PDF Oxu

Köşə

  • 934

Radikallar gəncləri öz tərəflərinə çəkmək istəyirlər

Radikallar gəncləri öz tərəflərinə çəkmək istəyirlər

Əhməd Oruc:


Dollara, avroya işlər radikal,

Müsbəti rədd edib pislər radikal,

Gəncləri aldatmaq istər radikal,

Çirkin məqsədinə çatmaqdan ötrü.


Nurəddin Məmmədli:


Bizə deyirlər ki, çox qudurmuşuq,

Bossların önündə möhkəm durmuşuq,

Gənclərin yolunda pusqu qurmuşuq,

Ölürük marıqda yatmaqdan ötrü.


Əhməd Oruc:


Çoxusu bənzəyir axsaq qoyuna,

Kütlələr meydanda çıxar vayına,

İfratlar əl atır min cür oyuna,

Bossların başını qatmaqdan ötrü.


Nurəddin Məmmədli:


Ötərik meydanda bülbül, qu kimi,

Sürətlə uçarıq Qərbə TU kimi,

Gənclər lazım bizə hava-su kimi,

Kökümüzü möhkəm atmaqdan ötrü.


Əhməd Oruc:


Qərb pul ödəməyə axmağa, hazır,

Qrantçün şimşək tək çaxmağa hazır,

Dəridən-qabıqdan çıxmağa hazır.

Xalqı və dövləti satmaqdan ötrü.


Nurəddin Məmmədli:


Dumduru bulaq tək çağlar, axarıq,

Bəzən gözü yaşlı ağlar aşarıq,

Dəryalar keçərik, dağlar aşarıq,

Bossun təamını dadmaqdan ötrü.


Əhməd Oruc:


"Bəy"lərin vərdişi burun doldurmaq,

Sıralara xeyli harın doldurmaq,

Başlıca amallar qarın doldurmaq,

Onlar qida gəzir udmaqdan ötrü.


Nurəddin Məmmədli:


20 il ərzində çox çaldıq tütək,

Bizə çox lazımdı mükəmməl yedək,

İstərik gənclərlə birlikdə gedək,

Zəhmət çəkməmişik batmaqdan ötrü.


Əhməd Oruc:


Qərbdə hər birinin adı hallanır,

Harda yol versələr, orda yallanır,

"Bəylər" dəstə-dəstə Qərbə yollanır,

Özünə pulverən tutmaqdan ötrü.


Nurəddin Məmmədli:


Bossun kölgəsində vüqarlanaq biz,

Xeyli zəngin olub, həm varlanaq biz,

İstərik gənclərdən yararlanaq biz,

Villadan, daçadan, həm bağdan ötrü.


Əhməd Oruc:


Lider çöhrələri saralıb gedir,

Çox yetkili səbri daralıb gedir,

Min "bəy"in sifəti qaralıb gedir,

Qərbdən pulla gələn bir "ağ"dan ötrü.

Nurəddin Məmmədli:


Falçı göndəririk, mal göndəririk,

Qadındarı üçün şal göndəririk,

Qulluq alsaq, Qərbə bal göndəririk,

Olmaz narahatlıq heç yağdan ötrü.


Əhməd Oruc:


Narıncı köynəyi atır əyindən,

Bu, yaxşı sezilmir "İP"-in səyindən,

Yapışıb onlarla gənc ətəyindən,

Mayallaq aşarlar xoş çağdan ötrü.


Nurəddin Məmmədli:


Dördəlli yapışıb bürclərdən bollu,

Xilas olunmaqçün xərclərdən bollu,

İstifadə edib gənclərdən bollu,

Paltara tikilən yamaqdan ötrü.


Əhməd Oruc:


Gənclər məsələsi hallanır yenə,

Qayıdıb mövzuya hey dönə-dönə,

İstərlər gəncləri qoyalar önə,

Neçə min dollarlıq yumaqdan ötrü.


Nurəddin Məmmədli:


"Bəylər" Qərb puluyçün şux pərvanədi,

Radikal xəyallar boş əfsanədi,

Gəncləri cəlb etmək bir bəhanədi,

Qida axtarırlar dadmaqdan ötrü.


Əhməd Oruc:


"Bəylər" bu tələyçün qurbanlıq dələ,

Qərb radikal üçün adi bir tələ,

Bu məhsul Bakıda bol olsa belə,

Parisə gedərlər sumaqdan ötrü.


Nurəddin Məmmədli:


Pulu boss əlindən alanda desək,

Yaxşı olar sözü Milanda desək,

Qərb pul göndərəcək, yalan da desək,

Bizə gənc lazımdı yazmaqdan ötrü.


Əhməd Oruc:


Bəla başlarına qarından gələr,

İsa, Əli bossun turundan gələr,

Hərdəm xülyaları burundan gələr,

Onlara həb verrik qusmaqdan ötrü.


Nurəddin Məmmədli:


İstərik bizlərə boss dursun yiyə,

Artıq sümüklərə dirənib tiyə,

Gərgin işimizi Qərb görsün deyə,

Gənclər cəlb edərik susmaqdan ötrü.


Əhməd Oruc:


Nifrətlə "bəylər"ə baxan kütlələr,

Dişini-dişinə sıxan kütlələr,

Bir zaman meydana çıxan kütlələr,

Gələrlər "bəylər"i asmaqdan ötrü.


Nurəddin Məmmədli:


Qərb baxmaqda bizə bədbin qubarla,

Yüngül müqavilə yapdıq Sərdarla,

Dəvət eyləyərik daim israrla,

Gəncləri turşuya basmaqdan ötrü.

Mirzə QƏRƏNFİL

Digər xəbərlər