İsa Qəmbərov:
Bizi gözləməkdə pullu görüşlər,
Görərik Qərb üçün münasib işlər,
Tezliklə keçirib çoxlu yürüşlər,
Yaradarıq əsil iğtişaş, üsyan.
Tahir Kərimli:
Qərb sizi oynadır bollu nemətlə,
Çağırsanız belə yüzlərlə fitlə,
Sizinlə təmasdan qaçmaqda kütlə,
Öz həmkarınıza vurarsız ziyan.
İsa Qəmbərov:
Bossa yalmanmağı etmişik peşə,
Bu hal canımızda keçib vərdişə,
Meydana gələnə verərik nəşə,
Özümüz də içib olarıq piyan.
Tahir Kərimli:
Sizin hamınızda üz, bəniz, qaçıb,
Altınızdan böyük stul, miz qaçıb,
Artıq çoxdan sizin ilməniz qaçıb,
Sizə olmayacaq bir kimsə həyan.
İsa Qəmbərov:
Başımız həmişə qalıbdı qalda,
Bosslar da çox qoyub bizi zavalda,
Qoymuşam Əlini, Sərdarı dalda,
Vahid lider mənəm, olubdu əyan.
Tahir Kərimli:
Həm çox yaşlı, həm xlamsan,
Siyasi meydanda xamsan,
Özün də çox pis adamsan,
Bədlikdən yoğrulub mayan.
İsa Qəmbərov:
Çox vaxt mən Qərbdə qalıram,
"Sos" siqnalını çalıram,
Bossdan çox qrant alıram,
Əlində yox cüzi mayan.
Tahir Kərimli:
Əqrəb nola qarışıbdı,
Ayaq kola qarışıbdı,
Başın pula qarışıbdı,
Pozulub tərəzi-miyan.
İsa Qəmbərov:
Bossun qrantında həyat,
Bu yöndə verdim bəyanat,
Sən məndən kiçiksən qat-qat,
Mənə söymə, olsun həyan.
Tahir Kərimli:
Zirvədən enəcən pola,
Bərabər olarsan nola,
Qayıtmazsan sən düz yola,
Arxanda hazırdı payan.
İsa Qəmbərov:
Mərifət yox daxılında,
Yerinizdə qaxılın da,
Bizlər onun daxilində,
Qərb qaynadır yeni tiyan.
Tahir Kərimli:
Qrant damır qaşığından,
Arazla Kür aşığından,
Məhrumsan gün işığından,
20 il olmayıb ziyan.
İsa Qəmbərov:
El narazı əməlindən,
Yıxılmısan təməlindən,
İstərəm vura dilindən,
Səni bir zəhərli çayan.
Tahir Kərimli:
Danışırsan ağır-ağır,
Sifətindən zəhər yağır,
Müsavatda işin ağır,
Qərbə kimdi səni sayan?
İsa Qəmbərov:
Qarşımda durubsan zökəm,
Daim oldun qırıb-sökən,
Olmamısan heç vaxt möhkəm,
Muma dönüb möhkəm qayan.
Tahir Kərimli:
"İP"-də sən öz çastından get,
Ağırsansa mostundan get,
Ayıqsansa, postundan get,
Yatmısansa ayıl, oyan.
İsa Qəmbərov:
Hər bir işə qarışırsan,
Pis gününlə barışırsan,
Elə yalan danışırsan,
Guya qızıldandı tayan?!
Tahir Kərimli:
Marağında pul davası,
Yəqin Qərbin boş qafası,
Başında qrant sevdası,
Daim gördüm bossa uyan.
İsa Qəmbərov:
Pul verəndə döşləyirdin,
Nə verirdim, dişləyirdin,
Şəxsin mənə işləyirdin,
Sən tar çaldın, mən də bayan.
Tahir Kərimli:
Müsavatda çox pis durdum,
İflasa getməkdə qurum,
Qrantdan da oldun mərhum,
İindi get ye çayır, biyan.
İsa Qəmbərov:
Dayananda sən girişdə,
Həmişə demişəm "piştə",
Əlində gəlmir bir iş də,
Yerində farağat dayan.
Tahir Kərimli:
Bura gələn piyan oldu,
Sənə çoxlu ziyan oldu,
Nə həmkarlar həyan oldu,
Nə boss olsu səni duyan.
MİRZƏ QƏRƏNFİL