Etibar Məmmədov:
Qrantlar dolaşdı məndən çox iraq,
Məni cəlb eylədi viski və araq,
Azalıb qəlbimdə siyasi maraq,
Londonda, Parisdə kommersiyam var.
Rəsul Quliyev:
Söndürər qəlbimdə kini siyasət,
Zirvəyə aparar yeni siyasət,
Dörd əllə çağırır məni siyasət,
Mənim də "ACP" adlı dünyam var.
Etibar Məmmədov:
Qazanar tərpənməz mülkə baş əyən,
Uduzub siyasət mənim söyləyən,
Məndən çıxmayacaq kütlə teyləyən,
Əlimdə çox sayda küllü mayam var.
Rəsul Quliyev:
İsa da Əli də küncdə yatıbdı,
Yaxşı dost-tanışlar rişə atıbdı,
Deyəsən, "İP"-in də sonu çatıbdı,
Yeni birliklər tək möhkəm qayam var.
Etibar Məmmədov:
Artıq meydanlara etmişəm tfu,
Qərb də tapdalayır yaxşını, safı,
Yalançı görüntü Rəsulun xofu,
Yaxın gələcəkdə "İP"-də qiyam var.
Rəsul Quliyev:
Ətrafı dövlətdə dəvə fəth edər,
Zehnimi erməni kirvə fəth edər,
Qurumum ucalıb zirvə fəth edər,
Tezliklə çin olan gözəl röyam var.
Etibar Məmmədov:
Xoşdur kommersantlar ilə görüşüm,
Mənə pul gətirir qızıl-gümüşüm,
Parıldamasa da qızıl-gümüşüm,
Daima alışıb-yanan ziyam var.
Rəsul Quliyev:
Meydana yazarıq minlərlə sütül,
Onun üzərinə qoyarıq kətil,
Bossların gözünə üfürməkçün kül,
Yalandan çox zorba böyük guyam var.
Etibar Məmmədov:
Malik olduğumu satıram baha,
Heç kəs də batırmaz məni günaha,
Yalan danışmaqdan bezmişəm daha,
Üzümdə abırım, qəlbdə həyam var.
Rəsul Quliyev:
Xarici banklarda tay-taydı param,
Rus rubl göndərir, erməni dram,
Mənə inanana pul buraxaram,
Neçə pul dərzlərim, neçə tayam var.
Etibar Məmmədov:
Özüm siyasətdən uzaqlaşdım tam,
Çətin ki, geriyə bir addım atam,
Söylədiyim kimi bir kommersantam,
Mənim siyasətdən iti payam var.
Rəsul Quliyev:
Gəlir limuzinim cipin yerinə,
Özüm İsa kimi tipin yerinə,
Qurumun gələcək "İP"-in yerinə,
Siyasi meydanda kamil dayəm var.
Etibar Məmmədov:
Çoxu siyasətdə etməkdə ax-ux,
Küçədə-meydanda işlər çox şulux,
Dəmir-dümürümlə edirəm çax-çux,
Məni çox qoruyan güclü ayəm var.
Rəsul Quliyev:
Çoxu çıxarmadan batanda məni,
Qoxumdan tanıyır şeytan da məni,
Çoxları gözləyir meydanda məni,
Dəstəkçilər üstə böyük sayəm var.
Etibar Məmmədov:
Küçələr, meydanlar gipgirdə qalıb,
Arada da qalın bir pərdə qalıb,
Siyasət beş addım geridə qalıb,
Pul qazanmaq üçün əzmim-qayəm var.
Rəsul Quliyev:
Varımdı Nyu-Yorkda atış sahəsi,
Vardır Baltiklərdə latış sahəsi,
Olsun Etibarın satış sahəsi,
Mənim də meydanda şəxsi sahəm var.
Etibar Məmmədov:
Meylim yox bossların verdiyi küpə,
Lider də demərəm İsa tək tipə,
Verdim siyasəti Rəsula, "İP"-ə,
Mənim də kiçicik satqı vahəm var.
Rəsul Quliyev:
Bu atdan düşən də, minən də olub,
Boğazdan yuxarı dinən də olub,
Siyasətə meylim dünən də olub,
Sabah da olacaq, daha bahəm var.
Etibar Məmmədov:
Kütləyə puç xəyal hörsün istəyən,
Meydanın dadını görsün istəyən,
"İP"-in meydanına girsin istəyən,
Mənim siyasətdən kənar kaham var.
Rəsul Quliyev:
Qopardım, kim verdi mənə əlini,
Meydanda çox qırdım onun belini,
Çox yaxşı bilirəm kütlə dilini,
Mənim həm pulbasdım, həm də baham var.
Etibar Məmmədov:
Bir az sındırıbdı kaha burnumu,
Satmazdım yadlara baha burnumu,
Soxmam siyasətə daha burnumu,
Qazanc yerim olan soyuq saxam var.
Rəsul Quliyev:
Mənim adamların payın çıxarar,
Hər kəs küçələrə tayın çıxarar,
Gəlməsəm, "İP" əlbət zayın çıxarar,
Meydana çıxmalı neçə sovxam var.
MİRZƏ QƏRƏNFİL