466

Etibar Məmmədov xarici biznes fəaliyyətini gücləndirir

Etibar Məmmədov xarici biznes fəaliyyətini gücləndirir

Etibar Məmmədov:


Madrid, Lissabonda mayak açaram,

Parisdə Berlində dayaq açaram,

Sonra ABŞ-a da ayaq açaram,

Londonda qurumun düşüb kifə də,


Yusif Bağırzadə:


Yeni ölkələri salıb toruna,

Əlinə keçəni vurur qarına,

Etibar öz məxfi qurumlarına,

Bizi dəvət etmir bircə dəfə də.


Etibar Məmmədov:


Artıq doqquz etdim, mən vahid tamı,

Nuş etdim viskiylə dolu on camı,

Orda yaxşı qurub kommersiyamı,

Baxaram Londonda xeyli kefə də.


Yusif Bağırzadə:


Heç yaraşmasa da Məmişə uğur,

Qərbdən gəlməkdədi qəmişə uğur,

Əsla qazanmamış həmişə uğur,

Bəzən də cəhdləri gedib kəfə də.


Etibar Məmmədov:


Biznes dəyir gözə çox iri kimi,

Dolları alıram əl kiri kimi,

Tanındım AMİP-in lideri kimi,

Biznes qurumlardan çatır şefə də.


Yusif Bağırzadə:


Məqsədi çoxlu pul, hədsiz faydadı,

Londona getməsi adi qaydadı,

Etibarın gözü ayda-çaydadı,

Son vaxtlar az baxır biz tərəfə də.

Etibar Məmmədov:


Ələdim çoxunu bir ələk kimi,

Çoxusu çıxmadı saf mələk kimi,

Kompaniyam artır göbələk kimi,

Mən özüm layiqəm çox şərəfə də.


Yusif Bağırzadə:


Etibar olmaqda köntöy, nataraz,

Qoymarıq ki, olsun yetkiliyə paz,

Etibara qarşı artır etiraz,

Cəzayçün çatıbdı həm ərəfə də.


Etibar Məmmədov:


Bir zaman olmuşdu Kələki təhdid,

Hurisi, qılmanı, mələyi təhdid,

AMİP-i gözləmir, hələ ki, təhdid,

İnanmaq çətindi gic xərifə də.


Yusif Bağırzadə:


O, bizi dolayır şeyk-şeyk deməklə,

Bizim üzümüzə siz peyk deməklə,

Önündə iki qat, ləbbəyk deməklə,

Etibar deyir ki, keç tərifə də.


Etibar Məmmədov:


"Bəy" dövrü qurtarır, "xanlar" işləsin,

Atilla mövqeli hunlar işləsin,

Dedim pul qazanım, bunlar işləsin,

İnandım mən Yusiftək hərifə də.


Yusif Bağırzadə:


Boş-boş qırıldadır, neməti yoxdu,

Gözlə görünəcək zəhməti yoxdu,

AMİP-də adi bir hörməti yoxdu,

Bənzədir özünü Con şerifə də.


Etibar Məmmədov:


Bu fağır, deyəsən, olubdu yağır,

Çöhrəsindən başı azdırma yağır,

Onun sifətindən qızdırma yağır,

Bu mərəz bənzəyir, adi tifə də.


Yusif Bağırzadə:


Tülkü tək burnunu hisləsən əgər,

Bir il danışaraq pisləsən əgər,

Ondan, ucuz bez də istəsən əgər,

Bu həpənd heç qıymaz adi lifə də.


Etibar Məmmədov:


Xəyalı sürətlə uçan cipdədi,

Yusif elə bilir AMİP "İP"-dədi,

Yazığın bir gözü əldə, cibdədi,

Bunu inandırdım yalan mifə də.


Yusif Bağırzadə:


Çox zaman əlindən çıxıbdı xata,

Bir uğur gətirməz ona bu ada,

Yəqin çox dayanmaz Albionada,

Pul üçün çırpılar iti rifə də,


Etibar Məmmədov:


"DUİ"-də naharı Əhmədlə yeməz,

Ağıllı yetkili töhmətlə yeməz,

Hətta çörəyi də zəhmətlə yeməz,

Bunlar öyrəniblər haram, müfə də.

Yusif Bağırzadə:


İstədiyi kəsə pulu bol atar,

Mənim kimisinə ancaq nol atar,

Qərbdə hər sənədə dərhal qol atar,

Gözucu da baxmaz heç qrifə də.


Etibar Məmmədov:


Bu cür yetkililər adam basdırar,

Çoxunda siyasət yox, düşüncə dar,

Yanımda Londona tərif yağdırar,

Həm maraq göstərir o, erefə (RF) də.


Yusif Bağırzadə:


Başı çox dəyibdi zərb azmanına,

Gedir mütəmadi hərb azmanına,

Gözləri zillənib Qərb azmanına,

Gözündə cənnətdi kasıb Kufə də.


Etibar Məmmədov:


AMİP-də təminat verdim hər bəyə,

Aludə olmadım məzəyə-meyə,

Yaxşı kampaniya yaradım deyə,

Qoşula bilərəm güclü səfə də.


Yusif Bağırzadə:


Sifariş versələr deyərdi ağı,

Başa düşə bilmir keçibdi çağı,

Çox zəif olsa da roman yazmağı,

Qonşular Petrova, hətta İlfə də.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər