PDF Oxu

Köşə

  • 824

İSA, SƏN HƏLƏ SAĞSAN?

İSA, SƏN HƏLƏ SAĞSAN?

Bu gün müxalifətdə danışmağa haqqı olmayanlar çoxdur, amma onlar hələ də danışırlar. Hətta 20 ilə yaxındır ki, danışırlar, danışırlar, danışırlar... Amma 20 ilin danışıqları insanların o qədər zəhləsini töküb ki, bəziləri onları ayaq üstə dayanmış ölü kimi təsəvvür edirlər. Və onları bu cür görənlər çox təbii olaraq bəhs edilən kəsləri ayaq üstündə dayanmış ölü qismində təsəvvür edirlər. Çünki diri olsaydılar, hər halda, səsləri-pəsləri eşidilərdi. Ancaq eşidilmirlər. Ona görə ki, dedikləri, danışıqları qulaq dibində vıyıldayan külək səsindən başqa heç nəyi xatırlatmır. Lap İsa Qəmbərov kimi.

Bu gün siyasi arenada heç bir çəkiyə malik ola bilməyən İsa 20 illik ayaqüstü ölü olduğunu bir daha sübuta yetirmiş olub. O, quru və donuq gözlərini harayasa zilləyərək ölüdən fərqlənməyən görkəmi ilə deyib ki, Avropada və Azərbaycanda ölkədə baş verən irimiqyaslı və davamlı inkişafa inanmırlar(?!) Fəqət, bu sözlərini heç bir əsaslarla sübuta yetirə bilməyib və bu bilməməzliyi ilə nəinki ayaqüstü ölü, hətta ayaq üstə qırxı çıxmış ölü olduğunu isbat edib. Bu minvalla vəziyyət olub müşkül. İnsanlar çaşıb qalıb ki, bu İsa ölməmişdimi? Axı bir ölü, yəni 20 ilin ölüsü bu qədər danışmaqla, çərənləməklə öz diriliyinimi sübut etməyə çalışır? Və həmin bu İsa o qədərmi həyasız ölüdür ki, yenidən dirilmək istəyir? Belə yerdə rəhmətlik Cəlil Məmmədquluzadənin Şeyx Nəsrullahı yadıma düşür...

Görünür, 180 dərəcə "çevrilişdən" dəm vuran ölü İsa öz qəbrindəki çevrilişi nəzərində tutub. Amma unudub ki, belə çevrilməklə üzünü müsəlman qibləsindən erməni "qibləsinə" tərəf çevirmiş olacaq. Hərgah onun hansı dinə-məzhəbə qulluq etməsi də məlum deyil. Sadəcə, məlum odur ki, bu gün Avropada hansısa savadsız jurnalistin verdiyi sərsəm suala öz sərsəmliyi ilə "haqq qazandırmaq" istəyən İsa nə qədər diriliyini sübuta yetirməyə çalışsa belə, yenə də ölülük səviyyəsindən o tərəf keçmək imkanında olmayacaq. Bu gün onu görənlərin hər biri içində özüm olmaqla bu cür sual verirlər: İSA, SƏN HƏLƏ SAĞSAN?

Digər xəbərlər