PDF Oxu

Köşə

  • 1 110

Çovğun müxalifəti dalana dirəyib

Çovğun müxalifəti dalana dirəyib

Nurəddin Məmmədli:


Başdan viskilərin məsti gedirdi,

Başqan baxır bizə, şəsti gedirdi,

İşlər rəvan, həm də isti gedirdi,

Çovğunlar da zərbə vurdu arxadan.


Qabil Hüseynli:


Vallah, "İP"-də baş filandı, leş filan,

Bu çovğunda hərə qurur bir plan,

Düzü, biz də bir əməlli iş-filan

Gözləmirik, İsa kimi yorğadan.


Nurəddin Məmmədli:


Lider olan "bəylər" çoxdan sınıbdı,

Ciblərinə milçək-gənə qonubdu,

Qərargahda yetkililər donubdu,

Sərt şaxtadı əl-ayağı doğradan.


Qabil Hüseynli:


Bir vaxt qrant lap axardı sel kimi,

"Bəylər" yeyib şişmiş idi fil kimi,

Cibdə hava vıyıldayır yel kimi,

Müsavatda hamı olub bağrı qan.


Nurəddin Məmmədli:


"İP"-də cindar, falçı, şaman kükrəyib,

"Bəy"ə qarşı məkan-zaman kükrəyib,

Qurumlarda çovğun yaman kükrəyib,

"İP" bir küncə sığınıbdı ağrıdan.


Qabil Hüseynli:


Deyilərdi tostlar, pul göndərəndə,

"Soros"lular, dostlar pul göndərəndə,

Payız fəsli, bosslar pul göndərəndə,

İsa-Əli kabab yedi sağrıdan.

Nurəddin Məmmədli:


Çovğun əsir, yataq yeri dərində,

Üşüyürlər "bəylər" ifrat sərində,

Başqan İsa saymaqdadı yerində,

Əli önə getməyibdi darğadan.


Qabil Hüseynli:


O, olmamış hətta kamil qazançı,

Almaqdaydı gündə şefdən beş qamçı,

İsa Qərbdən güdməkdədi qazancı,

Pul çıxarır satdığı mis sırğadan.


Nurəddin Məmmədli:


Bosslar ilə gündə vurur mırt, Əli,

Öz-özünə ad veribdi Qurd Əli,

Dərs almışdı, düzü, bizim "Yurd" Əli,

Yarasadan, sağsağandan, qarğadan.


Qabil Hüseynli:


Müsavatda İsa özü qulnəfis,

Boss ayağı altda yatan çulnəfis,

O deyir ki, Qərbdə bosslar filnəfis,

Mənim özüm on beş tonluq kərkədan.


Nurəddin Məmmədli:


Radikalın başı sisdə-dumanda,

Onlar azıb xülyalarda, gümanda,

Mitinq keçirməyə vermir aman da,

Çovğun güclü gəlib bu gün, doğurdan.


Qabil Hüseynli:


Radikallar bu gün itin günündə,

Cib doldurdu elin çətin günündə,

Verəcəkdir cavab xalqın önündə,

Heç birisi xilas olmaz sorğudan.


Nurəddin Məmmədli:


Bossdan nə alırsa, edir istemal,

Bu çovğunlu gündə durub xeyli lal,

Tərəddüd içində cəmi radikal,

Seçilmir "İP"-çilər heç də oğrudan.


Qabil Hüseynli:


"Bəylər" bosslardan pul üzmək istərlər,

Problemlərini çözmək istərlər,

Cipdə, limuzində gəzmək istərlər,

Çıxmır başları da adi qurğudan.


Nurəddin Məmmədli:


Sevinir "bəy" yad cibə əl dəyənə,

Xoşlayırlar yad malını yeyəndə,

Çovğun, tufan, külək, həm yel dəyəndə,

Çox şey asılıdı, sözsüz, vurğudan.


Qabil Hüseynli:


Ya "bəy" olub bossla Qərbdə vur yüz-yüz,

İstəyirsən inan, istər dodaq büz,

Adi deyil, çox şey deyir tələffüz,

İfadələr asılıdı durğudan.


Nurəddin Məmmədli:


Boss süfrəsi başında qaxılırlar,

Pul az olsa, yanırlar-yaxılırlar,

Qarda-buzda sürüşüb-yıxılırlar,

İndi "bəylər" ayrılmırlar sarğıdan.


Qabil Hüseynli:


Zirvələrə baxan gözlər axıbdı,

Hər birini bu qar-çovğun yıxıbdı,

Boss yemindən əlləri tez çıxıbdı,

Yapışıblar qamış atdan, qarğıdan.


Nurəddin Məmmədli:


"Bəylər" bosslar qabağında bir quzu,

Andırırlar iki badam, bir qozu,

Heç birinin Qərbdə yoxdu nüfuzu,

Boss onları ayırmayır çalğıdan.


Qabil Hüseynli:


Biri-birisinə pəl vurub atmaq,

Məqsəd yüz məkrlə boss yemi dadmaq,

"Bəylər"in başlıca xobbisi satmaq,

Bir də çox xoşları gəlir alqıdan.


Nurəddin Məmmədli:


Qərb bunlara yem edibdi suxuru,

İsa-Əli çoxdan keçib axuru,

Boss "bəylər"ə məskən seçib axuru,

Keçibdilər neçə hindən, ilxıdan.


Qabil Hüseynli:


Bunlar üçün bir əvəzsiz candı boss,

Bu "bəylər"i işlək heyvan sandı boss,

Hər birinin fitnəsini qandı boss,

Süqut etdi qiymətini qalxızan.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər