PDF Oxu

Köşə

  • 1 749

Pənah Hüseynov “müxalifətin lideri” olmaq istəyir

Pənah Hüseynov “müxalifətin lideri” olmaq istəyir

Rauf Arifoğlu:


Çoxları oldular ona biganə,

Odur şahmatdakı uğurlu xanə,

İfratlar içində Pənah yeganə,

Vahid liderliyə layiq doğrudan.


Pənah Hüseynov:


Bu yolda 20 il tökməkdəyəm diş,

Əlimdən gəlməkdə hər yaramaz iş,

Məndədi ən nadir siyasi gediş,

El doğru xəbəri alar oğrudan.


Rauf Arifoğlu:


Pənah başçı olsa, mən olaram mer,

Onu bəyənmişdi çox mister, çox ser,

Pənah içimizdə yenilməz lider,

Onu danmaq olub məni ağrıdan.


Pənah Hüseynov:


Gücümüz təklikdə hay-küyə çatır,

Uğurum erməni kirvəyə çatır,

Ucalıqda başım zirvəyə çatır,

Bir az axsayıram, düzü, sağrıdan.


Rauf Arifoğlu:


Fələk tərs gətirdi nərddə tasını,

Ölməmiş qeyd etdik onun yasını,

Dandıq, bəyənmədik ideyasını,

Pənah bu səbəbdən oldu bağrı qan.


Pənah Hüseynov:


Kim "İP"-də əlinə aldı ülgücü,

Oldu mətanətdə ən cılız cücü,

Qabaqda getməyə çatmadı gücü,

Mən oldum yeganə yapan-yoğurdan.

Rauf Arifoğlu:


Həddi aşammadı uf-ahdan başqa,

"İP" bir iş görmədi günahdan başqa,

Tədbir görən yoxdu Pənahdan başqa,

Odur bir təfəkkür, məntiq doğurdan.


Pənah Hüseynov:


On ilə kəşf etdim düz beş təfəkkür,

Yoxuşlar təfəkkür, eniş təfəkkür,

Yanlışdı gözləmək geniş təfəkkür,

İsa, Əli kimi adi fağırdan.


Rauf Arifoğlu:


Kül gedibdi Qərbə, o gül gəlibdi,

Xaricdən adına çox tül gəlibdi,

Yüngüllər ona çox yüngül gəlibdi,

Daim yapışıbdı Pənah ağırdan.


Pənah Hüseynov:


Mən qaldım, çoxları deyib "xub", gedib,

Min romb gəlişimə rəqib kub gedib,

Çoxu sərsəmlikdən uğunub gedib,

Ağlın gücü olub məni bağırdan.


Rauf Arifoğlu:


Tanıyanlar bilir dabbaqdadı o,

Qərbin nəzərində tabaqdadı o,

İsadan, Əlidən qabaqdadı o,

Haqqı var danışa Pənah uğurdan.

Pənah Hüseynov:


Qərbin qonorarı ən ilığıdı,

Düşündükləri çuxur "İP"-in lığıdı,

İsanın, Əlinin nadanlığıdı,

Vallah ki, ürəkdən məni bağırdan.


Rauf Arifoğlu:


Məcburən İsanı, Əlini dandı,

Canında su çoxdu, beyini qandı,

Pənahın sevdiyi bir qəhrəmandı,

Səttarxan həmkarı məşhur Bağırdan.


Pənah Hüseynov:


Kremlə Pənah yox, İvan getmişəm,

Çox zaman xaricə yavan getmişəm,

Həmişə də rahat, rəvan getmişəm,

Əsla çıxmamışam yoldan, cığırdan.


Rauf Arifoğlu:


Pənahın əzəldən ifratdı soyu,

Çoxu bulandırır önündə suyu,

Bu adam danışmaz heç ömrü boyu,

Radikal dərdidi onu çığırdan.


Pənah Hüseynov:


Bossun nemətindən min dürmək olar,

Qərbdən axanları ötürmək olar,

De, hansı faydanı götürmək olar,

"İP" ətrafı olan fağır-fuğurdan.

Rauf Arifoğlu:


Əli, İsa çaqqal, əsil şir Pənah,

Bir damla götürməz, əsla, kir Pənah,

Müsbət görkəmdədi "İP"-də bir Pənah,

Köhlən at çıxarmı yabı, ayğırdan?


Pənah Hüseynov:


Xeyli tələsərək səbir etmədim,

Bir kəsi talayıb fəqir etmədim,

Mən "İP"-də heç kəsi təqdir etmədim,

Daim zəhləm gedib dili yağırdan.


Rauf Arifoğlu:


Hazırda radikal hövsələ dardı,

İsa da, Əli də "İP"-i yıxardı,

Pənahdan çox yaxşı lider çıxardı,

O, daim gillədib araq-çaxırdan.


Pənah Hüseynov:


İsa, Əli salıb başına daşı,

Siyasi meydanda "İP"-çi çox naşı,

Məndən aşağıdı çoxunun başı,

Çoxları boylanır indi çuxurdan.


Rauf Arifoğlu:


Onun qarşısında "İP"-çilər quru,

Onsuz qüsurludu ifratın xoru,

O, əsil "ideya generatoru",

Uzaq salınıbdı Pənah naxırdan.


Pənah Hüseynov:


İndi yol polisi sayılır QAİ-m,

Mənim vahid lider əqidəm qaim,

Saf bulaq gözündən su içdim daim,

Rəqib qidalandı çirkli nohurdan.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər