PDF Oxu

Köşə

  • 4 556

QIRMIZI, YAŞIL, SARI...

QIRMIZI, YAŞIL, SARI...

Qırmızı, yaşıl, sarı, Bakının işıqları. Bir məşhur şeirdən olan misralar əbəs yerə mənim yadıma düşmədi. Bəli, bu gün də Bakımızın işıqları rəngarəng və parlaqdır. Hətta səmadan baxdığımız zaman Bakı yer üzərində parlayan milyonlarla ulduzu xatırladır. Bu gün hər birimiz bu aydınlıq içində yaşayır, sabahımıza inamla baxırıq. Amma...

Amma burada məqsədim bu mövzuya toxunmaqdan ibarət deyil. Çünki düşüncəmdə başqa ideya yarandı və həmin ideyanı sevimli oxucularımıza əxz etmək istədim. İdeya isə budur: Bakının işıqları kimi rənglərini dəyişən siyasi fərdlər də var ki, onlar bir vaxtlar narıncı rəngə bürünərək "mandarin", "apelsin" kimi sitrus meyvəsindən heç də fərqlənmirdilər. Ancaq onların bu gün "mandarinliklərindən" və "apelsinliklərindən" əsər-əlamət belə qalmayıb. Çünki narıncı rəng çoxdan tarixin arxivinə köç edib.

Artıq bu günlərdə siyasi fərdlərin radikal kəsimində yeni rəng-bənövşəyi rəngi "formalaşıb". Nədi-nədi paytaxtımızda Bakıya xüsusi bəzək verən bənövşəyi taksilər mövcuddur və bu taksilərin paytaxtımıza verdiyi xüsusi gözəllik kimlərinsə xoşuna gəlmirmiş. Ona görə də birilərinin əllərinə girəvə düşüb və onlar başlayıblar "bənövşəyi" rəngi öz gözlərincə görmələrinə. Yazıb-pozurlar ki, guya Bakıda "bənövşəyi inqilab olacaqmış" (?!)

Ancaq gəlin bu məsələnin gerçək üzünə, real tərəfinə baxaq. Nə görürük burada? Görürük ki, ölkəmizdə qanunlar mövcuddur və bu qanunların icrası, onlara riayət etmək hər bir vətəndaşın borcudur. Hər halda, istənilən xarici dövlətlərdə belə qanunları pozanlar müvafiq qaydada cəzalarını alırlar. Və bu gün Bakıda nəqliyyat sistemində aparılan islahatlar da sözügedən qanunların tərkib hissəsidir. Hər bir kəs kimi taksi sürücüləri də vergi ödəməli, lisenziyalı fəaliyyət göstərməlidir. Eyni zamanda, köhnə avtomobillərin taksi kimi şəhərin küçələrində işləməsi məqsədəuyğun hesab olunmur. Axı burada nə var ki, siyasi təfəkkürləri sıfıra bərabər olan bir sıra şəxslər indi də durub "bənövşəyi inqilabdan" dəm vururlar? Məgər bu günə qədər dəyişdikləri rənglər onlara bəs etmirmi? İndi də "bənövşə çiçəyinə" dönməyi arzulayırlar?

Bütün bunlardan əlavə, hazırda paytaxtımızda kifayət qədər müasir London taksiləri mövcuddur və bu taksilərdən hələ bir o qədəri də gətiriləcək, bu gün onun bunun dediyi ilə oturub-duran bəziləri zaman gələcək, həmin taksilər vasitəsilə işlə təmin olunacaqlar. Amma əfsuslarla söyləmək istərdim ki, bu gün Bakımızın qırmızı, yaşıl, sarı rənginə "bənövşəyi" rəngi qatmağa cəhd göstərirlər. Amma belə olan halda, həmin şeirin misraları da pozulur. Necə deyərlər, pozuculuq bunların rənglərinə də sirayət edib...

Digər xəbərlər