PDF Oxu

Köşə

  • 1 002

MÜXALİFƏT İNDİ DƏ YANDIRMAĞA GÜLSATAN AXTARIR

MÜXALİFƏT İNDİ DƏ YANDIRMAĞA GÜLSATAN AXTARIR

Belə çıxır ki, kimsə haradasa nəyisə yandıracaqsa, bizim müxalifətçilər də əllərinə kibrit götürərək, yandırmağa, ya da yandırtdırmağa vasitə axtaracaqlar. Daha onları maraqlandırmır ki, ötən 20 ildə bunların oduna nə qədər adam yanıb, nə qədər adam güdazlarına gedib və indi də bu hal mövcuddur. Əlqərəz edərək, keçirəm əsas mətləbə. O mətləbə ki, tanınmış, nüfuzlu Tunis göysatanından sonra cuşa gələn yerli radikallarımız bir əllərində kibrit, digər əllərində də benzin şüşəsi tutub buradakı bazar-dükanları, yarmarkaları qarış-qarış gəzərək göysatan axtarışına çıxmışdılar. Amma dükan-bazarlarda, namxuda, alış-verişləri gedən göyərti ticarətçiləri bunların üzlərinə elə tərs nəzərlərlə baxdılar ki, onlar bazarlardan "vızz" deyə mürəxxəs oldular. Dedilər, birdən hər şey tərsinə olar və əsəbiləşmiş göy-göyərti ticarətçiləri elə bazardaca bunları yandırıb-yaxarlar.

Bir sözlə, illər keçdi, gün dolaşdı və radikal müxalifətin yadına yenə də "təzə ideya" düşdü. Həmin "ideya" isə, nə olsa yaxşıdır?


SİYASİ MƏZARLIĞA DÜZÜLƏCƏK GÜLLƏR


Bax, burada şitini çıxardan müxalifət liderləri lap ağ etdilər. Məsələ ondadır ki, bu dəfə onlar göysatan deyil, nə qədər qəribə görünsə də, gülsatan axtarışına çıxıblar. Bakının kəndlərinə tərəf üz tutan radikal müxalifət liderləri parnik-parnik gəzərək, gülsatanlarla görüşür, onların əllərinə kibrit və benzini dürtüşdürüb, özünə od vurmasını istəyirlər. Düzdür, onların bu kimi sarsaq hərəkətlərini hoydu-hoyduya qoyan gülsatanlar, onlardan dərhal kəndlərini tərk etmələrini tələb etmələri ilə yanaşı, onu da bildirirlər ki, yaxşı olardı getsinlər 20 il geriyə baxsınlar və bu 20 ildə nə qədər qocaldıqlarını, əldən düşdüklərini etiraf etsinlər. Daha kimlərinsə yanmağını, oda düşməyini gözləməsinlər. Hər halda, gülsatanlar müxalifətə pis məsləhət verməyiblər. Çünki həmin məsləhətlərin arxasında reallıqlar dayanıb. Hərgah ki, onlar bu qədər qocalıblar, bu qədər əldən düşüblər, onda bunların siyasi meyidə çevrilmələri şəksizdir. Bu səbəbdən də hörmətli gülsatanlar naftalin qoxusu verən, qoca, ifrəmiş müxalifət liderlərinə siyasi ölümləri tam gerçəyə çevriləndən sonra (buna elə də çox zaman qalmayıb -R.) gül bağışlayacaqlar. Yəni ölü müxalifət məzarlarına gül düzəcəklər. Daha yandırmağa-filana da ehtiyac-zad qalmayacaq. Axı bunlar da Tunisdəki göysatanlar kimi dəli deyillər ki...

Digər xəbərlər