PDF Oxu

Köşə

  • 1 083

Rəsul Quliyev İsa Qəmbərovla Əli Kərimovu bir siyasətçi kimi bəyənmir

Rəsul Quliyev İsa Qəmbərovla Əli Kərimovu bir siyasətçi kimi bəyənmir

Rauf Arifoğlu:


Nahaq göstərməsin onlar edib səy,

Siyasi meydana deyillər gərək,

Xəzinə üstündə yatan Rəsul bəy,

Onların nəyini bəyənməlidir?


Rəsul Quliyev:


Əli, İsa azca ceyillənməli,

Siyasətə çox az meyillənməli,

Əli "palata"da veyillənməli,

İsa künc-bucaqda əylənməlidir.


Rauf Arifoğlu:


Əlini, İsanı edib ram kimi,

Onları qırmalı bərk badam kimi,

Rəsul haqqı olan bir adam kimi,

Bunların ardınca söylənməlidir.


Rəsul Quliyev:


Yer də qoymadılar heç barmaq üçün,

Qızışıb bir tufan qoparmaq üçün,

Mənimlə dialoq aparmaq üçün,

Onlar mənim kimi piylənməlidir.


Rauf Arioğlu:


Sərvəti bir vaxtlar lap çox götürüb,

Əli də, İsa da bir ox götürüb,

O taydan güclü bir rıvok götürüb,

Rəsul "palata"ya teylənməlidir.


Rəsul Quliyev:


Əziyyət çəkibdi Əli bozluqdan,

Ləzzət almayıbdı İsa bazlıqdan,

Liderlər deyinsin uğursuzluqdan,

"Palata" bir küncdə iylənməlidir.


Rauf Arifoğlu:


Yanmalı onların hər iki leşi,

Biri siyasətdə olmadı kişi,

Bacarmırlarsa heç adi işi,

İsa da, Əli də keylənməlidir.


Rəsul Quliyev:


Elə ikisi də savadsız, naşı,

Onlar başlarına çaxmalı daşı,

Əgər siyasətdən çıxmırsa başı,

İsa da, Əli də meylənməlidir.


Rauf Arifoğlu:


Çox dedim ay İsa, ay Əli, mumla,

Acizlik göstərdi sərt uçurumla,

Ailə qurmadı, bunlar qurumla,

Rəsul "palata"da öylənməlidir.


Rəsul Quliyev:


20 il arada qovğa, təfriqə,

Onlarda olmamış sahman, səliqə,

Onlarda kəsilib yerlə əlaqə,

İsa da, Əli də göylənməlidir.


Rauf Arifoğlu:


Heç biri zahirdən heç şən deyillər,

Yeni siyasətə düşən deyillər,

Onlar siyasətdə bişən deyillər,

Odur ki, bişməyib çiylənməlidir.


Rəsul Quliyev:


Siyasi meydanda dunux, key olub,

Hər biri dodaqda sınıq ney olub,

Onlar siyasətdə daim şey olub,

Hətta bundan sonra şeylənməlidir.

Rauf Arifoğlu:


Daşıyıb hər biri bir təlxək adı,

Bunlara yaraşıb ancaq səy adı,

Daim xoşlarına gəlib bəy adı,

İsa da, Əli də "bəy"lənməlidir.


Rəsul Quliyev:


Yayı gizlədirlər, ataraq oxu,

De, kim qəbul edər belə güruhu,

Mənə uyğun gəlmir "palata" ruhu,

Könlüm atmosferdən heylənməlidir.


Rauf Arifoğlu:


Qələt qaynadırlar hey oda içrə,

Əli, İsa olub şər-xata içrə,

Rəsulun gəlişi "palata" içrə,

Dəyərləndirilib rəylənməlidir.


Rəsul Quliyev:


Mən onlardan, fərqli qüdrətli bəyəm,

İstəməzdim boş-boş özümü öyəm,

Siyasi rəhbərlər kürsüsündəyəm,

Gəlişim əməlli vəhylənməlidir.


Rauf Arifoğlu:


Potensialda o, bir pələng, bir fil,

Rəsul siyasətçi, qoşalar səfil,

Görüb "palata"da Rəsulu qəfil,

Əli də, İsa da eymənməlidir.

Rəsul Quliyev:


Utanıb-qızarıb ölməmələri,

Lider tək danışıb gülməmələri,

Onların iş görə bilməmələri,

Dildə, ağızlarda çeynənməlidir.


Rauf Arifoğlu:


Radikalı söküb yıxdılar, ayıb,

Onlar siyasətçi kimi pis, qayıb,

Hər biri Rəsulu xoş qarşılayıb,

İsa, Əli içdən göynənməlidir.


Rəsul Quliyev:


Hər biri naqisdir, düzəxə gedər,

20 il ərzində axıdıblar tər,

Üzüb əldən salıb onları kədər,

Yanımda hər biri çox qüssəlidir.


Rauf Arifoğlu:


Hər biri Rəsulu unudub danır,

Onlardan yaxşıdır, bunu düz qanır,

Rəsulu görəndə İsa yalmanır,

Ona yaxınlaşan yalnız Əlidir.


Rəsul Quliyev:


Bunlar açıq-aşkar vurmaqdadır pəl,

İnkar edirdilər gəlişi əvvəl,

Gah mənə deyirlər "palata"ya gəl,

Onlar başıxarab, bəlkə dəlidir.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər