PDF Oxu

Köşə

  • 1 046

“İP” daxilində parçalanma dərinləşir

“İP” daxilində parçalanma dərinləşir

Əhməd Oruc:


Boz-bulanıq günlər olub al-əlvan,

Şimşəyin gücündən partlayır tavan,

Əgər işlər getsə bu sayaq rəvan,

"İP" özü ikiyə parçalanacaq.


Qabil Hüseynli:


Əcəlin çatanda deş ağrısını,

İkisi də çəkib iş ağrısını,

Düşünüb daimi diş ağrısını,

İsa da, Əli də fırçalanacaq.


Əhməd Oruc:


Əfsanəyə dönər ağılsa belə,

Yaddaşdan silinər nağılsa belə,

"İP" gözü önündə dağılsa belə,

Əli, İsa gedib xarçolanacaq.


Qabil Hüseynli:


Qoltuq qarpızlanır tərif görəndə,

Qabağında güclü hərif görəndə,

İsanı önündə zəif görəndə,

Mümkündür ki, Əli carçılanacaq.


Əhməd Oruc:


Dinməz, liderləri boğub kəsələr,

Onu "İP"-çilərə yetirməsələr,

Bosslar gedib qrant gətirməsələr,

Yuxayla şor yeyib şorçulanacaq.


Qabil Hüseynli:


Sanma biri eşşək arpası bölə,

Qəhrəman lider yox, hamısı kölə,

"İP"-də yansa belə xırda bir şölə,

Liderlər kükrəyib lotulanacaq.

Əhməd Oruc:


Müftəxorluq özü qaynar canında,

Mərəz var onların laxta qanında,

Çökəcək İsa bəy xoruz banında,

Əli bəy yüz faiz şortulanacaq.


Qabil Hüseynli:


Öpərdi liderlər hayın xaçını,

"İP" görüb ən ibdar ağrı-acını,

Görəndə qrantın, pulun ucunu,

Qanda xolesterin qatılanacaq.


Əhməd Oruc:


Qrantla dolmadı çoxdan döşləri,

Dalbadal sınıbdı azı dişləri,

Olmadığı üçün ciddi işləri,

Əli də, İsa Fatılanacaq.


Qabil Hüseynli:


"İP"-i də dağıtdı bunların feli,

Pul bunlarçün Məcnun, qrantsa Leyli,

Əgər azalmasa aldatmaq meyli,

Çoxusunun boynu çatılanacaq.


Əhməd Oruc:


Yoxdu təklifləri, xəcalət basıb,

Onlar çöpə dönüb, həm də lət basıb,

"İP"-dəki bossları ətalət basıb,

Bosslar tərəfindən baltalanacaq.

Qabil Hüseynli:


Göydən manna düşməz çəpgöz hul üçün,

Qərb də bunu istə müti qul üçün,

Hər şeyə gedərdi bunlar pul üçün,

İt tək, ulaq kimi xaltalanacaq.


Əhməd Oruc:


İsanı, Əlini "İP"-də basıb kif,

Bunları xəyaldan oyatmayıb mif,

Əgər boss eyləsə münasib təklif,

Dərhal ağızlarda xarço donacak.


Qabil Hüseynli:


Bunların qafası, havası nəmiş,

Qoymağa hazırdı bunlar bir qəmiş,

Boss şəkil çəkməyi versə sifariş,

İsanın əlində fırça sınacaq.


Əhməd Oruc:


"İP"-də Qərbə meyil sozalan deyil,

Qrant istəkləri azalan deyil,

Əli də, İsa da gen qalan deyil,

Əvəzində yəqin carçı qanacaq.


Qabil Hüseynli:


Yuşşenkoya doğru, Kuçmaya doğru,

Ümidsiz gələcək uçmaya doğru,

Gedirlər o köhnə icmaya doğru,

Bunların üstündə parça yanacaq.

Əhməd Oruc:


İddia edirlər xəmir tabuta,

Çatmaz hay-qışqırıq, səmir tabuta,

"İP" ki, qoyulacaq dəmir tabuta,

Hamısının ağzı qutulanacaq.


Qabil Hüseynli:


"İP"-də liderlərin qaynağı olsan,

Qızıl bölüşdürən çanağı olsan,

Kafe-restoranda qonağı olsan,

İsası, Əlisi şotu danacaq.


Əhməd Oruc:


Vallah, xolesterin tükənib qanda,

Təpər də qalmayıb bunlarda canda,

Qərbə aparmağa "İP"-i son anda,

İsada, Əlidə yoxdu yanacaq.


Qabil Hüseynli:


Bunların vətəni para ölkəsi,

Şüura çökəcək qrant bölgəsi,

Təqib edəcəkdi bossun kölgəsi,

Qərbi uzun müddət bunlar anacaq.


Əhməd Oruc:


Təpər bunlardan çox topalda, şildə,

Onlar pəhləvandı həm sözdə, dildə,

İsadan, Əlidən iyirmi ildə,

Mən görə bilmədim, düzü, qanacaq.


Qabil Hüseynli:


Əsla, qoymadılar birini qucum,

Yıxılmalarıyçün gərəksiz nücum,

Çox onlar üstünə olub son hücum,

Kiçik bir həmlədə onlar sınacaq.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər