PDF Oxu

Köşə

  • 1 437

ŞANTAJDAN SABOTAJA

ŞANTAJDAN SABOTAJA

Dünyanın bütün demokratik ölkələrində müxtəlif siyasi mənsubiyyətli insanlar müxtəlif siyasi təşkilatlarda müxtəlif siyasi baxışlarını nümayiş etdirir, sivil və normal düşüncələrini ictimaiyyətlə bölüşürlər. Hətta iqtidar-müxalifət koalisiyaları qurulur, dialoqlar təşkil edilir, ölkənin ümummilli maraqları bütün siyasi maraqlardan üstün tutularaq, əsil demokratik mühit yaradılır. Təbii ki, həmin demokratik mühiti, qarşılıqlı anlaşma prinsiplərini hakimiyyətdə olan iqtidar təmin edir. Necə ki, bu mühit Azərbaycanda da mövcuddur. Belə ki, ölkədə iqtidar tərəfindən müxalif siyasi qüvvələrə yaradılmış şərait, hətta bəzi Qərb dövlətlərində belə mövcud deyil. Amma bütün bunlara baxmayaraq, vəziyyət tamamilə başqa məcraya yönəldilir. Daha doğrusu, bu məcranı dəyişən elə özlərini "ənənəvi müxalifət" adlandıran radikal müxalifət düşərgəsinin mənsublarıdır.

Azərbaycan növbəti möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır və bu hazırlıq yalnız dövlət tərəfindən deyil, xalq tərəfindən də aparılır. Yəni "Eurovision -2012" artıq ümumxalq marağına çevrilib. Çünki bu amilin arxasında əsaslı və mühüm faktor dayanıb. Azərbaycanı həm mədəni, həm siyasi, həm də digər vacib tərəflərdən xarici qonaqlara daha yaxından tanıtmaq, onların ölkəmiz haqqındakı xoş təsəvvürlərinin real olduğunu sübut etmək. Çünki burada ümummilli məsələ kimi dayanmış Qarabağ həqiqətləri mövcuddur ki, bu beynəlxalq yarışmada iştirak edəcək dövlətlər həmin həqiqətləri öyrənməli, ona bələd olmalıdırlar. Eyni zamanda, inkişaf və tərəqqi faktoru. Bax, başlıca amillərin hər biri Azərbaycanımız üçün çox vacib olan məsələdir. Lakin...


RƏZİLLİK


Lakin Azərbaycan iqtidarının müxalifət üçün yaradılan demokratik şəraitdən sui-istifadə edən partiya sədrləri, xüsusilə, AXCP (i) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, eləcə də, onların siyasiləşmiş QHT qulbeçələri əllərinə düşən fürsətlərdən "maksimum" yararlanmaq adı altında şəxsi mənfəət və mənafelərini siyasi dividendlərinə qatmağa cəhd göstərirlər. Nədir həmin cəhdlər? Nədir bu əl-ayağa düşmək və bəzi Qərb siyasi dairələrinin ayaqları altına dəlicəsinə yıxılmaq?

Bu gün hansı radikal müxalifət mətbuatına baxsaq, görərik ki, orada yazılanların hər biri səhəri gün Ermənistan mətbuatında işıq üzü görür. Məsələn, yazılır ki, Müsavat başqanı İ.Qəmbər Azərbaycandakı "vicdan məhbusları"nın şəkillərini maykalar bə beysbolkalar üzərinə həkk etdirməyi, sonra da bu ölkəyə gələcək xarici qonaqlara, yarışma iştirakçılarına paylamağı təklif edib (?!) Yaxud da AXCP (i) sədri Ə.Kərimli deyib ki, "Eurovision" yarışması başqa ölkədə keçirilməlidir, çünki onun fikrincə burada demokratiya, söz azadlığı yoxdur. Bunları bizim (əslində, ermənilərə işləyən) müxalifət deyir və erməni mətbuatı da dərhal onların ifadələrini öz mətbuatlarında dərc etdirirlər. Bu da olur "müxalifətçilik"! Amma necə "müxalifətçilik"? Bax, burada tamamilə başqa mətbuatda istifadəsi ola bilməyəcək terminologiyadan istifadə etmək daha yaxşı olardı. Hər halda, hörmətli oxucu bunu yaxşı bilir ki, onların müxalifətçiliyi, əslində, nədir? Ən azından Ə.Kərimlinin rənginə baxsalar (burada irqi deyil, cinsi rəngi nəzərdə tuturam), kifayət edər. Amma bu kimi şantajları, mən deyərdim, sabotajları reallaşdırmağa cəhd göstərən radikallar başqa tərəfdən bir növ Azərbaycana qarşı terror təşkilatı təsirini bağışlayırlar. Çünki bu cür rəzilliklər şantaj xarakterindən çıxaraq, sabotajçılığa tərəf gedir. Sabotaj isə təhdiddir, xalqımız və dövlətçiliyimizə qarşı yönəlmiş açıq terror təhdidi. Və bu təhdidin qarşısı, məncə, kəskin ümumxalq qınağı və hiddəti ilə alınmalıdır.


BİR MƏSLƏHƏT


Bu gün belə bir möhtəşəm tədbir ərəfəsində açıq şəkildə antimilli mövqedən çıxış edən radikal müxalifət liderləri sabah Azərbaycanda keçiriləcək müxtəlif beynəlxalq hadisələrdə özlərinə münasib şüarlarla çıxış edə bilərlər. Belə ki, bu gün beynəlxalq aləmə "vicdan məhbusu" kimi tanıtmağa cəhd göstərdikləri cinayətkarları sabah "qeyrət məhbusları" qismində tanıtmaq istəyəcəklər. "Qeyrət məhbusu" demişkən, sözügedən və adlarıçəkilən radikalların "qeyrət" sahəsində "bəxtləri" yaman gətirib. Saunada anadangəlmə şəkildə özbək fahişələri ilə yadigar foto çəkdirən "Azadlıq" qəzetinin baş yazarı Qənimət Zahid, Ə.Kərimlinin Gürcüstanda erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə şokolad yeyərək konyak içən, sonra da vətənini bir neçə yüz dollara satan Ruslan Bəşirli, "Azadlıq" qəzetin keçmiş səlahiyyətlisi Azər Əhmədovun öz qohumu qarşısında diz çöküb, bülbül kimi cəh-cəh vurması, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Türkiyəyə ezam olunarkən "katibə" məsələsi və digər bu kimiləri sabah hansısa cinayətkar əməlləri ucbatından həbsxanaya-filana düşsələr, yəqin ki, Ə.Kərimli-İ.Qəmbər cütlüyü onların "qeyrət məhbusu" kimi tanınmasını tələb edəcək.

Amma onlara xüsusi bir məsləhətim var. Yaxşı olardı ki, ölkəmizdə hər hansı beynəlxalq tədbir öncəsi onların fotoları, internetdə yayılmış əcaib videoyazıları film şəklində buraya təşrif gətirəcək xarici qonaqlara paylanılsın. Onda bilinəcək ki, "qeyrət məhbusları" kimlərdir. Ancaq öz aramızda qalsın, daha bu məsləhəti heç kimə deməsinlər. Birdən bu ideya o biri müxalifətçilərin də qulaqlarına çatar və onlar da şantajı bir kənara qoyub, sabotajla məşğul olarlar.

Digər xəbərlər