Əli Orucov:
Rəsul qayıtmağı tutubdu rəhbər,
Altında hazırdı təyyarə-kəhər,
O vaxt Avropaya edəndə səfər,
Etibar Rəsulla söhbət eyləyib.
Rəsul Quliyev:
Yığa bilmir adi görüşü belə,
"İP"-in azalıbdı hürüşü belə,
Mitinqi, piketi, yürüşü belə,
Radikal qurumlar qəhət eyləyib.
Əli Orucov:
Deyiblər etsinlər radikalı məhv,
Etibar tar, Rəsul götürübdü dəf,
Danışıq aparan hər iki tərəf,
İfratçün çox ciddi cəhət eyləyib.
Rəsul Quliyev:
Əlini rədd edir hər ittifaqlar,
Eşitdim dağıdıb İsa tifaqlar,
"İP"-in daxilində olan nifaqlar,
Mənə Avropada ləzzət eyləyib.
Əli Orucov:
Birinci növbədə o, rulu tutsun,
Rəsulu İsadan da ulu tutsun,
Hamını ataraq Rəsulu tutsun,
Etibar bu cürə sərt vəd eyləyib.
Rəsul Quliyev:
"İP"-də qarşıdurma, nifaq məzəli,
Başlayıb işinə payız xəzəli,
Mən yaxşı bilirəm İsayla Əli,
Hər nə edibdisə, çox bəd eyləyib.
Əli Orucov:
Radikal drumda azalıb para,
Sağa-sola vurur burada tara,
Son günlər onlarçün gününü qara,
Heç kütlələr də yox, millət eyləyib.
Rəsul Quliyev:
Sözümü Laləyə deyib Etibar,
Mirmahmudun mənə etimadı var,
Əliyə, İsaya yoxdu etibar,
Kütlələr onlara zillət eyləyib.
Əli Orucov:
Radikal liderlə "İP" içrə fəhlə,
Başlıca işləri ləhlə ki, ləhlə,
Rəsul da xaricdən baxıb fərəhlə,
AMİP-i xaricə dəvət eyləyib.
Rəsul Quliyev:
Cibimdəki pullar bizləyir məni,
Çoxlu pərəstişkar izləyir məni,
"Azadlıq", "Aydınlıq" gözləyir məni,
Onlar mənə təkrar minnət eyləyib.
Əli Orucov:
Yaxşı başa düşüb edibdi günah,
"ACP"-yə baxır gözücü Pənah,
Rəsul Etibarçün xarici, vallah,
Onunçün bir həftə cənnət eyləyib.
Rəsul Quliyev:
"İP"-in liderləri batıbdı yasa,
Əldən çıxmaqdadı qrantlar, masa,
Qoşulub bu yöndə Əliyə İsa,
Bu ona, o buna sünnət eyləyib.
Əli Orucov:
Rəqibi həm pulsuz, zəif sanaraq,
Sözünü deyibdi pörtüb yanaraq,
Rəsul sözarası "İP"-i anaraq,
Bir qədər turşumuş sifət eyləyib.
Rəsul Quliyev:
Onlar çox zəifdi gəlib keçsə də,
Mən güclü atomam, "İP" küt meçsə də,
Etibar burada çox yeyib-içsə də,
Meydan, kütlə üçün xiffət eyləyib.
Əli Orucov:
Radikal əlləri çatmayıb ətə,
Odur ki, keçibdi indi qələtə,
Rəsul liderlərə, müxalifətə,
Etibar önündə nifrət eyləyib.
Rəsul Qulyev:
Mən də lənətlədim "İP"-i töhmətlə,
Kütlələr yığılır yəqin sürətlə,
Etibar yanıma gəlib cürətlə,
Qədəmi mübarək, zəhmət eyləyib.
Əli Orucov:
Yorulan liderlər etmir ar belə,
Yalanı edirlər min şüar belə,
Bunu təsdiq edir Etibar belə,
Rəsul gələcəkdir, o, qət eyləyib.
Rəsul Quliyev:
Məndə ilahidən olsa güclü təb,
Qəbul etməkdəyəm şəfa verən həb,
Mənim gecikməmdə yox ciddi səbəb,
Nə edib xəstəlik, səhhət eyləyib.
Əli Orucov:
Özünü qızdırma, tifdən qovacaq,
Bir çox bədxahları liftdən qovacaq,
Əlini, İsanı "İP"-dən qovacaq,
Rəsul yüz and içib, bir əhd eyləyib.
Rəsul Quliyev:
İsa, Əli görür bossun dalların,
Onlar çevrilibdi indi valların,
Qarın ağrısını radikalların,
Hindistandan gələn bol ət eyləyib.
Əli Orucov:
Hələ başındadı Əlinin şoku,
İsanı vurubdu "ACP" toku,
AMİP-in Rəsulla bu dialoqu,
Xain ürəkdə möhnət eyləyib.
Rəsul Quliyev:
Əlləm-qəlləmlərə mən əlləm-qəlləm,
Yaxşı həmkarlarçün açıqdı kəlləm,
Çarter reysi ilə Bakıya gəlləm,
Gördün çoxu məni həm mədh eyləyib.
MİRZƏ QƏRƏNFİL