PDF Oxu

Köşə

  • 1 002

Müsavat və AXCP (i) “İP” üstündə savaşa başlayıb

Müsavat və AXCP (i) “İP” üstündə savaşa başlayıb

Qabil Hüseynli:


Müsavata yolu qısadı "İP"-in,

Simvolik aləti əsadı "İP"-in,

Birinci lideri İsadı "İP"-in,

"Yurd" Əli dayanır ikinci yerdə.


Nurəddin Məmmədli:


"Yurd" Əli liderlər arasındadı,

Alilik gözünün qarasındadı,

"İP"-də birincilər sırasındadı,

İnşallah, İsanın yeri qəbirdə.


Qabil Hüseynli:


Əlinin imkanı qısa, əlində,

Başqanın həm masa, kasa əlində,

"İP" özü xeyirxah İsa əlində,

"Yurd" Əli ilişib şeytanda-şərdə.


Nurəddin Məmmədli:


Müsavat, cəbhə də axtarır yedək,

İsa Manukuyançün açır ətək,

Əli görür güclü ekstrasens tək,

"İP"-in xilasını Petrosyan "ter"də.


Qabil Hüseynli:


İsa fəth edibdi Qərbi, həm Şərqi,

"Yurd" Əli Qərb üçün oxuyur şərqi,

Odur ki, Əlidən İsanın fərqi,

"İP"-ə üstünlüyü qazanıb tirdə.


Nurəddin Məmmədli:


İsanın yanında bir tanış dedi,

Halallıq veribdi Əliyə Sədi,

"İP" köklü-köməkçi, həm də əbədi,

Həvalə olunub Əliyə pirdə.

Qabil Hüseynli:


Qrant Qərbdən axır, cib İsanındı,

Bu qurum əbədi tip İsanındı,

Gözünlə göyə çıx, "İP" İsanındı,

Sənin Əli bəyin boğulur kirdə.


Nurəddin Məmmədli:


Topun qabağından götürüb atı,

Başqana bir anda yaşadar matı,

Əli təbliğ edir "İP"-də şahmatı,

İsa bəy güc verib damaya, nərdə.


Qabil Hüseynli:


İsa kamalıyla qazanır xələt,

"Yurd" Əli gün-gündən etməkdə qələt,

Əlidə işindən düşmüş bir alət,

İsada şişkindi, həm də ki, girdə.


Nurəddin Məmmədli:


Bizimki mükəmməl, sizinki loxdu,

İsa ac, Əli bəy həmişə toxdu,

Bu güc Əlidədi, İsada yoxdu,

Adam var gücünü axtarar nərdə.


Qabil Hüseynli:


Sizin o Əlinin cibləri dəlik,

Əli bir yefreytor, İsa yek məlik,

İsada cəmləşən siyasi bilik,

İnanın ki, yoxdu pələngdə, şirdə.

Nurəddin Məmmədli:


Liderlik görmədim İsa tək tipdə,

Əli baş rollarda bir çox klipdə,

İstər başqa yerdə, istərsə "İP"-də,

Əliyə müqabil yoxdu bir ər də.


Qabil Hüseynli:


Bir sürü qarışqa, çibin lideri,

Sizin "Yurd" Əliniz cibin lideri,

Gərək İsa olsun "İP"-in lideri,

Ondakı hissiyyat yox heç bir merdə.


Nurəddin Məmmədli:


İsada cəmləşib iblislik, şərlik,

Bir ona layiqdi misterlik, merlik,

Əliyə yaraşar "İP"-də liderlik,

Yox ondakı duyum misterdə, serdə.


Qabil Hüseynli:


Əli zülmət gecə, İsa nur-gündüz,

Əli kimisindən əllərini üz,

İsa ətrafında dəstəkçi yüz-yüz,

Dəstəkçi axtarır Əli qan-tərdə.


Nurəddin Məmmədli:


İsa kimisini milçək tək əzər,

"İP"-də yetkilini farağat düzər,

Lazım gəlsə Əli Xəzəri üzər,

İsa boğulmaqda Arazda, Kürdə.

Qabil Hüseynli:


İsa iri qaya, Əli bir qıça,

Əlinin yanında o, müdrik qoca,

İsa hətta "İP"-də Əlidən uca,

O, elə bir rəqəm bölünməz dördə.


Nurəddin Məmmədli:


Verməzdim mən ona bir fərə belə,

Tay olmaz mükəmməl kor xərə belə,

Sənin İsan dəyməz bir şərə belə,

"İP"-də Əli dəyər yüzlərlə mərdə.


Qabil Hüseynli:


Qaşı-gözü badam yırtıb açacaq,

Olsa belə madam, yırtıb açacaq,

İsa elə adam yırtıb açacaq,

Olmaqla deyildi arada pərdə.


Nurəddin Məmmədli:


Başqan bir tülküsə, Əli-şir Əli,

İsa qabağına atıb tir, Əli,

Əli yaraşıqdı "İP"-ə - bir Əli,

Əli sap-sağlamdı, İsa bəy çərdə.


Qabil Hüseynli:


İsa saxlamaqda cib liderliyi,

Əliyə layiqdi tip liderliyi,

Təxirə salınır "İP" liderliyi,

Əli tutulubdu sağalmaz dərdi.


Nurəddin Məmmədli:


"İP" bağında lider tək bitdi Əli,

Başqan əyri-üyrü, düz xətdi Əli,

İsaya baxanda müsbətdi Əli,

İsa tay olmamış Əli tək fərdə.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər