PDF Oxu

Köşə

  • 1 198

Rəsul Quliyev “Milli Müsavat Hərəkatı” yaratdı

Rəsul Quliyev “Milli Müsavat Hərəkatı” yaratdı

Vaqif Mahmudov:


Başım liderimin başı təki dik,

Biz onun pulundan xumarıq, məstik,

"ACP" sədri tək edirəm təsdiq,

"MMH" yaradıb liderim Rəsul.


Rəsul Quliyev:


Bacaran qoşulsun bizim "qoşuna",

Pul verin cihaza, iri maşına,

Yığın kütlələri qurum başına,

Sizə göndərərəm pul, mal, bol məhsul.


Vaqif Mahmudov:


İfratlar Qərb deyib çapır qılınca,

İsa, Əli qoyub başı balınca,

"MMH" güclənib qüvvə alınca,

"İP"-çi liderlərə əkəcəyik sul.


Rəsul Quliyev:


Sübut edəsiyəm, mənəm lider tuz,

Radikal durumda yox xəbər şoksuz,

Biz neçə lideri qurum-bloksuz,

Edərik üsullu siyasətçi dul.


Vaqif Mahmudov:


"MMH" yaradan yek lider, İsa,

Əli də, İsa da xalis qatıqsa,

Radikal cinahda biz bir atıqsa,

"İP"-çilər və sair əsil qatır-mul.


Rəsul Quliyev:


"Bəylər" Qərb bossuna səcdə gediblər,

Cüzi qrant alıb vəcdə gedirlər,

"İP"-də bəziləri həccə gediblər,

Biri verə bilmir sadə bir qüsul.


Vaqif Mahmudov:


Aşqal-uşqaldılar, bircə "as"ı yox,

İfrat hamamçının hətta tası yox,

"Bəylər"in başqa bir təmənnası yox,

Pul ummaq bunlarda ən vacib üsul.


Rəsul Quliyev:


Bu bədxah "badbaxtlar" bilmirlər ayıb,

Sürətlə meydandan olurlar qayıb,

İrəli getmirlər yerində sayıb,

Geriyə dönübdü əllərində rul.


Vaqif Mahmudov:


Gedənlər miziylə kətildə getdi,

Hər biri ağızda, həm dildə getdi,

Bunlar siyasətdən bir ildə getdi,

Əlisi, İsası təbiətən qul.


Rəsul Quliyev:


Pulumun miqdarı, nə danım, geniş,

Qarşında əsr var, zamanım geniş,

Hamı yaxşı bilir, imkanım geniş,

Hər "bəy"in belinə qoyaram bir çul.


Vaqif Mahmudov:


Aca içirməkçün hapı açarıq,

AMİP örtərik, "MAP"-ı açarıq,

Hər "bəy"in üzünə qapı açarıq,

"MMH"-yə gələn alacaqdı pul.


Rəsul Quliyev:


İfrat özün bənzədibdi mələyə,

Pul qazanmaq üçün keçib kələyə,

Məni görcək gözlər çıxar kəlləyə,

"Bəy"lər mənə altdan-altdan baxar hul.


Vaqif Mahmudov:


Açıb ifrat Qərbə ətək pillədə,

"MMH"-di durubdu tək pillədə,

Rəsul lider bu gün yüksək pillədə,

İsa, Əli, digərləri xalis nol.


Rəsul Quliyev:


Radikalın pis niyyəti baş-ayaq,

İndi olub cinayəti baş-ayaq,

Olsa "bəy"in siyasəti baş-ayaq,

Ayaq altdan qaça bilər parket pol.


Vaqif Mahmudov:


Məlum çoxlarına, vurdu-uçurdu,

İsa Müsavatı, Əli də "Yurdu"u,

"İP"-də "bəylər" olub barama qurdu,

Onlar üçün içdən qapanıbdı yol.


Rəsul Quliyev:


Atdığım "MMH" oxları dəlib,

Çox köksdə ah-fəğan göyə yüksəlib,

"İP"-çi liderlərin yanına gəlib,

Varotalarına vuracaqdı qol.


Vaqif Mahmudov:


Çöhrə avazıyıb saraldığından,

Sifətlər kömür tək qaraldığından,

"Bəylər"in meydanı daraldığından,

Başını soxmağa tapmayacaq kol.

Rəsul Quliyev:


Eşitdim "İP"-ə də atıb bağ Pənah,

Onlara qalıbdı bir axmaq cinah,

Bizim olacaqdı, sözsüz, sağ cinah,

Radikal "İP"-çilər gedəcəkdi sol.


Vaqif Mahmudov:


Mitinq, piketimiz olacaq hərbi,

Silkələr "İP"-i də Rəsulun zərbi,

"MMH" buraya gətirər Qərbi,

Onlara Qərb verər neçə-neçə holl.


Rəsul Quliyev:


Qurumu ucaldan onun varıdı,

Köhnələr ifratın pas açarıdı,

"MMH" radikal xilaskarıdı,

"İP"-i məhv etməkçün taparıq parol.


Vaqif Mahmudov:


"MMH" hikməti "Dədə Qorqud"da

İsa "bəy" sükutda, Əli sükutda,

Radikal durumda "bəylər" süqutda,

"Bəylər" rəiyyətdi, Rəsuldu karol.


Rəsul Quliyev:


Viskini tək-tənha içməkdə Rəsul,

"İP" tək qurumları biçməkdə Rəsul,

Hücuma çarterlə keçməkdə Rəsul,

Kütlə önə çıxıb deməli: var ol!


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər