Tahir Abbaslı:
Liderlər özünü göstərməkdə şən,
Guya Qərb bunlarla bölüşməkdə tən,
Düzü, "İctimai Palata"da mən,
Görə bilməmişəm xüsusi məna.
Rauf Arifoğlu:
"İP"-in liderləri keçmişdən qalma,
İlkin mərhələdə saralma-solma,
Tahir, sən yolunu heç İP-dən salma,
Qüvvəni başqa bir quruma sına.
Tahir Abbaslı:
Heç vaxt görməmişdim bundan bərbadı,
"İctimai" sözü qaçırır dadı,
Ona yaraşardı "ümumi" adı,
Qurum çəkilərdi bu adla qına.
Rauf Arifoğlu:
"İP"-çilər boğaza salsın çatını,
Hər biri səhv salıb kişi-qadını,
Lüzumsuz qurumun tutma adını,
Lazım da deyildi bu yerdə həna.
Tahir Abbaslı:
Nahamarlıq vardı "İP"-çi qəddində,
Qüsurlar çox olub xələf cəddində,
Deyillər nakəslər qanmaq həddində,
Çətin bundan sonra nəyisə qana.
Rauf Arifoğlu:
Ümid artıb bossu tez görə-görə,
Üzü padoşlaşıb üz görə-görə,
Çürüyüb "palata" göz görə-görə,
Onlarda qanqrena işləyib qana.
Tahir Abbaslı:
Heç birinin fərəh ənginliyi yox,
Qarşıda möhtəşəm bir hay-küyü yox,
Onların daxili zənginliyi yox,
"İP"-in liderləri bomboş bir xana.
Rauf Arifoğlu:
Güclərindən iraq yerə girdilər,
Elə zənn etdilər onlar şirdilər,
Xırda adlarını dəyişdirdilər,
Özlərindən uzaq bəylərə, xana.
Tahir Abbaslı:
İsa da, Əli də adi qıldılar,
Özü də meydanda naqis qaldılar,
Sözdə desələr də Herakldılar,
Ağılda hər biri öküz və dana.
Rauf Arifoğlu:
Onlar radikalın sərsəmi, gici,
Hər biri qüdrətsiz adi bir cücü,
Olmaz, əlbəttə ki, gücsüzün gücü,
Onlar güclərini çətin ki, dana.
Tahir Abbaslı:
Kədər zəmisini biçdikdən sonra,
Bossun viskisini içdikdən sonra,
20 il üstündən keçdikdən sonra,
Rəvac veribdilər hər biri sona.
Rauf Arifoğlu:
Nə qrupu xoşbəxt, nə də ki, fərdi,
Onları daxildən yeyən qurd çərdi,
İfratın günbəgün artmaqda dərdi,
"İP"-çilərin işi olmaqda fəna.
Tahir Abbaslı:
Radikal qurumlar bağlamır pətək,
Qüssələr artmaqda hey ətək-ətək,
Özləri radikal müxalifət tək,
Olmaq istədilər daxildə "ana".
Rauf Arifoğlu:
Alıb ürəkləri dərdlər-azarlar,
Bilirlər bağlanıb ifrat bazarlar,
Bu parazit tipli mərdimazarlar,
Bossun pullarına öyrənib qona.
Tahir Abbaslı:
Qərbin axıtdığı pulları udur,
Opponent desə də, ifrat, az qudur,
Əlbəttə, hər şeydən yaxşısı budur,
"İP"-də fəaliyyət tezliklə dona.
Rauf Arifoğlu:
"İP"-ə deyilsə də gic bəhanəsiz,
Keçmir, desələr də keç bəhanəsiz,
Getmək istəmirlər heç bəhanəsiz,
Xatırlatsalar da, vaxtı az sana.
Tahir Abbaslı:
Palaza bürünüb ellə sürünmür,
Fərəhə, şənliyə onlar bürünmür,
Radikalda qətrə uğur görünmür,
Buna baxmayaraq, çəkilmir yana.
Rauf Arifoğlu:
İflasa uğrayıb ölü yatacaq,
Nə qədər ki, boss var lövbər atacaq,
Radikal dağılıb sona çatacaq,
O vaxt ki, partladı güclü bir mina.
Tahir Abbaslı:
Gəldi dərd üstündən yeni bir bəla,
"İP" öz reytinqində qalıbdı dala,
Radikal çatacaq elə bir hala,
O zaman ömrünü iblislər yona...
Rauf Arifoğlu:
Dostlar nəzərə də almır heç şeyi,
Hər bir hortdadıb içməkdə meyi,
Qalmayıb yeriyə Əlinin heyi,
İsanın sinəsi lap şana-şana.
Tahir Abbaslı:
Ayaqlar altında dərin bir quyu,
Ay radikal, qərq ol, içində uyu,
Yoxdu radikalın üzünün suyu,
Üzdə deyiləni verirlər fona.
Rauf Arifoğlu:
Qrant azalıbdı, kədərə batıb,
Filin qulağında bu qurum yatıb,
"İP" artıq dəlilik həddinə çatıb,
Əhali əlindən doyubdu cana.
Mirzə QƏRƏNFİL