PDF Oxu

Köşə

  • 957

“DCUMH” “İP”-ə alternativ qurumdur

“DCUMH” “İP”-ə alternativ qurumdur

Mirmahmud Fəttayev:


Mənə desələr də Məşədi İbad,

Yeni qurumumu elədim abad,

Qulamhüseyn, Əhməd, Vaqif və Qubad-

"İP"-ə alternativ qurumumuz var.


Vurğun Əyyubov:


Bizə edəcəkdir təzim "DCUMH",

Deyil göstərməyə əzm "DCUMH",

Bərkiməyəcəkdi sizin "DCUMH",

Bizim "İP"-də normal durumumuz var.


Mirmahmud Fəttayev:


Əlidə heç zaman olmayıbdı baş,

İsanın başına düşəydi bir daş,

Hoparıq "İP"-ə də biz yavaş-yavaş,

Axı əsəblərdə tarımımız var.


Vurğun Əyyubov:


Kütlə bizi vecə almasa belə,

Cibimiz dollarla dolmasa belə,

Bizim heç nəyimiz olmasa belə,

Qərbi cəlb eyləyən qırımımız var.


Mirmahmud Fəttayev:


Həmişə uduzub işi qəlp edən,

Ön yerlərə qalxıb könül, qəlb edən,

Bizim təşkilatda bossu cəlb edən,

Məhsullu-bəhrəli şırımımız var.


Vurğun Əyyubov:


Xilas olmamışıq daram heyətdən,

Edib istifadə həm xam heyətdən,

"İP" məhrum olubdu, bil, tam heyətdən,

İndi bu qurumda yarımımız var.

Mirmahmud Fəttayev:


Gündəmə gəlirik, xoş xəbər bizdə,

Pulu gətirməyə min təpər bizdə,

Cəlb etməyə qadir işvələr bizdə,

Həm də ki, ilişmə, sarımımız var.


Vurğun Əyyubov:


Gəlməyin, gəlsəniz, lap əbəs olar,

Zirvədə yeriniz, sözsüz, nəhs olar,

Sizin qurumunuz "İP"-dən pis olar,

Gözlərik, səbrimiz, aramımız var.


Mirmahmud Fəttayev:


İri soyuducuda qalın buz varsa,

Sizdə qoyun, toyuq, həm donuz varsa,

Sizin dollarınız, avronuz varsa,

Bizim rus rubluyla dramımız var.


Vurğun Əyyubov:


Çətindi dördəlli aşıqda gəzmək,

Gülməli görünər qaşıqda gəzmək,

Bizlərə çətindi işıqda gəzmək,

Qarşıda qaranlıq toranımız var.


Mirmahmud Fəttayev:


Qərbdə asan tapar bizi yiyəmiz,

Bürüyüb ölkəni tamam qiyyəmiz,

Artıb çoxalmaqda nəzəriyyəmiz,

Kiloqramımız var, qramımız var.

Vurğun Əyyubov:


Yaxşı görürsünüz, özümüz şənik,

Biz qürub üstündə ölüb-itənik,

Sözsüz, biz ümidsiz gedənlərdənik,

Qarşıda fırtına, boranımız var.


Mirmahmud Fəttayev:


Heç bəyənmədiniz çini qurumu,

Nə elmi qurumu, dini qurumu,

Siz gedin, bəyənib yeni qurumu,

Bizi də axtarıb soranımız var.


Vurğun Əyyubov:

Bir lider olmadı nə topal, nə şil,

Göz yaşı tökərək ağlayardı fil,

Meydanda 15 il, ya 20 il,

Diz döyüb, üzünü cıranımız var.


Mirmahmud Fəttayev:


Dadarıq naəlac yad pendirini,

Çatıb qalayarıq dost təndirini,

Daim qoruyarıq boss kəndirini,

Bizdəsə kəndiri qıranımız var.


Vurğun Əyyubov:


İndi tərk etməkdə artıq qan bizi,

Heç də izləmədi şərəf-şan bizi,

Bu hal saxlamadı süqutdan bizi,

Deyirdik Rusiya, İranımız var.

Mirmahmud Fəttayev:


Qərb bossu önündə çox durdunuz mil,

Ən cüzi qranta buladınız dil,

Nə Tövrat bildiniz, nə də ki, İncil,

Əhli-müsəlmanıq, Quranımız var.


Vurğun Əyyubov:


Köhnələr köhnəlib addan düşübdü,

Qaynardı, elə bil, oddan düşübdü,

Qurumun çoxusu moddan düşübdü,

"SİDSUH", "İP" adında viranımız var.


Mirmahmud Fəttayev:


Köhnəsiz sizləri üfunət basıb,

Sizin tək etmərik biz qulaq asıb,

Biz bir o qədər də deyilik kasıb,

Bizim dağımız var, aranımız var.


Vurğun Əyyubov:


20 il əvvəldən hədəfə tuşuq,

Biz alçaqdan uçan vurulmuş quşuq,

Kimə güvənirsiz, biz uduzmuşuq,

İsa, Əli kimi tiranımız var.


Mirmahmud Fəttayev:


Bilirəm, əzəldən siz bəxtiqara,

Vurma ürəyimə nahaqdan yara,

Hədəfə çırpıllıq, düşəndə dara,

Ağlınıza gəlməz taranımız var.


Vurğun Əyyubov:


Deyirdilər guya içiboşam mən,

Son payız övladı, qarlı qışam mən,

Qaçıb Türkiyədə sığınmışam mən,

Əli, İsa kimi baranımız var.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər