PDF Oxu

Köşə

  • 1 249

Əli Kərimovun vahid namizəd olmaq iddiası

Əli Kərimovun vahid namizəd olmaq iddiası

Əli Kərimov:


Xeyir deməsələr, yavuqlaşmaz şər,

Tərsinə fırlanıb, deyəsən, təkər,

İsa başqanlıqdan gedirsə əgər,

Qoy mən özüm olum "vahid namizəd".


İsa Qəmbərov:


Qərbin qrant alan bir seri kimi,

"İP"-in, Müsavatın tək meri kimi,

Müsavatın vahid lideri kimi,

"Vahid namizəd" də özüməm, bil, hədd.


Əli Kərimov:


Ondan fərqli mənim könlüm-gözüm tox,

Məndə qətiyyət çox, onda əsla yox,

Onu başqan görmək istəməyən çox,

İsanın taleyi gətiribdi bəd.


İsa Qəmbərov:


Qəndi də dişimdə incə əzirəm,

Qrant almaq üçün Qərbi gəzirəm,

Sözü mirvari tək ipə düzürəm,

Əli sözlərinə qoya bilmir sədd.


Əli Kərimov:


Biabır edibdi mahalı, eli,

Artır günü-gündən qurumda feli,

Artıq bükülməkdə İsanın beli,

Gözlərim önündə əyilməkdə qədd.


İsa Qəmbərov:


Nə qədər duyğulan-yoğur, gətirmir,

Bu adamı kini boğur, gətirmir,

Taleyi Əliyə uğur gətirmir,

Necə pis seyidi sevindirmir cədd,

Əli Kərimov:


Onu rədd etməkdə işin asanı,

Alarlar əlindən təsbeh əsanı,

Başqanlıq postundan atıb İsanı,

Onu Müsavatdan edəcəklər rədd.


İsa Qəmbərov:


Gah fəryad qoparır, gah buma keçir,

Xurafata varır, hücuma keçir,

Kimi xoşlamırsa, hücuma keçir,

Bu adam anlayıb-qanmır heç sərhədd.


Əli Kərimov:


O, həyat keçirir şübhəylə, şəkklə,

Həyatı bitəcək küylə-kələklə,

İnsan nəfəs alsın gərək hikmətlə,

İsa ifrat namərd, təkcə mənəm mərd.


İsa Qəmbərov:


Əli istəyir ki, küsəm, inciyəm,

O, kobud, küt metal, mən dürr- inciyəm,

O, qəbul etmir ki, mən birinciyəm,

Başıma bəladı müəmmalı fərd.


Əli Kərimov:


Ayları-illəri kədərdi, yasdır,

Fikri dərindədi, lap apar basdır,

İsanın sinəsi dolu çirk-pasdır,

Onun ürəyini yeməkdə qəm-dərd.

İsa Qəmbərov:


Özünü hiss edir ərin yerində,

Oyadır fikrimin dərin yerində,

Hər hansı iclasın şirin yerində,

Böyürdən çıxaraq məni edir pərt.


Əli Kərimov:


"İP"-dən məxfi xəbər heç sızdırmıram,

İsatək adamı mən azdırmıram,

Mən ona heç zaman qəlb qızdırmıram,

Yaman şübhəlidi yürütdüyü xətt.


İsa Qəmbərov:


Bu fərd mənə qarşı bir düşmən-qatı,

Özü bir əfəldi, müqəddəs adı,

Əli baş-qulaqlı bir zırramadı,

Bilmir, bir mən diqtə etməliyəm şərt.


Əli Kərimov:


Bu adam kökləmir, bir sümük, dədi,

Axır yaxasına alnının təri,

İsa kobudluqla girir içəri,

Desəm də, qapını o tərəfdən ört.


İsa Qəmbərov:


Xəyalında Əvəz, bir də "Madam"dı,

Ağızı püstədi, gözü badamdı,

Çoxları deyir ki, axmaq adamdı,

Məni görən zaman gözü olur dörd.

Əli Kərimov:


Eşələmə tozu, külü, "başqan"san,

Dünən də, bu gün də tülü başqansan,

Ay İsa, artıq sən ölü başqansan,

Postundan gedirsən, istər qızar, pört.


İsa Qəmbərov:


Özünün "Yurd"unda sən tənbəl, maymaq,

Tək tapa bilmirsən bir dəstək-dayaq,

Qoya da bilmirsən sən Qərbə ayaq,

Verdiyim qrantı boğazına dürt.


Əli Kərimov:


Nağılçı Anderson Hansım artmaqda,

Mənim "Heyvagülü" tansım artmaqda,

"Vahid namizəd"lik şansım artmaqda,

Üzünü sən gəlib ayağıma sürt.


İsa Qəmbərov:


Sən ey axmaq sədr, ey nazlı sənəm,

Ululuq eşqilə alışır sinəm,

"Vahid namizəd" də, başqan da mənəm,

Süqut duasını təkrar eylə vird.


Əli Kərimov:


Püflə, klarneti çalmaq istəsən,

Ağla, öz postunda qalmaq istəsən,

Yenidən sən lider olmaq istəsən,

Üzünün-gözünün tüklərini üt.


İsa Qəmbərov:


Bədənim kir, coşur bədəndə qanım,

Yolumu gözləyir "İP"-də hamamım,

Müsavata, "İP"-ə mənim inamım,

Sən büti-sənəmsən, əqidən də büt.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər