PDF Oxu

Köşə

  • 1 025

MÜXALİFƏT HAMİLƏDİR

MÜXALİFƏT HAMİLƏDİR

Deyəndə ki, radikalizm yolunu tutmuş və özünə "ənənəvi müxalifət" adını vermiş düşərgə təmsilçiləri altdan-altdan pis-pis işlər görürlər, heç kim buna inanmırdı. Heç kim inanmırdı ki, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və digərləri bəzi xarici siyasi dairələrin altına yıxılan zaman bunun axırı heç də yaxşı olmayacaq. Amma iş-işdən keçdi və olanlar oldu. Yəni məlum oldu ki, artıq radikal müxalifət hamilə qalıb. Özü də bu hamiləliyini heç də normal keçirmir. Çünki bunların "qarınlarında daşıdıqları" BİC(LƏR)DİR. Daha dəqiq desəm, həmin bicin dədəsinin Qərb tərəflərdən olması bilinsə də, faktiki olaraq, rəsmi atasının kim olduğu sirr olaraq qalmaqdadır.


İLK HAMİLƏLİK BOŞA ÇIXMIŞDI


Düzdür, hələ bir müddət öncə "Yeni Müsavat", "Azadlıq" kimi qəzetlər müxalifətin hamilə qaldığını etiraf edirdilər. Fəqət, onlar həmin hamiləliklərini "inqilab" eyforiyasına bağlayaraq, məhz "inqilaba hamilə" qaldıqlarını iddia edirdilər. Lakin bu onlarda alınmadı. Necə deyərlər, "inqilab" adlı uşağı saldılar. İndi isə yenidən "bicə" qalıblar və həmin "bicin" doğlulmasına elə də uzun müddət qalmayıb. Hər şey normal üsulda, yəni doqquz ay, doqquz gün, doqquz saat və doqquz saniyədən sonra məlum olacaq. Hazırda müxalifət ağırayaqdır və doğmaq üçün günlərini sayır.


SİYASİ EYŞ-İŞRƏTİN ACI NƏTİCƏSİ


Lakin sual yaranır ki, müxalifət düşərgəsi hamilə qalmaya bilərdimi? Bax, bunun üçün bəzi məsələlərə diqqət yetirmək vacibdir. İctimaiyyət bilməlidir ki, ayağısürüşkən düşərgə mənsubları zamanında o qədər ibnəliklər törədiblər ki, nəticədə, hərəsi bir kol dibində siyasi "eyş-işrətin" qurbanlarına çevriliblər. Dediyim odur ki, müxalifət, həm ümumilikdə, həm də ayrı-ayrılıqda "yüklənib".

Müsavat başqanı İsa Qəmbərov postunu itirməməkdən ötrü, yenidən başqanlıq kürsüsündə oturmaq üçün gecə-gündüz xarici təşkilatlar qarşısında diz çöküb, özünü yerdən-yerə vurub. Nəticədə, "hamilə" qalıb. Ondan olacaq "bic" də ya yaşaya, ya da ki, yaşamaya. Axı yuxarıda dediyim kimi, bunlar hamiləliklərini yaman pis keçirirlər.

AXCP (i) sədri Əli Kərimov isə Allahın bir pasportunu əldə etməkdən ötrü özünü avropalı diplomatlara satıb, özü də ucuz qiymətə. Düzdür, bir çoxları iddia etsə də, "qarnındakı bic"in atası Qrex soyadlı qərbli diplomatdır, amma sonradan bəlli olub ki, heç onun da hansı kol dibində "hamilə qaldığı" məlum deyil. Və beləcə, müxalifət düşərgəsi həm ümumilikdə, həm də ayrı-ayrılıqda qarnını "dombaldıb", nəticədə qısa müddətdən sonra "roddoma" düşərək, "biclərini" doğacaqlar. Bəlkə onda həmin "biclərin" dədələri insafa gələrək, üzə çıxacaqlar. Ona da ürək etsələr. Ancaq ürək edib-etməmələrinə baxmayaraq, doğuşdan sonra zahılıq əlamətləri baş verəcək ki, bununla da radikal müxalifət əbədi "dekretə" çıxacaq.

Digər xəbərlər