PDF Oxu

Köşə

  • 1 285

İSA QƏMBƏROV, ƏLİ KƏRİMOV, FRANSA SENATI VƏ KƏLBƏCƏR

İSA QƏMBƏROV, ƏLİ KƏRİMOV, FRANSA SENATI VƏ KƏLBƏCƏR

Fransa Senatının məlum qərarı, təbii ki, bütün türk dünyasının əleyhinə yönəlmiş qərəzdir və bu qərəzin arxasında erməni məkrinin dayanması da sirr deyil. Ancaq bu hadisənin əsasən, türk-müsəlman dünyasında hiddət və qəzəb doğurduğu məqamda yuyulmamış çömçə kimi özlərini ortaya atan radikal müxalifətin "ağıl dəryası" qismində çıxış edən liderlərinin gen-bol açıqlamalar vermələri təəccübə səbəb olub. Ona görə də, həmin liderlərin, ümumiyyətlə, dövlətçilik, azərbaycançılıq və bütövlükdə, türkçülük tərəfindən özlərinə xal qazanmaq cəhdləri bu xalqa qarşı olan HƏQARƏTDİR! Həmin həqarətə isə, əslində, onların özləri layiqdirlər.

Bu günlərdə Türkiyəyə gedən Müsavat başqanı İsa Qəmbərovun həmin dövlətin müxalifət partiyası kimi tanınan BBP qurultayında ağlına deyil, ağzına gələnləri sərsəmləməsi, heç bir haqqı olmadan Türkiyə-Azərbaycan iqtidarına öz təbirincə "mesaj" yollaması, ümumiyyətlə, insanlara "ağıl qoymaq" cəhdləri həm Azərbaycan xalqının, həm də Türkiyə vətəndaşlarının kəskin etirazı ilə qarşılanıb. Çünki İ.Qəmbərovun BBP qurultayında dedi-qodu xarakterli fikirlər söyləyərkən, sağa-sola yellənən əlləri yüzlərlə azərbaycanlının qanına bulaşıb, ağzındakı dili günahsız insanların ölüm fərmanlarını səsləndirib. "Ağlı" isə Kəlbəcər kimi tarixi məskənimizin ermənilərə neçəyə satılmasını hesablayıb! Çünki bu kimi etirazların məhz 1992-ci ildə də İ.Qəmbərova ünvanlanması heç kimin hafizəsindən silinməyib. Bu gün Müsavat başqanının qondarma "erməni soyqırımı" haqqında Fransa Senatının çıxardığı qərara qarşı "çıxması" başadüşülən deyil. Ona görə başadüşülən deyil ki, əvvəlcədən Xocalı soyqırımının baş verəcəyi barədə məlumatlı olan İ.Qəmbərov Ayaz Mütəllibovun devrilməsi və bununla da, AXC-Müsavat cütlüyünün iqtidara gəlməsi üçün Xocalı soyqırımını bilərəkdən xalqdan gizlədib!

VƏ GÖRÜNÜR, BU GÜN HƏMİN XƏYANƏTKARA ÇƏPİK ÇALAN BBP-ÇİLƏRİN HƏMİN FAKTLARDAN XƏBƏRLƏRİ BELƏ YOXDUR!

İ.Qəmbərov kimi AXCP (i)-nin sədri Əli Kərimov da "Azərbaycan və Türkiyə" iqtidarına ismarıclar yollayır (?!) Guya bu adam da Fransa Senatının məlum qərarından pəjmürdə olub və nə gecə yatır, nə də gündüz. Guya Ə.Kərimov türk xalqının dərdinə qalaraq, Türkiyə kimi nəhəng dövlətə "məsləhətlər" verir (?!) Və guya ki, Ə.Kərimov işə qarşısaydı, nəyisə "həll etmək" gücünə malik olduğunu sərgiləyərdi. Fəqət bu gün başından böyük danışmağa cəhd göstərən alçaq və rəzil xarakterlərə məxsus AXCP (i) sədri nədənsə unudur ki, 1992-ci ildə İrana gedərkən, Azərbaycanda Şuşanın sonrakı taleyini həll etmişdi. Ə.Kərimov bilə-bilə ki, 9 may tarixində ermənilərə satılmış Şuşa uzun müddət erməni tapdağı altında inləyəcək, bax, onda əsl həqiqətləri zamanından tez xalqa açıqlamağa cürəti çatmamışdı. Niyə?! Ona görə ki, həmin pullardan ona da çatacaqlar var idi və o, həmin pulları bu gün də nuş edərək yeyir!

Yeyir və üstəlik, bir az da həyasızlaşaraq, hökumətlərə mesajlar yollayır. Amma unudur ki, qısa zamanda Fransa Senatının çıxardığı məşum qərar tez bir müddətdə qüvvədən düşəcəyi kimi, onun və onun kimilərin tarixi rəzillikləri də xalqın mühakiməsinə çıxarılacaq.

Digər xəbərlər