PDF Oxu

Köşə

  • 2 396

Müsavatla AXCP (i)-nin yolları ayrılır

Müsavatla AXCP (i)-nin yolları ayrılır

Vurğun Əyyubov:


Hər iki qapıya vuruldu qollar,

Yazıldı hər iki lövhəyə nollar,

Kəsildi əbədi "İP"-dəki yollar,

İndi Müsavata "Yurd" lazım deyil.


Fuad Qəhrəmanlı:


Doğru bu cür fikir qohum-qardaşda,

Cəbhəylə Müsavat ayrılsın qışda,

Əliylə özümüz durarıq başda,

Cəbhəyə Müsavat-qurd lazım deyil.


Vurğun Əyyubov:


Qoy "Yurd"un yerinə konsert, sirk gəlsin,

Gözündən irin, qan, çoxlu çirk gəlsin,

Təki Əli bəyə bədbəxtlik gəlsin,

Bizə nə "Limuzin", "Ford" lazım deyil.


Fuad Qəhrəmanlı:


Baş daşı yerində qərbli boss olsun,

Hüzn İsa bəyə bir padmast olsun,

Təki Müsavatda kədər, yas olsun,

Tursiklə gedərik, şort lazım deyil.


Vurğun Əyyubov:


"Yurd"unkundan yaxşı burada durum,

Əlinin önündə dərin uçurum,

Müsavat təmkinli, sivil bir qurum,

Əlininki kimi ord lazım deyil.


Fuad Qəhrəmanlı:


İstərik rıvokla sizləri ötək,

İsanın başına dəysin çox kötək,

Bizə də sizdəki, İsanınkı tək,

Qərbli dəstəkçilər, ard lazım deyil.


Vurğun Əyyubov:


Onlarla təxribat törədib xəlvət,

Yeyərik bosslardan alınan yağ-ət,

Payızda yürüşə çıxarıq, əlbət,

Bunun üçün bizə mart lazım deyil.


Fuad Qəhrəmanlı:


Nəmərinə "Koka-Kola" salarıq,

Onu qoldan alıb, kola salarıq,

İsanı postundan yola salarıq,

Özü də sükutla, part lazım deyil.


Vurğun Əyyubov:


Biz zillət çəkirik, Əli tumarda,

Yolumuz ayrıldı düzdə, hamarda,

Udarıq Əlini, "Yurd"u qumarda,

"İP"-ə, Müsavata kart lazım deyil.


Fuad Qəhrəmanlı:


Üzəcək o üzə bala gəmimiz,

Tərpənsək, qayıtmaz dala gəmimiz,

Plyajdan düşəcək yola gəmimiz,

Bununçün xüsusi port lazım deyil.


Vurğun Əyyubov:


Müsavat keçinər lap qurdsuz belə,

Uğur qazanarıq həm "Yurd"suz belə,

Atarıq Əlini biz sortsuz belə,

Bizim özümüzə sort lazım deyil.


Fuad Qəhrəmanlı:


İsanın hamisi saydıq iblisi,

Öldürüb, üsullu soyduq iblisi,

İsanın yanında qoyduq iblisi,

Bizim Əli bəyə çort lazım deyil.


Vurğun Əyyubov:


"Yurd"u az dürtsünlər lap gözümüzə,

Az söz qaytarsınlar həm üzümüzə,

"Beşlər"i qoşarıq biz özümüzə,

Bizə "Yurd"un özü, dörd lazım deyil.


Fuad Qəhrəmanlı:


Qırmağa cəhd etsə belə qəfəsi,

Postunda kəsilib xeyli nəfəsi,

Artıq kəsilməkdə İsa nəfəsi,

Nəfəsliyi kip-kip ört, lazım deyil.


Vurğun Əyyubov:


Başqana keçməmiş "Yurd"dakı mərəz,

Burda bizə qarşı duyulur qərəz,

İsayla Əlinin yolu birləşməz,

İstəyir sakit dur, pört, lazım deyil.


Fuad Qəhrəmanlı:


Bizə dəstək verir İbn əl-Süheyl,

Əli İsa belə etməyəcək meyl,

Bizim dostluğumuz baş tutan deyil,

Üzünü lap daşa sürt, lazım deyil.

Vurğun Əyyubov:


Zərərin özünə, bal-yağın bizə,

Çətinə düşəndə, gəl sığın bizə,

Kədər-qəm gətirib dostluğun bizə,

Apar sən gözünə dürt, lazım deyil.


Fuad Qəhrəmanlı:


Bizim bəxtimiz ağ, İsanın qara,

Başqan güdməkdədi Qərbdən pul-para,

İsa dəstək verib silahlılara,

"Yurd"a nə PKK, kürd lazım deyil.


Vurğun Əyyubov:


Erməni səmtinə çevrilib suyu,

Əli Müsavata qazmaqda quyu,

İsa kifayətdi ömrümüz boyu,

Bizə Əli kimi fərd lazım deyil.


Fuad Qəhrəmanlı:


Yoxdu sıranızda mərdiniz, əlbət,

Gedir İsa kimi fərdiniz, əlbət,

Aşır başınızdan dərdiniz, əlbət,

Biz çox fərəhliyik, dərd lazım deyil.


Vurğun Əyyubov:


Əli kimilərə azar, dərd olaq,

Qoy biz də İsa tək sarsaq fərd olaq,

Əli məntiqilə qoy namərd olaq,

Bizə "Yurd" Əli tək mərd lazım deyil.


Fuad Qəhrəmanlı:


"Yurd"dan dürr saçılır, his Müsavatdan,

Ayrılmaq vacibdi pis Müsavatdan,

Şərtsiz ayrılırıq biz Müsavatdan,

Əliyə, bizlərə şərt lazım deyil.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər