PDF Oxu

Köşə

  • 988

“Altılar”dan qalma “Beşlər” dağılma həddindədir

“Altılar”dan qalma “Beşlər” dağılma həddindədir

Sərdar Cəlaloğlu:


Heç xoşuma gəlmir İqbalın sözü,

Əvəz, Lalə çəkir önünə közü,

Əli Əliyevlə Mirmahmud, düzü,

Hasil edə bilmir fikir birliyi.


İqbal Ağazadə:


Lalə, Əvəz məkri keçmir doqqazdan,

Nə gözləmək olar "VİP"-çi loğazdan?!

Sərdarın bir sözü keçmir boğazdan,

Billah, Sərdar geri çəkir birliyi.


Sərdar Cəlaloğlu:


Öyünür "klassik" vüqarı ilə,

"VİP", "Ümid", liberal azarı ilə,

"5-lər"i düzəldək şüarı ilə,

Hər biri əl altdan sökür birliyi.


İqbal Ağazadə:


"VİP" Əli heç kəsin heç nəyi ilə,

Biri o birinin istəyi ilə,

Üçü də Sərdarın dəstəyi ilə,

Kənardan bir cürə əkir birliyi.


Sərdar Cəlaloğlu:


Sifətlər qaralıb lap külə dönüb,

Zahid gəzdirdiyi kəşkülə dönüb,

"5-lər"i cəmləmək müşkülə dönüb,

Üzvlər yaratmaqda zikr birliyi.


İqbal Ağazadə:


Çoxu avro, dollar, sent, qəpik vurur,

Hərə istədiyi tək çəpik vurur,

Sərdar bünövrəyə bir təpik vurur,

Diliylə deyir ki, tikir birliyi.

Sərdar Cəlaloğlu:


Burda bənzədən var özünü gülə,

Bu gün tamam dönüb sifəti külə,

Çoxu xeyirxahlıq axtarsa belə,

"5-lər" "Altılar" tək məkr birliyi.


İqbal Ağazadə:


Ömründə bir bossu yolmasa belə,

Qadadan bir ləzzət almasa belə,

Çoxunun iştahı olmasa belə,

Kələm dolması tək bükür birliyi.


Sərdar Cəlaloğlu:


Biri pul versəydi, alardı həmən,

Qrantı qısmazdı Liviya, Yəmən,

İrandan almaqçün bir neçə tümən,

Yaradarlar Əbubəkr birliyi.


İqbal Ağazadə:


Onlarda həm sevinc, həm kədər rəzil,

Rəzil o birindən lap betər rəzil,

"5-lər"də liderlər o qədər rəzil,

Yaratmaq istərlər şükür birliyi.


Sərdar Cəlaloğlu:


Məntiqləri yoxdur, düşüncələr dar,

Çoxu dərrakəsiz, sayğısızdılar,

Bunlar elə səfeh, qayğısızdılar,

O başa-bu başa çəkir birliyi.


İqbal Ağazadə:


Pul da gətirmədi heç bircə ətək,

Bizi ayırmaqdı yeganə istək,

Girdiyi bloku dağıtdığı tək,

İndi Sərdarın da çökür birliyi.


Sərdar Cəlaloğlu:


Quruma bədnəzər bir göz deyəndə,

İqbala bir azca da döz deyəndə,

Xoşuna gəlməyən bir söz deyəndə,

Dərhal üstümüzə tökür birliyi.


İqbal Ağazadə:


Arada fərəh az, kədər-qəm olub,

Ətrafa onlarla adam cəm olub,

"5-lər" də əvvəllər möhtəşəm olub,

Olmamış o, Araz, nə Kür birliyi.


Sərdar Cəlaloğlu:


Bizi məhv eylədi Şimalın özü,

Divara dirədi bəd amalın özü,

Arada gəzən şəxs İqbalın özü,

Deyirlər yaradır o, sirr birliyi.


İqbal Ağazadə:


Limanı daş-qaya, həm rif eyləmək,

Lüzumsuz, hazırda bir mif eyləmək,

Sərdara yersizdi təklif eyləmək,

Qəbul etməz, hətta o, dürr birliyi.


Sərdar Cəlaloğlu:


Bunu düz saymadı dananlar belə,

İflasa uğradı bananlar belə,

Bir fayda görmədi yunanlar belə,

Heç nə verməz bizə, bil, Pirr birliyi.


İqbal Ağazadə:


Real, ya biganə bacardıqları,

Ağıllı-divanə bacardıqları,

"5-lər"in yeganə bacardıqları,

Olardı yaratmaq bir tir birliyi.


Sərdar Cəlaloğlu:


Çox yerdə diqqətlər, maraqlar İqbal,

Pullu dəstəkçilər soraqlar İqbal,

Etiraf edibdi son vaxtlar İqbal,

İstəyir yarada efir birliyi.


İqbal Ağazadə:


"5-lər"in nüvəsi, özəyi "Qnçaq",

Etsin ADP-yə dəstəyi "Qnçaq",

Sərdarın yeganə istəyi ancaq,

Partiyası ilə səfir birliyi.


Sərdar Cəlaloğlu:


Lider var diringi çaldırmaq istər,

Onu düşkünlükdən saldırmaq istər,

Adam var "5-lər"i qaldırmaq istər,

Çoxları saysa da kifir, birliyi.


İqbal Ağazadə:


Doğrudur, bir qədər həddi aşma var,

Onlarda həddindən artıq çaşma var,

Sərdar ətrafında qruplaşma var,

"5-lər"i ediblər sıfır birliyi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər