PDF Oxu

Köşə

  • 1 026

“TƏFƏKKÜRÜN” QARA TƏKƏBBÜRÜ

“TƏFƏKKÜRÜN” QARA TƏKƏBBÜRÜ

Bu günlərdə AXCP (i) sədri Əli Kərimov ADP qərargahında "gənclərlə görüş" keçirdi. Maraqlıdır ki, bu görüşün adı elə AXCP (i) sədrinin gənclərlə görüşü kimi təqdim olundu. Amma sonradan bəlli oldu ki, sən demə bu "gənclərlə görüş" deyil, tamamilə başqa bir məsələdir. Bu məsələnin adı onun şəxsi "təfəkkürdə" formalaşmış qara təkəbbürdür desək, yanılmarıq.

Mən bir cəhəti anlamıram ki, "cəbhəçilərin" sədri nəyə görə hələ gerçək həyata atılmamış gənc insanları öz təhlükəli neştəri ilə zəhərləməyə cəhd göstərir? Məgər həmin gənclər də bu ölkənin övladları deyillərmi?! Nəyə görə həmin gənclər gələcək olaraq ölkəyə öz töhfələrini vermək yerinə dağıdıcılıqla məşğul olmalıdırlar?! Bax, bu suallar ətrafında düşünərkən, yalnız bir mühüm məqam ortaya çıxır ki, onun da adı belədir: Ə.Kərimov siyasi dividendlərini itirdikcə, özünə daha əlverişli şans axtarır və bu şans gənclərdən sui-istifadə etməkdir.

O həmin məşum görüşdə gənclərə xitab edərək deyib ki, çıxsınlar küçələrə, səpələnsinlər hər yerə və ona bu yolla xidmət göstərsinlər (?!)

Bəli, məhz belə olub! Ə.Kərimovu gənclərin sonrakı taleyi maraqlandırmır. Çünki onun övladı qrantlar hesabına alınan Londondakı şəxsi villada kef çəkir. Onun övladı bu gənclər kimi aldanmayıb, istifadə edilməyib. Onun övladını heç kimi pul-parayla ələ almayıb. Ancaq həmin övladın atası olan Ə.Kərimovu dəfələrlə alıblar, dəfələrlə satıblar və dəfələrlə...

Bu gün Ə.Kərimov "gənclərlə görüş" adı altında ətrafına beş-on nəfəri toplayıb onları ictimaiyyətə 500 nəfər kimi təqdim edir. Üstəlik, həmin gəncləri lüzumsuz "partyiya bileti" ilə ələ almağa cəhd göstərir. Cəhd göstərir ki, həmin beş-on nəfər gənc də "vurun, dağıdın, sındırın, məhv edin" əmrlərini canfəşanlıqla reallaşdırsınlar, Ə.Kərimova sübut etsinlər ki, onlar AXCP (i) üzvləridirlər. Daha dəqiq desək, dağıdıcı partiyanın dağıdıcı ünsürləri olduqlarını isbata yetirsinlər. Amma inanmaq istərdik ki, bu, belə olmayacaq. Gec-tez həmin beş-on nəfər gənc də Ə.Kərimov tərəfindən onlara verilmiş AXCP (i) vəsiqələrini vitrinlər, avtomobillər, mağaza şüşələri yerinə sındırıb, kənara atacaqlar! Onlar tezliklə anlayacaqlar ki, onlar GƏNCDİRLƏR, şəxsi mənafelər üçün sui-istifadə olunan MÜQƏVVA deyillər...

Sonda əziz oxucularımızın bir mühüm nüansa diqqət yetirmələrini istərdik. Ə.Kərimov gənclərə dağıdıcı çağırış etdikdən sonra, onların bir nəfəri də olsun bunu etmədi. Hər kəs sakitcə dağılışıb getdi. Bu isə, o deməkdir ki, onun "güvəndiyi gənclik" elə həmin günü də ondan imtina etdi. Bu, bir reallıqdır...


RÖVŞƏN

Digər xəbərlər