PDF Oxu

Köşə

  • 1 145

Eynullanın bələkdə içdiyi süd və “pəh-pəh” deyən ermənilər

Eynullanın bələkdə içdiyi süd və “pəh-pəh” deyən ermənilər

Bu dünyada çox özündən və sözündən bixəbər dəyyuslar var. Elələri də var ki, onların nəinki özlərindən, heç bəlkə də əmdikləri süddən də xəbərləri yoxdur. Çünki zamanında onlara verilən südün daxili komponentində bir Allah bilir ki, hansı şərəfsizlik qatqıları mövcud olub. Görəsən, Eynulla Fətullayev hələ çıqqılı olarkən həmin komponentli süddən nə qədər içib?

Məncə, çox, özü də lap çox. O qədər çox ki, indi Nyu-Yorka gedərək suyunu içib, çörəyini yediyi Azərbaycana qarşı bişərəf çıxışlar edir, həmin çıxışlarına görə, üstəlik, media mükafatı da alır. Hətta deyərdim ki, 55 erməninin və conlarla mayklların qarşısında məruzə edərkən, onun ağzından hələ də cıqqılı vaxtı ona verilən südün tərkibindəki şərəfsizlik komponentinin iyi-qoxusu gəlirdi. Dəyyusdakı "kəramətə" bax!

Özünü-sözünü, şərəfini, ləyaqətini, heysiyyətini, qeyrətini və izzətini pula satan Eynulla dəyyusdan başqa heç nə gözləmək olmazdı. Bu gün müxalifət qəzetlərinin kandarlarında özünə yer eləyən bu dəyyus qürrələnərək, deyir ki, ay əhali, bir gör mənə nə mükafatı veriblər?! Bir görün çörəyini yeyib, suyunu içdiyim Azərbaycan əleyhinə ağzıgöyçəklik edəndə mənə kimlər çəpik çalıb?! Bir görün mən nə qədər alçaq və binamusam ki, məruzəmdən sonra ermənilərlə bir qaşıqdan şorba içdim, bir qədəhdən də araq guppuldatdım! Amma burada da Eynullanın hansısa hərəkətindən təəccüblənmək yersizdir. Bir "adam" ki, vaxtilə Xocalı kimi dərdisilinməz milli faciənin ermənilər tərəfindən törədilmədiyini car çəkir, müqabilində filan qədər valyuta alaraq, ermənilərlə dodaq-dodağa öpüşür, ondan daha hansı qəbahəti gözləmək olar? Amma olar. Ondan daha elə qəbahətlər gözləmək olar ki, öncəkiləri bunların yanında toy-bayramlıq qəbahətlərə çevrilər. Ermənilər bizim "Kambar belə Kambardı" dedikləri kimi, ermənilərin Eynullası da məhz belə biqeyrət Eynulladı!!!

Bir də ki, bu "adama" Nyu-Yorkda verilən media mükafatı onun üçün və onu "qəhrəman" hesab edənlər üçün hansı mənanı verirsə versin, şəxsən mənim üçün bu mükafatın bir adı var - DƏYYUSLUĞA görə verilən ALİ ŞƏRƏFSİZLİK mükafatı. Çünki Eynulla bütün bu ŞƏRƏFSİZLİKLƏRƏ aid olacaq qədər bir bədbəxt "insandır". O, fizioloji, antropoloji və anatomik baxımdan insanlar qrupuna aid canlı bənzərində olsa da, onun xislətində, təfəkküründə, varlığında bir qram da olsun insanlıq məfhumu mövcud deyil. Və əslində, ona görə Eynulla adının arxasınca adam, insan sözləri yazılarkən, həmin sözlər dırnaq arasına alınır. Heç olmasa bu baxımdan sağlam düşüncəli insan, cəmiyyət toplumundan təcrid edilir Eynulla şərəfsiz...

Sonda onu da yadımdan çıxarmamış deyim ki, bu "adamın" yanında dayanan və ondan heç də fərqlənməyən "insanlar" da, görünür, yuxarıda qeyd etdiyim süddən dadıblar. Əks halda onlar da Eynulla kimi binamus olmazdılar! Ancaq gecdir. Çünki hələ çıqqılı vaxtlarında, bələklərində olarkən içdikləri mənşəyibilinməz süd onların murdarlaşmış, xəbisləşmiş qanlarına çoxdan hopub...

Digər xəbərlər