PDF Oxu

Köşə

  • 1 034

ŞARLATANA VURULMUŞ 40 %

ŞARLATANA VURULMUŞ 40 %

Bu dünyada çox hoqqabazlıqlar olur. Hoqqabazlıq var ki, komik təsir bağışlayır, hoqqabazlıq da var ki, hiddət və nifrət oyadır. Bax, həmin hiddət və nifrət təsiri bağşlayan hoqqalardan biri və növbətisini "Azadlıq" adlı radio qurumu sərsəmləyib. Və sən demə "Azadlıq" radiosu elə bir "demokratik" şəcərəsinin qoluymuş ki, həmin qoldan ayrılan əyri-üyrü budaqların hər biri "demokratiyadan" doğan demokratcıqlardır və bu demokratcıqları da "xalq dəstəkləyir". Fəqət, bu, belədirmi? Hoqqadan gerçək ola bilərmi? Xalq hər hansı cıqları-cuqları dəstəkləyə bilərmi? Təbii ki, bilməz! Amma sən demə, "Azadlıq" radiosu hoqqanı "gerçək" etməyi, "reallıq" kimi sırımağı "bacarırmış". Yəni özündən "sorğu" keçirərək dəfə-daraqla Əli Kərimovu, İsa Qəmbərovu, daha nə bilim kimovla kimovu, eləcə də, Rəsul Quliyevi, Eldar Namazovu döndərib edib "lider" (?!)

Ancaq bütün bunlar qalsın bir yana, hətta AXCP (i) sədrinin dalına 40 % nəyisə yapışdıraraq, onu digər müxalifət "liderlərindən" faiz dərəcəsinə görə üstün edib. Deyirəm, "demokratiyaya", bax, "prüalizmə", bax, "səs və söz azadlığı"na, bax "Azadlıq" radiosunda! Adamın lap matı-qutu quruyur həmin sorğuya baxanda.

Sən demə, adıçəkilən radionun keçirdiyi "sorğunun" nəticələrinə görə, Ə.Kərimov ipini qırıb tövləsindən bayıra çıxsa o saat gedib oturacaqmış Bakının ən yüksək "toçkalarının" birində və mavi bayrağını da sancacaqmış filan yerinə və başlayacaqmış həmin bayrağı filan yeri ilə sağa-sola bulamağa ki, bəs baxın, görün e, mən haralara "layiqəm". Amma o biri "liderlərin" faizləri bununkundan azıymış. Məsələn, Müsavat başqanı İsa Qəmbərovun alnına vurulan faiz 29,5-i təşkil edirmiş. Ona görə də o, Ə.Kərimov kimi bayraq yellədə bilməyəcəkmiş.

Deyirəm, nə olardı ki, məhz İ.Qəmbərovun 29,5%-i Ə.Kərimovda, Ə.Kərimovun da 40%-i İ.Qəmbərovda olaydı? Görəsən, niyə belə olmadı və Ə.Kərimov əzəli düşmənini üstələdi? Ona görə ki, "Azadlıq" radiosu da Ə.Kərimovun ağalarınındır və onun ağaları nə deyirsə, radio da onu yerinə yetirir. Ona görə də burada demokratik sorğudan əsər-əlamət belə yoxdur və bu "sorğu", əslində, geydirməliyi ilə daha çox nəzərə çarpır.

Yəni qısası, olaraq demək istərdim ki, bu, "demokratik" şarlatanizmdir ki, həmin şarlatanizmin əsası elə Ə.Kərimovun özüdür.

"Azadlıq" radiosuna qaldıqda, onu deyim ki, bu radiokanal hansı yayım tezliyində efirə çıxmasına baxmayaraq, tezliklə də öz səhvini düzəltəməyə çalışmalıdır. Yəni doğrusunu deməlidir ki, Ə.Kərimovun dalna yapışdırılmış 40 %-i heç 4, hətta 0,4 % belə ola bilməz. Çünki insanlar şarlatanları ta bineyi-qədimdən bəyənmirlər, o ki qala indiki zamana...

Digər xəbərlər