PDF Oxu

Köşə

  • 1 227

AXCP (i) və Müsavat arasında ciddi qarşıdurma yaranıb

AXCP (i) və Müsavat arasında ciddi qarşıdurma yaranıb

Tofiq Yaqublu:


Əli "İP"-də ali masaya çatmaz,

Heç qurd da hiylədə lisaya çatmaz,

Əli siyasətdə İsaya çatmaz,

Qələbə, sözsüz ki, Müsavatındı.


Fuad Qəhrəmanlı:


İsada rəqibçün yaxa öndədi,

Həmişə ucuz yox, baha öndədi,

"Yurd"um Müsavatdan daha öndədi,

Onu Qərb, bizləri tutan Latındı.


Tofiq Yaqublu:


Müəllim, professor, tələbə bizim,

Yox ehtiyacımız qəlibə bizim,

"İP"-də də, "Yurd"da da qələbə bizim,

Şahmatda vəzirdən sonra atındı.


Fuad Qəhrəmanlı:


Şərdə yatan başqan gündüz şər durur,

Yır-yığış etməyə dişilər durur,

Əlinin dalında kişilər durur,

İsanın ətrafı qızdı-qadındı.


Tofiq Yaqublu:


Bizi ən azından beşi istəyir,

Müsavat mükəmməl işi istəyir,

Əli arxasında kişi istəyir,

Ləzzəti, kefi də Qərbin, yadındı.


Fuad Qəhrəmanlı:


Qoy Qərb uzatmasın Müsavata əl,

"Yurd"da bir Əliyə söyləsin gəl-gəl,

Əli siyasəti kamil, mükəmməl,

Bu ulu yüksəklik mənim adımdı.



Tofiq Yaqublu:


"İP"-i fəth eləmək onun niyyəti,

Daim İsa çəkib bir əziyyəti,

Əlidə çox olub pat vəziyyəti,

İndi söz fırlanıb gələn matındı.


Fuad Qəhrəmanlı:


Döyüşdə özlərik, qazi olmarıq,

Heç zaman Müsavat qazı olmarıq,

İsa uğurunda razı olmarıq,

Əli millətindi, başqan tatındı.


Tofiq Yaqublu:


"Yurd" Əli hər işi kəsirlə edir,

Hər işi Pənah tək "nazir"lə edir,

İsa gedişini vəzirlə edir,

Əli mat nə qanır, yeri patındı.


Fuad Qəhrəmanlı:


İsa bosslarıyla mırtdan aralı,

"Lisa" da durubdu qurddan aralı,

Çat, süqut durubdu "Yurd"dan aralı,

Artıq Müsavatda növbə çatındı.


Tofiq Yaqublu:


Kəsir Müsavatın dəli xəncəri,

"Yurd" bəzər kəsərsiz ölü xəncəri,

Kəsərdən düşübdü Əli xəncəri,

Müsavat qılıncı yeddi qatındı.

Fuad Qəhrəmanlı:


Nə qədər yığışsa tutmaz kir kösöv,

Əlinin cəbhəsi zorba tir kösöv,

Müsavat olmamış adi bir kösöv,

Qərbin qaladığı gur bir odundu.


Tofiq Yaqublu:


İstərsən cəbhəni sən işdə görmək,

Başqanı məhsulsuz genişdə görmək,

Müsavatı daim enişdə görmək,

Bu sənin nisgilli ürək odundu.


Fuad Qəhrəmanlı:


Əli idraklıdı, başqan divanə,

Kütlə reallığa deyil biganə,

İstərsən görəsən "Yurd"u viranə,

Əlbəttə, bu, sənin "prosçyotundu".


Tofiq Yaqublu:


Bol qrant qoparır Qərbdən nər dişim,

Pərəstiş doğurur "İP"-də gərdişim,

Azad hava udmağa mənim vərdişim,

Barmaqlıq arxası sənin "şotundu".


Fuad Qəhrəmanlı:


Müsavat açıbdı Şimala ayaq,

Özü də bir lütqom dilənçisayaq,

Qərb durmaq istəmir başqana dayaq,

Bossa deyiblər ki, İsa lotundu.

Tofiq Yaqublu:


Müsavat getməkdə zəfərə doğru,

Cəbhə köklənibdi qəhərə doğru,

Çox iti qaçırsan zəhərə doğru,

Sulfat turşusudu, sənin yodundu.


Fuad Qəhrəmanlı:


Əgər o, başqansa, vapşe dinməsin,

Ürəyi boss üçün heç döyünməsin,

İsaya çatdır ki, çox öyünməsin,

Başına toplanan lotun-potundu.


Tofiq Yaqublu:


Son söz falçılarda, cindarda qaldı,

Bundan sonra Əli kandarda qaldı,

İsa qapaqapdan kənarda qaldı,

İndi Qərbdə növbə tuthatutundu.


Fuad Qəhrəmanlı:


İsa yollanmaqda hey bara tutla,

Əli böyüyübdü bol, xara tutla,

Dolu "Yurd" həyatı ağ-qara tutla,

Yeyilmək növbəsi iri tutundu.


Tofiq Yaqublu:


Onun ürəyinə nəhs tiyə deyin,

Gəlibdi daima xoş iyə, deyin,

Qazayağı, yemlik...Əliyə deyin,

Həmişə yediyin şirin otundu.


Fuad Qəhrəmanlı:


Bir an yayındırma ərpdən gözünü,

Dik bossun cibinə sərpən gözünü,

Ay İsa, çəkəcən Qərbdən gözünü,

Uğur, nailiyyət bomboş qutundu.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər