Əhməd Oruc:
İndi sağlıqlara deyilir bokal,
Qərbdə də bəm üstə çalınır vokal,
Sanki səfərbərlik edib radikal,
"Vahid namizəd"lik həvəsi artıb.
Yusif Bağırzadə:
İfrat zilə qalxıb, onlarda pəs yox,
Elektoratlardan verilən səs yox,
Mən AMİP sədriyəm, bizdə həvəs yox,
Onların namizəd qəfəsi artıb.
Əhməd Oruc:
Sərdarı, İqbalı, Laləsi, bəli,
Namizəd olmaqçün atıb təməli,
Burun sallayıblar İsaynan Əli,
"İP"-də də bəduğur nəfəsi artıb.
Yusif Bağırzadə:
Rauf da, Arif də bu yolla gedər,
Əli Əliyev də çırpınar hədər,
Radikal çöhrələr saçmaqda kədər,
Ərəbin faciə Kufəsi artıb.
Əhməd Oruc:
Canilər bəyənmir Nahidi indi,
Çeynəyib töküblər Vahidi indi,
Qərb təyin eləyir zahidi indi,
Radikalın rindi, sufisi artıb.
Yusif Bağırzadə:
Siyasət onlarçün bir oyun olub,
Radikal kütləşib zır qoyun olub,
Bosslar yenilikcə pul boyun olub,
İfratın pitisi, küftəsi artıb.
Əhməd Oruc:
Qışqırırlar - bayır, küçə bilmirlər,
Namizəd adından keçə bilmirlər,
Özlərinə lider seçə bilmirlər,
İfratın kəfəni, mafəsi artıb.
Yusif Bağırzadə:
Xaric gətirməkdə bizə tufanlar,
Artıb sıralarda dollar qapanlar,
İndi sevinməkdə Aristofonlar,
İfratların komik Lütfisi artıb.
Əhməd Oruc:
Qərblə hər işini şən, ilıq edir,
Bosslarına min naz, həm qılıq edir,
Radikal liderlər mollalıq edir,
İsa, Əli kimi müftisi artıb.
Yusif Bağırzadə:
İfratlar ilk olub iflası döyən,
Çoxalıb narıncı libası döyən,
"Vahid namizəd"lik davası döyən,
"İP"-in də bol lider itkisi artıb.
Əhməd Oruc:
Namizədlik eşqi geniş max alıb,
İsa bəy bosslardan pulu şax alıb,
Qazanc dairəsi xeyli yuxalıb,
Milli mentalitet "İP"-də yoxalıb,
Qərbin liberallar bitkisi artıb.
Yusif Bağırzadə:
Bossun radikala dəstəyi mütləq,
İfratların Qərbdə özəyi mütləq,
Xaricdən pul almaq istəyi mütləq,
"İP"-də qurumların çyotkisi artıb.
Əhməd Oruc:
Yalnız maliyyədə ifrat fərağı,
Qərb pul verib, ruslar süzüb arağı,
Artırıb bizlərdə xaric marağı,
Burda pula həvəs metkisi artıb.
Yusif Bağırzadə:
Rus qəfil soruşdu: "Zaçem plakal?"
Radikallar dedi: "Azdı skandal"
Əsla qane olmaz bizim radikal,
Pulla dolu bossun vahəsi artıb.
Əhməd Oruc:
Süstləşib qrantsız durumlarımız,
Xariclə əlləşir torunlarımız,
Bütün müxalifət qurumlarımız,
Xristian Qərbi sahəsi artıb.
Yusif Bağırzadə:
Hər biri yanında qərbli həyanın,
Onlara deyən yox, bircə dayanın,
İfrat namizədi arzulayanın,
Son vaxtlar kükrəyən gur səsi artıb.
Əhməd Oruc:
Bossların bağından gül dərənlərin,
Əlbəttə, gedərdi işləri sərin,
Bizlərə az qrant göndərənlərin,
Zili olmasa da, bəm pəsi artıb.
Yusif Bağırzadə:
"İP"-çilər dönübdü öz məzhəbindən,
Bosslardan ayrılan çıxıb kəbindən,
Kim sərvət toplayıb Qərbin cibindən,
Qapısında küknar, vələsi artıb.
Əhməd Oruc:
Vurulub ölkənin pirinə möhkəm,
Qərq olublar "İP"-in kirinə möhkəm,
Bossu salmaq üçün girinə möhkəm,
Hər bir radikalın tələsi artıb.
Yusif Bağırzadə:
Güclü qüvvəsi də tən zəifinin,
Pullar güclüsünün, dən zəifinin,
"İP"-çi radikalın ən zəifinin,
Qüssədən çox ağır şələsi artıb.
Əhməd Oruc:
Yolunu gözlərlər Herkel, Qrossun,
Nolar, qoy onların dediyi olsun,
Bizim radikallar, zəhərli bossun,
Zəif qurbağası, gələzi artıb.
Yusif Bağırzadə:
Onlar hədəfində buğalarının,
Əsiri erməni dığalarında,
Hər biri xarici ağalarının,
Tələsinə düşmüş, dələsi artıb.
MİRZƏ QƏRƏNFİL