PDF Oxu

Köşə

  • 1 076

Pənah Hüseynov yaz kütləvi aksiyalarında müxalifətin birləşəcəyini bildirir

Pənah Hüseynov yaz kütləvi aksiyalarında müxalifətin birləşəcəyini bildirir

Pənah Hüseynov:


"İP"-i qane edir qaz hücumu da,

Qəbul eyləyərik az hücumu da,

Bizə qüvvət verər "Yaz hücumu" da,

O zaman hayqırıb birləşərik biz.


Tahir Kərimli:


Eyib danışdınız, eyib durdunuz,

Bossların cibini yeyib durdunuz,

20 il yaxşıyıq deyib durdunuz,

Boynunuza alıb deyin, şərik biz.


Pənah Hüseynov:


Əməl ediriksə, dəli deyəndə,

Qulaq da asarıq, ölü deyəndə,

Əməl eyləyərik, Əli deyəndə,

İsanın fikrinə daim şərik biz.


Tahir Kərimli:


A Pənah, ərz edim sənə şir kimi,

Təqdim eyləməyin "İP"-i dürr kimi,

Yeyərik sizləri bir cüyür kimi,

Çünki təbiətin pələng, şirik biz.


Pənah Hüseynov:


Ruhunu tarım tut və kefə yönəlt,

"Yaz yürüşü" adlı bir mifə yönəlt,

Bacarsan, gülləni hədəfə yönəlt,

Açıq söyləyərik, əsil tirik biz.


Tahir Kərimli:


Elə bilirsiniz saf xalçasınız,

Camış da deyilsiz, siz kalçasınız,

Həm kal, həm də turş bir alçasınız,

Şipşirin, şirəli, dadlı ərik biz.

Pənah Hüseynov:


Uğur qazanarıq bir rinq keçirib,

Sizi yuvarlarıq biz ling keçirib,

Yazda biz möhtəşəm mitinq keçirib,

Sübut edəcəyik qadir ərik biz.


Tahir Kərimli:


Qazıb qəbrinizi öz əlinizlə,

Xalqı bezdirdiniz bəd felinizlə,

Yaxşı olar, deyin siz dilinizlə,

Təpədən-dırnağa çirk, pas, kirik biz.


Pənah Hüseynov:


Ayılar, kimlər ki, xəyala dalmış,

Kütlələr bizlərə meylini salmış,

Hələ yaz fəslinə bir boz ay qalmış,

İndidən çox möhkəm, həm də birik biz.


Tahir Kərimli:


Radikalda yalan danışmaq qayda,

Yalançı sözlərdən bizə nə fayda?

Mitinq olmayacaq nə yazda, yayda,

Əgər desəniz də, nuruq, pirik biz.


Pənah Hüseynov:


Radikal "bəylər"ə sən desən qaz da,

Axtar təsəllini biz meydanbazda,

Birbəbir sayarıq cücəni yazda,

Siz bir şumsuz sahə, barlı herik biz.

Tahir Kərimli:


Lüzumsuz bir şeylə əlləşirsiniz,

Viski, araq-meylə əlləşirsiniz,

Nahaqdan siz göylə əlləşirsiniz,

Yer sakinisiz, həm də çürük siz.


Pənah Hüseynov:


Maşında benzini düz bir bak edin,

Mitinqə gəlməmiş ruhu pak edin,

Yazda mitinqlərdə iştirak edin,

Acığımız tutar, çünki kürük biz.


Tahir Kərimli:


Günbəgün bosslardan alıb Qərb payı,

İntizar içində gözləyin yayı,

Siz cılız balaca adi dağ çayı,

Bol sulu, dopdolu Araz, Kürük biz.


Pənah Hüseynov:


Yazdı, mitinq olar, sözümüzdə düz,

Təkid edib təkrar vurmaqdayıq üz,

Gərgin iş görürük gecə və gündüz,

Özünüz görürsüz, qanıq-tərik biz.


Tahir Kərimli:


Aksiya olubdu sizlərə qəlib,

Mitinq səs-küyünüz göyə yüksəlib,

Dediniz nəsliniz kosmosdan gəlib,

Günəş sistemində adi Yerik biz.

Pənah Hüseynov:


Siz bizə deyirsiz radikal səyik,

Keçmiş yox, 20 il əvvəlki "bəyik",

Mitinqi vaxtında keçirəcəyik,

Siz körükbasanlar, adi körük biz.


Tahir Kərimli:


Cibləriniz boşdu, bossunuz kalan,

Gündə qurursunuz min cürə plan,

20 ildən çoxdu deyirsiz yalan,

Siz başqa cürsünüz, başqa cürük biz.


Pənah Hüseynov:


Olubdu süqutlar, pamallar yüksək,

İsada, Əlidə kamallar yüksək,

Bizdəki radikal amallar yüksək,

Siz bizim ünvana deyirsiz, çərik!


Tahir Kərimli:


"İP"-in ağzındakı boş qapaqsınız,

Bossların başında ağ papqasınız,

Sizlər çox natəmiz, çox napaksınız,

Yalandan deməyin pakıq, dürük biz.


Pənah Hüseynov:


Elə ki, coşaraq işləri əydik,

Çilik-çilik olduq, biz daşa dəydik,

Düz 20 il əvvəl bir cəbhədəydik,

Doğrudur, bir zaman düşdük perik biz.


Tahir Kərimli:


Dalınıza batan iti biz olduq,

Önünüzdə daim baryer, diz olduq,

Sizi perik salan yalnız biz olduq,

Gücsüzlər gücüyük, şirik-nərik biz.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər