"İctimai Palata" adlı qondarma qurumda gündə bir hoqqa, bir "kəşf", bir "ideya" yaranmasa, nəinki müxalifət, bəlkə də "dünya dağılar". Bütün "demokratik" Qərb dünyası başına-dizinə döyər ki, bəs Azərbaycanda bir "palata" var idi ki, onun "nəhəngliyi" nəinki Qərbi, hətta güneyi, quzeyi "öz kölgəsi altına" almağa qadiriymiş... Ona görə yox ki, "İctimai Palata" "ağıl dəryalarının" cəmləşdiyi "toplumdur", ona görə ki, oradakılar daha haraya burun dürtə biləcəklərini türkün sözü şaşırıblar. Təki burun dürtməyə yer olsun!
Bu səbəbdən də yox olan "varlıqlarını" nümayiş etdirməkdən ötrü həftə səkkiz, mən doqquz öz qohum-əqrəbalarını aparıb yığırlar hansısa partiyanın akt zalına, hərəsinin də cibinə beş-üç manat qoyub şəkillərini çəkdirirlər, sonra da həmin şəkilləri yerləşdirirlər öz kağız parçalarına-yəni qəzet səhifələrinə. Adını da qoyurlar ki, "İctimai Palata" filan mövzuda sessiya keçirdi və bəyanat qəbul olundu. Dad belələrinin əlindən, aman belə mərdiməzarlardan, qorx belə VƏLƏDÜZNALARDAN...
Necə ki, bu günlərdə adıçəkilən qurum sessiya keçirdi və bir-iki dənə qondarma bəyanatı ilə növbəti dəfə saman altından su yeritməyə cəhd göstərdi. Həmin bəyanata diqqət verərkən, nə görürük? Məsələn, yazılıb ki, "İctimai Palata" mərhum publisist Rafiq Tağının qətlini pisləyir və "siyasi" (?!) xarakterli cinayət olmasını bəyan edir. Burada deməmək olmur ki, ay dəlixana palatasının napaleonları, leninləri, stalinləri, mikoyanları məgər "İctimai Palata"dan başqa cəmiyyətdə heç kim qətl və cinayətləri pisləmir?! Siz-"palata" xəstələri guya ki, rəhmətlik R.Tağıyevin qeydinə qalmaqdan ötrü bu qədər canfəşanlıq edirsiniz?! Yaxud da indidən R.Tağıyevin ölümü üzərində şəxsi mənfəətlər hesabınıza siyasi oyunbazlıqlar quraraq, bunu öz dividendiniz hesab edirsiniz?! Axı adam bu qədər də həyasız və şərəfsiz olmaz! Çünki bir az da irəli gedərək deyirsiniz ki, istintaqın gedişində "ictimai nəzarət" olmalıdır. Maraqlıdır, hansı ölkədə, hansı cəmiyyətdə törədilən istənilən cinayət tərkibli əməllərə ictimai nəzarət olub? Bax, burada məsələnin əsas məğzi ortaya çıxır. Məlum olur ki, həmin bu saman altından su yeridənlər bütün mənalarda bu hesabdan aranı qatmağa cəhd göstərirlər. Ona görə ki, onların gözlədikləri " ictimai etiraz rezonansları" baş vermədi və bunu reallaşdırmaqdan ötrü QABAQDANGƏLMİŞLİK edib öz qondarma bəyanatlarında deyirlər: "İctimai Palata" bu qətllə bağlı yaranmış gərginliyi nəzərə alaraq, ölkənin bütün siyasi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini və digər icmalarının, mətbuatının nümayəndələrini, habelə, ayrı-ayrı vətəndaşları təmkinli olmağa, qarşıdurma (?!) yaradan bəyanatlar verməklə yaranmış durumu ağırlaşdırmamağa çağırır". Gəlin həmin qondarma bəyanatın bu sütununa daha fərqli mövqedən yanaşaq. Diqqət verdiyimiz kimi, orada ayrı-ayrı dini icmalardan, siyasi qurumlardan, QHT-lərdən yaranmış durumun "ağırlaşdırılmaması xahiş olunur". Ancaq başqa tərəfdən, qeyd edilir ki, "İctimai Palata" yaranmış gərginliyi (fikir verin, YARANMIŞ GƏRGİNLİYİ) "nəzərə alaraq" həmin bəyanatı yayır. Daha bunlara nə deyəsən?!
Sözügedən araqarışdıranlar digər tərəfdən, bəyanatlarında sərsəmləyirlər ki, "fərqli mövqe, fikir və düşüncələrin ifadəsi azadlığına birmənalı şəkildə tərəfdar olaraq, eyni zamanda, hər bir polemikanın qarşılıqlı hörmət, dözümlülük, milli, mənəvi, dini dəyərlərə hörmət prinsiplərinə əməl edilərək, aparılmasını arzu edir və bütün tərəfləri buna dəvət edir,insanların şərəf və ləyaqəti, etiqadı və dini inancları, o cümlədən, islam dini ilə bağlı həqarətli fikir və mülahizələrin yayılması yolverilməzdir"(??!!) Ancaq tamamilə unudurlar ki, Azərbaycan dünya birliyi tərəfindən ən tolerant dövlətlərdən biri kimi qəbul olunur və buna heç kimin şəkki-şübhəsi yoxdur. Sadəcə, milli-mənəvi dəyərləri, şərəfsizlik və ləyaqətsizlikləri, qarşılıqlı hörmət funksiyasını həmin söz dağarcıqlarının özləri pozurlar. Belə olmasa idi hər halda satıldıqları xarici dini-siyasi icmaların sifarişlərini öz bəyanatlarında əks etdirməzdilər. Çünki ölkəmizdə, ümumiyyətlə, islam dini haqqında bir dənə də olsun qərəzli fikir yoxdur. Əksinə, onlara xatırlatmaq lazımdır ki, İran ayətullahlarının və başqa radikal dini qurumların anti-Azərbaycan meyilli siyasi sifarişlərini özləri canla-başla həyata keçirirlər. Təkcə radikal müxalifət mətbuatında milli-mənəvi və dini dəyərlərə ləkə yaxan minlərlə yazıları, məqalələri qarşılarına qoyub oxusalar, kimin-kim olduğu bəlli olar!
Ümumiyyətlə, başdan-ayağa qədər yalnız SİYASİ VƏLƏDÜZNALIQLARI ilə verdikləri qondarma bəyanatları səviyyəsində cəmiyyətə sırınmağa cəhd göstərən "İctimai Palata" xəstələri yoluxduqları həmin mərəzdən yalnız bir yolla xilas ola bilərlər. Həmin yolun adı isə...