PDF Oxu

Köşə

  • 1 100

İsa Qəmbərovla Əli Kərimovun deyişməsi

İsa Qəmbərovla Əli Kərimovun deyişməsi

İsa Qəmbərov:


Mən İsa Qəmbərov radikal bəyəm,

Məndən də bir rəhbər olacaq bəyəm?

Vəzifə dərdiylə tez öləcəyəm,

Bir şey qalacaqmı izimdən mənim?


Ay sarsaq cəbhəçi, Əli Kərimov!

Vəzifəyə həris, zəli Kərimov,

Ağılsız, zəkasız, dəli Kərimov,

Səhvlərin qaçmayır gözümdən mənim.


Əli Kərimov:


Qəmbərov, çıxarma gəl, qəmbərqulu,

Sən ol Allah qulu, peyğəmbər qulu,

Sənə bəs eləmir başqanlıq rulu?

Biclik oxuyuram gözündən sənin.


Xalq sənə inanmır xəbərin varmı?

Ay İsa, gen dünya başına darmı?

Xalq sən tək axmağa heç inanarmı?

Həqiqət uzaqdı sözündən sənin!


İsa Qəmbərov:


Vəzifən var idi neylədin axı?

Deputat seçdilər sən tək axmağı,

Qoruya bilmədin nədən torpağı?

Bir az da bu oldu, üzümdən mənim.


Qurultayda yenə başqan olaydım,

Yenə də öz vəzifəmdə qalaydım,

Seçkilərdə tam qələbə çalaydım,

Nədən millət çıxır sözümdən mənim?

Əli Kərimov:


Nankor olma! Sənə vəzifə verdik,

Biz ki, birgə səriştəsiz iş gördük,

Biz ki, öz iç dünyamızı göstərdik,

Çox şey asılıydı özündən sənin.


Çün, deyilsən sözlərinin sahibi,

Sən olarsan çətin seçki qalibi,

Əgər bir gün olsa xalqın tələbi,

Yediyin gələcək gözündən sənin.


İsa Qəmbərov:


Özümdən asılı deyil, nədənsə,

Dönmüşəm vəzifə üçün hərisə,

Sönmüş bir ocağam, batmışam hisə,

Bir də alov olmaz közümdən mənim.


Qalıb gözlərimdə arzu-diləklər,

Yuxumda da kömək etmir mələklər,

Məni bir mitinqdə öldürəcəklər,

Dəyənək dəyəcək dizimdən mənim.


Əli Kərimov:


Əgər seçilsən də etmərəm təbrik,

Yenə seçilməzsən, xalq edər şənlik,

Qətiyyən, siyasət deyildir sənlik,

Bir şey qalmayacaq izindən sənin.


İşlərin düz getmir naqisliyindən,

Olmaz acgözdüklə hərisliyindən,

O xainliyindən, xəbisliyindən,

Bədbinlik tökülür üzündən sənin.


TƏBƏSSÜMAĞA GÜLÜMSƏROV

Digər xəbərlər