PDF Oxu

Köşə

  • 2 660

QARANLIQ “ZİYALILAR”IN SAYALIQLARI

QARANLIQ “ZİYALILAR”IN SAYALIQLARI

Ziya işıqdır, nurdur və bütün dövrlərdə elmə, onu öyrətməyə, yaymağa çalışan insanlar ziyalı deyə müraciətlər ediblər. Belə ziyalılarımız Azərbaycanımızı hər zaman dünyaya tanıdıb, tanıdıblar və bu gün də bu kimi fəaliyyətlərini davam etdirməkdədirlər. Amma...

Amma bir məsələ də var ki, xalqın gözündə ziyalı kimi görünməyən, yalnız öz ətraflarında "ziyalı" imicini formalaşdırmağı bacaran birilərinin bütün mənalarda bu addan sui-istifadə etmək cəhdləri bizləri hiddətləndirməyə bilməz. Çünki belə "ziyalılar" heç vaxt həqiqi ziyalı kimi qəbul olunmur. Çünki belə "ziyalıların" qaranlıq məqsədləri onların iç üzlərini aşkarlayıb üzə çıxarır. Bəlkə də "Ziyalılar forumu" adı altında cəmləşən 3-5 nəfərin nə zamansa hansısa səmərəverici davranışları olub, lakin bugünkü "fəaliyyətləri" ilə zamanında əldə etdiklərini, necə deyərlər, gurumbultu ilə çırpırlar yerə. Və nəticədə xalqın gözündən düşə bildikcə düşürlər. Axı necə ola bilər ki, Eldar Namazov ziyalı olsun? Axı bu adam zamanında siyasi karyerasını qura bilməyibsə, hansı "foruma", yaxud da quruma rəhbərlik edə bilər? Ya da ki, götürək Rafiq Əliyevi. Bu adamın hansı iş-güc sahibi olması da məlum deyil.


"MƏLƏK" DEYİL, KƏLƏK...


Belə ki, əldə edilən məlumatlara görə, ADNA-da fəaliyyət göstərərkən, R.Əliyev kifayət qədər rüşvət faktlarını reallaşdırıb, pul müqabilində tələbələrə qiymət yazıb. İndi də özünü "ziyalı" kimi sırıyaraq, az qala "mələk" olduğunu sərsəmləyir. Amma onların "mələk" deyil, kələk olamaları öz təsdiqini tapıb. Məgər ziyalı belə olur? Məgər ziyalı gənclərə elm öyrətmək yerinə, onlardan rüşvət alıb, gələcək həyatlarını puç edir?

Bu gün "gənclərin sosial problemləri" deyərkən, onlar hansı məqsədləri güdürlər? Və niyə demirlər ki, orada təmsil edilənlərin hər biri son bir ildə hansı məqsədlər hesabına ABŞ-da olublar? Kimlərdən hansı sifarişləri qəbul ediblər? Niyə bir il ərzində nə qədər pul aldıqlarını etiraf etmək yerinə siyasi oyunbazlıqları ilə baş verənləri gizlətməyə cəhd göstərirlər?


KİÇİK ADLAR, KİÇİK SOYADLAR...


Azərbaycanda gənclərin sosial problemləri olmadığı yerdə, ölkə rəhbərliyinin apardığı gənclər siyasətinin uğurlu nəticələrini şərh etmək yerinə, hər il yüzlərlə gəncin dövlət xətti ilə nüfuzlu xarici elm ocaqlarına, universitet və akademiyalarına göndərildiyi bir vəziyyətdə "eldar namazovların", "rafiq əliyevlərin", "rüstəm ibrahimbəyovların" və digərlərinin (onların "fəaliyyətləri" həm özlərini, həm də ad və soyadlarını kiçildib-R) guya "sosial problemlər ətrafında qondarma diskussiyalar aprmaqları təəccüb və təəssüf doğurur! Təəssüf ki, əsil ziyalılar qala-qala, bir qrup qaranlıq "ziyalı" reklam xatirinə bu kimi rəzilliklərə getməyə cürət edirlər! Azərbaycan gəncinin uğurunu baltalayır, öz məqsədlərini reallaşdırırlar.

Eləcə də, bu tiplərin SAYA rəngləri onların QARANLIQ tipajlarını aşkar şəkildə büruzə verir. Bu kimi "ziyalıların" SAYALIQLARI onların bilgisizliklərini, savadsızlıqlarını, kimlərə və nəyə xidmət etmələrini də açıqlamış olur. Onlar, əslində, QARANLIQ "ZİYALILIĞIN" SAYA FORMASINA GİRMİŞ BAŞIPOZUQLAR DƏSTƏSİDİRLƏR!


RÖVŞƏN


Digər xəbərlər