Arzu Səmədbəyli:
Sən də öz sədrini naşı bilirsən,
Qrantı bossların aşı bilirsən,
Əli Kərimlidi, yaxşı bilirsən,
İstefa səbəbi İsa Qəmbərin.
Gözəl Bayramova:
İsa ağ və gödək, Əli çox uzun,
Necə kaman möhkəm, iti ox uzun,
Əlinin mənalı nitqi çox uzun,
Məntiqsiz sözləri qısa, Qəmbərin.
Arzu Səmədbəyli:
İsa olan yerə heç qədəm atmaz,
Onun ah-naləsi eli oyatmaz,
Əlinin əlləri kürsüyə çatmaz,
"İP"-də də olacaq masa, Qəmbərin.
Gözəl Bayramova:
Başında tük azdı, başqanın keçəl,
Bizim sədr başqana qaldırmaz heç əl,
Əlinin olacaq Novruzda Keçəl,
Sənə vəd edirəm Kosa, Qəmbərin.
Arzu Səmədbəyli:
Dodağı bal-qaymaq gəlinin əli,
Sədrinin əlidi ölünün əli,
Yetər bir dələyə Əlinin əli,
Çox hiyləgər olan lisa, Qəmbərin.
Gözəl Bayramova:
Başqan yürütməkdə ard siyasəti,
Ən yaxşı siyasət "Yurd" siyasəti,
O bəla gəlişmə qurd siyasəti,
Bu, bizim Əlinin, osa Qəmbərin.
Arzu Səmədbəyli:
Keçici xəstəlik salsın Əliyə,
Arzu edən pudra alsın Əliyə,
Gözəllik salonu qalsın Əliyə,
Təsbehlə birlikdə əsa, Qəmbərin.
Gözəl Bayramova:
Bu yerdə deyibdi dəli müsəlman,
Əli müsəlmandı, Vəli müsəlman,
Zərif olsa belə Əli, müsəlman,
Olsun İsa ilə Musa, Qəmbərin.
Arzu Səmədbəyli:
Burda qışqır-bağır salana kimi,
Əli gəlib çıxıb dalana kimi,
O xarici pasport alana kimi,
Bossun göndərdiyi kasa, Qəmbərin.
Gözəl Bayramova:
Elə bil, dəliyə edibdi pislik,
Rəzilə, ziliyə edibdi pislik,
20 il Əliyə edibdi pislik,
Çıxacaq önünə tasa, Qəmbərin.
Arzu Səmədbəyli:
Təpədən-dırnağa İsa Əqidə,
Yeriyə bilməyir Əli səkidə,
Sənin Əlin oxşamır bir igidə,
Oxşarı çox çex Yan Qusa, Qəmbərin.
Gözəl Bayramova:
Əli bəy bilirdi başqanı fağır,
İnşallah, tezliklə olacaq yağır,
Onun sifətindən bədxahlıq yağır,
Batsın qəm-kədərə, yasa, Qəmbərin.
Arzu Səmədbəyli:
Gözünü çəksəydi "İP"-də postlardan,
Başı açılıbdı əgər tostlardan,
Cəsarəti olsa Əli, bosslardan,
Pul alıb cibinə basa Qəmbərin.
Gözəl Bayramova:
Cəbhəyə dönsəydi, qurda dönərdi,
Sərsəm iddiadan burda döndərdi,
Təsiri olsaydı, "Yurd"a döndərdi,
Az təsiri vardı bossa, Qəmbərin.
Arzu Səmədbəyli:
Bu adam keçibdi civarı, səddi,
İsadan cavandı, əyilib qəddi,
"Yurd" Əli yüz faiz Herkel sifəti,
Oxşarı yox heç Qrossa, Qəmbərin.
Gözəl Bayramova:
Əli düz davrandı, dürüstlük etdi,
Bosslara güvəndi hərislik etdi,
Cəbhəyə, Əliyə çox pislik etdi,
Ağzından-gözündən qusa, Qəmbərin.
Arzu Səmədbəyli:
Kütlələr cəbhəyə hürsə, sizindi,
Kərtənkələ bizim, gürzə sizindi,
"Soros" qrantı az versə sizindi,
İşdi, həddən artıq yazsa, Qəmbərin.
Gözəl Bayramova:
Pozublar İsanın kefini yaman,
Altına ataraq ot-ələf, saman,
Yüksəyə qaldırar Əlini zaman,
Kolluqğdan gizlicə pusa, Qəmbərin.
Arzu Səmədbəyli:
Yumruq-təpkilərə, dizlərə qalsın,
Onun siyasəti düzlərə qalsın,
Əli daz olmasa sizlərə qalsın,
Olsun, təsadüfən dazsa, Qəmbərin.
Gözəl Bayramova:
Dayazsan istərsən başqan olasan,
İsanın canına iflic salasan,
Ay Arzu, arzumdu yetim qalasan,
Özünü ağacdan asa, Qəmbərin.
Arzu Səmədbəyli:
"İP"-də biz yeyirik balqabaq, kahı,
Sıramızda gördün bizim Pənahı,
Bosslar Qərbdən gəlib, hər bir günahı,
Yumasa Əlinin, yusa, Qəmbərin.
Gözəl Bayramova:
Təəssüf, qrantı çox dadlı görüb,
Bossu sülaləli, əcdadlı görüb,
Əlini o, qollu-qanadlı görüb,
İstərəm, çəkinib mısa, Qəmbərin.
MİRZƏ QƏRƏNFİL