PDF Oxu

Köşə

  • 1 296

İSA VƏ HAKİMİYYƏT

İSA VƏ HAKİMİYYƏT

Dünyanın bir çox ölkələrində soyqırımı halları baş verib və bu soyqırımı olan ölkələrin heç birində özünü siyasətçi adlandıran mənəviyyatlı şəxs xalqının hüznündən sui-istifadə etməyib. Nə Liditsada, nə Srebrinitsada, nə Xatında, nə Əlcəzairdə, nə Holokostda nə də...

Ancaq əfsuslar və təəssüflər olsun ki, bu cür mənəviyyatsızlığa, şərəfsizliyə nail olacaq şəxs məhz Azərbaycanda oldu. Bu adamın Xocalı kimi qanlı-qadadlı soyqırımı faktlarından sui-istifadə etməsi, əslində, onun kinliliyini, məkrliliyini, ləyaqətsizliyini ortaya qoymuş, iç üzünü açığa çıxarmışdır. Kimdir o?

O, hazırda Müsavat adlanan siyasi təşkilatın başqanıdır, o, bu postunda qalmaqdan ötrü,ı hətta keçmişini belə danan namərddir və o, İsa Qəmbərovdur. Həmin İsa Qəmbərov ki, hələ Xocalı soyqırımı baş verməmişdən öncə, 80-ci illərin sonlarında Azərbaycan xalqının milli-azadlıq ruhunu boğmaqdan ötrü qırmızı imperiyanın 9-cu "otdelindən" ölkəyə atılmışdı və "KQB"-nin agentləri sırasında dövlətdən maaş alırdı. Maaş alırdı ki, 90-cı ilin 13 yanvarında Bakıda erməni qırğını təşkil etsin və həmin qırğını 20 Yanvarla nəticələndirsin. Etdi də, nəticələndirdi də xain!

Ancaq bununla da gözü doymadı, bununla da qan quduzluğu sönmədi İsanın. Vaxt-vədə yetişdi və Qarabağda şiddətli döyüşlər gedən ərəfədə yaxınlaşan Xocalı soyqırımını acgözlüklə gözlədi. Gözlədi ki, indi qeyd edəcəyim ifadələri işlətsin. Budur stenoqramalarda qalan həmin "tarixi" ifadələr: XOCALI SOYQIRIMI BİZİM HAKİMİYYƏTƏ GƏLMƏYİMİZ ÜÇÜN ƏN YAXŞI VASİTƏ OLDU (??!!)

Yəni onun siyasi ambisiyası məhz bu mövqeyə yüklənib. Xalqın qanı üzərindən də olsun keçərək, hakimiyyətə yiyələnmək. Təəssüf ki, bu da oldu. İsa "KQB"-nin əli ilə hakimiyyətə gətirildi və nəticədə, hakimiyət daxilində hakimiyyət yaratdı - Müsavat partiyasını. Bununla da Elçibəy faktoru yavaş-yavaş uzaqlaşdırıldı. Sanki ölkəni Rusiya "KQB"-si idarə edirdi, İ.Qəmbərovun əli ilə.

Qanlar isə tökülməkdə davam edirdi. Qarabağdan gələn 16,17,18 yaşlı gənc əsgər meyitlərinin açıq gözləri İ.Qəmbərovun düz gözlərinin içinə sual dolu nəzərlərlə baxırdı. O isə daha da quduzlaşaraq, ölkədə ÖLÜM HÖKMLƏRİNİ İCRA EDİRDİ, ETDİRİRDİ! Axı o, Xocalı kimi soyqırımı üzərindən hakimiyyətə gəlmişdi, axı o, bu rəzilliyi özünə "ar" bilmişdi.

İndi mən deyim, SİZ hökm verin, əzizlərim, bu NAŞƏXS hələ də yenidən hakimiyyətə gəlmək barədə düşünür, hələ də qan tökmək üçün nəyi isə çək-çevir edir. Və bu dəfə "KQB" olmasa da, Rusiyanın "FTX"-sinə, Ermənistanın "DTN"-inə, İranın "SEPAH"-ına, "ETTALAAT"-ına canla-başla xidmət göstərir. Təki hakimiyyətə gəlməkdən ötrü "fürsət" olsun. Hətta Xocalı faciəsi bir daha təkrarlansın. Amma İsanin dediyi olsun. Bunu ondan gözləmək lazımdır. Ya da onun haqqında xalq tədbiri olmalıdır məncə. Bir daha Xocalının təkrarlanmaması üçün.

Digər xəbərlər