PDF Oxu

Köşə

  • 1 438

Müxalifət qeyri-konstruktiv mövqeyindən dönmür

Müxalifət qeyri-konstruktiv mövqeyindən dönmür

Araz Əlizadə:


Xoş ovqat üstündə ucalın bir az,

Real xəyallara siz dalın bir az,

Az inad eyləyin, yumşalın bir az,

Konstruktiv olmağın əsil vaxtıdır.


Qabil Hüseynli:


Etdik həmkarları Qərbə sadağa,

Əsla tanımadıq heç bir qadağa,

Gözümüzü yumub getdik qabağa,

Bizi geri çəkən süqut faktıdır.


Araz Əlizadə:


Daim etmisiniz tabağa gediş,

Dünəndə qalıbdı sabaha gediş,

Artıq lüzumsuzdu qabağa gediş,

Gerçəyə səsləyən zaman taktıdır.


Qabil Hüseynli:


Herikdə qalacaq heriyə çəkən,

Azdan da olacaq iriyə çəkən,

Hazırkı durumda geriyə çəkən,

"6-lar" aktıdı, "3-lər" aktıdır.


Araz Əlizadə:


"İP"-iniz ən real laxlayan qüvvə,

Özünüz boss dalı qoxlayan qüvvə,

Sizi ayaq üstə saxlayan qüvvə,

Bossun maliyyəsi, Qərbin taxtıdır.


Qabil Hüseynli:


Simvolik bürüncək narıncı tüldü,

Bossların töhfəsi bol-bol sünbüldü,

Bizim üzümüzə Qərb özü güldü,

Çərxin bu gərdişi "İP"-in baxtıdır.

Araz Əlizadə:


Nəsibiniz Qərbə sərəli getmək,

Çətindi gözləri bərəli getmək,

Duxunuz olmadı irəli getmək,

Dönüb düz 20 il geri baxtıdır.


Qabil Hüseynli:


Bizə çarə Şimal, ya Şərq eyləməz,

Qərb bizi iflasa tam qərq eyləməz,

İrəli, ya geri, heç fərq eyləməz,

Başlıca vəzifə coşqun axdıdır.


Araz Əlizadə:


Bir gün bacarmadın faydandan qaçmaq,

Çətindi iblisdən, şeytandan qaçmaq,

Daimi peşəniz meydandan qaçmaq,

Demədim sizinki önə çıxdıdır.


Qabil Hüseynli:


Maneə rəqibin nəhs ülgücüdü,

"İP" önündə "3-lər" adi cücüdü,

Qüvvəmiz amansız kütlə gücüdü,

Bizimki qaç-qovdu, vurdu-yıxdıdır.


Araz Əlizadə:


"İP"-də azalıbdı əsil kişiniz,

Yaman kütləşibdi iti dişiniz,

Heç vaxt görünməyib üzdə işiniz,

Şimşək tək yalandan güclü çaxdırır.

Qabil Hüseynli:


Əgər gətirməsə dik masa güman,

Buna edə bilməz heç İsa güman,

Başqa təşkilata yoxdursa güman,

Bizimki bosslardan alıb tıxdıdır.


Araz Əlizadə:


Himi hörmədilər bu 20 ildə,

Yaxşı hürmədilər bu 20 ildə,

Bir iş görmədilər bu 20 ildə,

Sizdə liderlər var ardı mıxdıdı.


Qabil Hüseynli:


Göstərə bilmədi əzm liderlər,

Şeytana edirlər təzim liderlər,

Çox toxluq etdilər bizim liderlər,

Qida boğazdadı, ifrat bıqdırır.


Araz Əlizadə:


Qərb ona çox gördü çul sırğasını,

Çox saldı qiymətdən pul, sırğasını,

Bossları önündə qul sırğasını,

Deşib qulağını lider taxdıdır.


Qabil Hüseynli:


İfrat qurumları verməkdədi çat,

Hər şeyi tərsinə çevirdi həyat,

Radikal əsəbi cilovsuz bir at,

Əlac məngənədə möhkəm sıxdıdı.

Araz Əlizadə:


Bu real həyatda başqadı qayda,

Bossa əyilmək var sizlərdə soyda,

Biri iş görəndə bir misqal boyda,

Sizdə adət onu başa qaxdılar.


Qabil Hüseynli:


Cilovu bossdadı, ağzı yüyəndə,

Ağla gəlmədilər dövran deyəndə,

Liderin əlindən iş gəlməyəndə,

Əlacı rəqibi çirkə yaxdırır.


Araz Əlizadə:


İfratlar satılsa fikrə hey dalar,

O udar, kim versə xalqa faydalar,

Vardır təbiətdə meyar qaydalar,

Sizdə qanun yoxdu, Həsənsoxdudu.


Qabil Hüseynli:


Nə qədər ki, sağsan, tez baş götür qaç,

"İP"-dəki liderlər qalıb naəlac,

Yaralı barmağa sizdə yox əlac,

Əməliniz çirkin, iyrənc qoxdurur.


Araz Əlizadə:


Müsavat pisləşib, AMİP-ə kürün,

Bossun ünvanına pulçün az hürün,

Təklif ediləndə yaxşı iş görün,

Məlum cavabınız ancaq yoxdurur.


Qabil Hüseynov:


Göründün gözlərə pis cümlə kimi,

Ayazın dalında Kremlə kimi,

Qaçdın, saydın bunu bir həmlə kimi,

Bizə ağıl vermə, yerində otur.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər