Araz Əlizadə:
Maraq doğurmaqda başın alveri,
Az qazanc gətirir daşın alveri,
"Ümid"in qisməti maşın alveri,
İqbal avtomobil satır, deyəsən.
Əhməd Oruc:
At alan birinci dişinə baxır,
Ət satan mal-qara leşinə baxır,
"VİP" Əli ticarət işinə baxır,
O da həmkarlara atır, deyəsən.
Araz Əlizadə:
Dolmur qrantlarla əllərdə sini,
Geriyə çəkilib bossların mini,
Etibar qurmaqçün öz biznesini,
Londonda, Berlində yatır, deyəsən.
Əhməd Oruc:
Möhkəm inam var ki, radikal sına,
Xarici dəstəkçi gələr yasına,
Müsavatda gəlir siyahısına,
İsa da marketinq qatır, deyəsən.
Araz Əlizadə:
Qazanc qazanmaqçün çox həb itibdi,
Radikal liderdə həm təb itibdi,
Artıq ara qatıb, məzhəb itibdi,
İfratlar çirkaba batır, deyəsən.
Əhməd Oruc:
Yoxa çəkilmirlər tiplə birlikdə,
Bir-bir yıxılırlar ciplə birlikdə,
İsanın, Əlinin, "İP"-lə birlikdə,
Süqut, iflas anı çatır, deyəsən.
Araz Əlizadə:
Zirvədən enirlər, vahə qalxırlar,
Liderlər raketsiz mahə qalxırlar,
Bəzisi Qırat tək şahə qalxırlar,
Bizisi də köksüz qatır, deyəsən.
Əhməd Oruc:
Üzür radikallar biznes gölündə,
Liderlər tutubdu xurcun əlində,
Əli İsa ilə "İP"-in çölündə,
Qurubdu narıncı çadır, deyəsən.
Araz Əlizadə:
Pul qırmaq radikal bəyin istəyi,
İndi biznes üstə köklənib rəyi,
Zirvədən enibdi Qərbin dəstəyi,
Bossun pulu zəhər dadır, deyəsən.
Əhməd Oruc:
Qazanmaq radikal qəlbə damanda,
Liderlər küçəyə çıxır tumanda,
Radikal biznesmen ahda-amanda,
Basıb hər birini qotur, deysən.
Araz Əlizadə:
Xaricdə İsaya deyilmir bir tuş,
Əli edə bilmir xaricə uçuş,
Əl atır vurmağa qripli bir quş,
Yerinə qurbağa tutur, deyəsən.
Əhməd Oruc:
Radikal durumda işə həvəs az,
Çoxu Qərb önündə etməkdədi naz,
Gəlir hər ağızdan axmaq bir avaz,
Bir deyən də yoxdu "otur", deyəsən.
Araz Əlizadə:
Lider yaxşı deyir əhvali-şərif,
Özü ünvanına yağdırır tərif,
Əlinə keçəndə pullu boss hərif,
Qrantları lüm-lüm udur, deyəsən.
Əhməd Oruc:
Hər biri cibinə qoyur pulları,
Olur çayxanada yaxşı halları,
Varsa bir liderin beş-üç dolları,
Ən fərasətlisi budur, deyəsən.
Araz Əlizadə:
Hər biri kommersant, Allaha pənah,
Adlar arxasında yüzlərlə günah,
Qərbə naz satmaqda radikal cinah,
Naz satır, şahzadə Budur, deyəsən.
Əhməd Oruc:
Radikal cəbhədə çatılıb qaşlar,
Düşməkdə ardıcıl başlara daşlar,
Yümşalıb-boşalıb radikal başlar,
Qərb tutmur başlara çətir, deyəsən.
Araz Əlizadə:
İfrat ətalətdə, səylər bəyənmir,
Çoxu Qərbdən gələn vəhylər bəyənmir,
Artıq peraşkini "bəylər" bəyənmir,
Yeyəcək axırda fətir, deyəsən.
Əhməd Oruc:
İndi radikallar qaçır mal üçün,
Onlarda yumurta yoxdu fal üçün,
Boss əkər bir zaman radikal üçün,
Bir ağac ki, adı qədir, deyəsən.
Araz Əlizadə:
"Bəylər" uzun yolu çox kəsə enib,
Kütləsevərlikdən "SS"-ə enib,
Siyasi pillədən biznesə enib,
Hər biri geriyə gedir, deyəsən.
Əhməd Oruc:
"Bəylər" uzun yolu gedərək kəsə,
Qərb qrantı üstə giriblər bəhsə,
Siyasi meydanda etməyə nəsə,
Deyil radikallar qadir, deyəsən.
Araz Əlizadə:
Qazana bilmirlər "bəylər" bir manat,
Bəyənmir onları indi bir fanat,
Radikal liderlər bir eksponat,
Özü də nadirdən nadir, deyəsən.
Əhməd Oruc:
Lider kürsüsünə mindi kütlələr,
"İP"-də acqarına dindi kütlələr,
"Bəylər"dən yan qaçır indi kütlələr,
Onlar buxarlanıb itir, deyəsən.
MİRZƏ QƏRƏNFİL