Arzu Səmədbəyli:
Gətirmir bir faktı tutarlı İsa,
Bossdan pul çəkməkçün azarlı İsa,
Postunda qalmaqda israrlı İsa,
Dönmür o, başqanlıq iddiasından.
Rauf Arifoğlu:
Başqanlıq postuyçün lap çox döyükdü,
Bu məxluq İsadan cəlddi, çevikdi,
Arifin ah-vayı daha böyükdü
İsa Qəmbərovun adi kosundan.
Arzu Səmədbəyli:
O, başqan olacaq, çünki varlıdı,
Özü də hamıdan etibarlıdı,
Bu yolda İsa bəy çox israrlıdı,
Hamı əl üzsə də tale tasından.
Rauf Arifoğlu:
İsa bədxahları sürüyüb getsin,
Digər namizədlər hürüyüb getsin,
Arif qoy türmədə çürüyüb getsin,
İsa qərargahda pörtsün yasından.
Arzu Səmədbəyli:
Həmkarlarla heç görüşmək istəmir,
Bizlər ilə o, yürüşmək istəmir,
İsa artıq başa düşmək istəmir,
Heç nə çıxmaz bihudə "boş-bas"ından.
Rauf Arifoğlu:
Digər liderlərlə cidalda-cəngdə,
20 il uladı eyni ahəngdə,
İsa bəy tünd-açıq narıncı rəngdə,
Əyninə geyinib köynək yosundan.
Arzu Səmədbəyli:
Yalandan deyir ki, işığı görür,
Bossun uzatdığı qaşığı görür,
Hamını özündən aşağı görür,
Bir özünü sayır lider "as"ından.
Rauf Arifoğlu:
Narıncı köynəyi geyib yosundan,
Çəkmir təpiyini o öz kosundan,
Yapışıb dördəlli kreslosundan,
İndi pay da almır İsa bossundan.
Arzu Səmədbəyli:
Arzular ömürlük, o, qaza versin,
İstər ki, xaricə yüz baza versin,
Hazırdı yetkili güdaza versin,
Bu adam əl çəkmir xısın-xısından.
Rauf Arifoğlu:
Bosslar toplusunun boynunu qucmaq,
Peşəsi xülyalar qoynunda uçmaq,
İsanın xobbisi boş-boş danışmaq,
Heç vaxt yapışmayıb sözün "sus"undan.
Arzu Səmədbəyli:
Dözə bilməyərək bu yerdə Bıdı,
Deyərdi bədxahdı İsanın adı,
İfratlar o qədər təxribatçıdı,
Bir şey çıxmayacaq basabasından.
Rauf Arifoğlu:
Müsavatda müsibətlər daldadı,
Çoxu deyir, lider deyil, halqadı,
İndi İsa elə bir pis haldadı,
Yapışardı ermənidən, rusundan.
Arzu Səmədbəyli:
Qərb qrantla yazığı başdan alıb,
Dram haydan, qripi quşdan alıb,
İsa payı bir vaxtlar Buşdan alıb,
Pul alardı Obama Texasından.
Rauf Arifoğlu:
Boğazında milçək, gənə qalıbdı,
Qərargahda o, deyinə qalıbdı,
İsa artıq zəif günə qalıbdı,
Bir kar aşmır kətməni, toxasından.
Arzu Səmədbəyli:
İsa gedir Qərbə mırışmaq üçün,
Namizədlər hazır vuruşmaq üçün,
İsa bəydən hesab soruşmaq üçün,
Gərəkdi yapışaq biz yaxasından.
Rauf Arifoğlu:
Son illər kütləşib iti qılıncı,
İsa Müsavatda olub zarıncı,
Bütün geyimləri mavi-narıncı,
Məhrum olmaq istəmir sovxasından.
Arzu Səmədbəyli:
20 il nə yeyib, qusan görünür,
Daim yanımızda susan görünür,
İsaya qələbə asan görünür,
Ona içirərik öz dovğasından.
Rauf Arifoğlu:
Həpəndlər adına əsil lox deyib,
Bizi bezdirdiniz yaman çox deyib,
Ona və Arifə birgə yox deyib,
Pay da ayırarıq öz qovğasından.
Arzu Səmədbəyli:
Peydər qazandığı maya getməli,
Ayağı altından qaya getməli,
Digər namizədlər toya getməli,
İsa, sədrlərin ən lovğasından.
Rauf Arifoğlu:
Digər namizədlər təmiz adam ki,
Onu tanıyırlar xəbis adam ki,
İsa bəy o qədər naqis adam ki,
Olmaz faydalanmaq heç yuxasından.
Arzu Səmədbəyli:
İsa bəy olubdu yüzlərdən biri,
Onu udacaqdır düzlərdən biri,
Gərək başqan olsun bizlərdən biri,
Qərb qaçır İsanın düz arxasından.
Rauf Arifoğlu:
İsa bir lider ki, köməksiz, aciz,
Dərhal da yerini tutmalıyıq biz,
Hər bir hərəkəti olsa da ucuz,
Yapışıb qrantın ən bahasından.
MİRZƏ QƏRƏNFİL