PDF Oxu

Köşə

  • 1 043

Rəsul Quliyevin dönüş planı nə qədər realdır?

Rəsul Quliyevin dönüş planı nə qədər realdır?

Rəsul Quliyev yenidən Bakıya qaytımaq xəyalına düşüb. Onun yeddi il əvvəl Londondan start götürən məşum "çarter dönüşü"ndən sonra bu mövzunu təzələməyin lüzumsuz olduğu məlum olur. Ancaq R.Quliyevin israrlı olduğu bildirilir. "ACP" lideri müxalifət liderləri arasında birincilik qazanmaq üçün məxsusi "Müqavimət Hərəkatı" da yaratmışdır. Hazırda o, qiyabi olaraq, tərəfdaş axtarışına başlayıb. "ACP" sədri Vaqif Mahmudov bu yöndə ciddi iş aparıldığını bildirir. Görünür, yeni sədr cavan olduğundan, ağzı isti yerdədir. Çünki o, R.Quliyevin "dönüş kampaniyası" ilə əlaqədar ADP sədri Sərdar Cəlaloğlunun sifətinə dəyən ayaqqabı dabanının ağrısının dadanı duymayıb.

S.Cəlaloğlu R.Quliyevin növbəti "dönüşü"nün də fiksiya olduğunu bildirir. ADP sədrinin dediyinə görə, "ACP" lideri bu sayaq tərpənişi ilə ömrünün sonunədək "dönüş eyforiyası" ilə yaşayacaq. V.Mahmudov isə R.Quliyevin həmişəlik Nyu-Yorkda qalacağı təqdirdə də, liderinin niyyətini grçəkləşdirmək yönümündə fəaliyyətini gücləndirəcəyini bildirir.

Nədir "ACP" liderinin niyyəti? Xatırladırıq ki, R.Quliyev okeanın o tayından Azərbaycan paytaxtında müxalifət daxilində baş verən hadisələrin gedişini qiyabi surətdə izləməli olur. Dəstəkçiləri isə ona məlumatları öz maraq prizmalarından keçirdikdən sonra ötürürlər. Yəni deyirlər ki, burada sənin qarşında dura biləcək müxalifət lideri yoxdur. Deyirlər ki, ayağını Bakı asfaltına basan kimi, radikal qurumların liderinə çevriləcəksən.

Bu subyektiv məlumatların obyektivliyinə az da olsa şübhə etməyən R.Quliyev istəyir ki, Nyu-Yorkdan Londona gəlib, oradan ikinci "çarter reysi"nə minsin. Buradakı həmkarları onun bu yanlış fikrinin üstünə benzin atıb, onu daha da qızışdırırlar ki, əlindəki gülü cibinə qoy gəl, onu burada iyləyərsən. Yaxud başını orada islat, burada qırxdırarsan.

Yeddi il əvvəlki "gəlişindən" sonra R.Quliyev qəlbinin dərinliklərində gizlənən intiusiyasına əsaslanaraq, "dönüş"nü gerçəkləşdirməyə tələsmir. Çünki yeddi il əvvəl "çarter reysi" Binə aeroportu üzərində bir neçə dövrə vurduqdan sonra, Ukraynada erməsinin ləzzəti hələ də damağından getməyib.

R.Quliyevin "ACP"-dəki həmkarlarından başqa, digər azarkeşləri də vardır. Bu adamlar da V.Mahmudov kimi R.Quliyevin maliyyə dəstəyindən yararlanmaq fürsətini fövtə vermək istəmirlər. "ACP" lideri də dəstəkçilərinin çağırışlarından ruhlanaraq, radikalların qarşısında belə bir tələb qoyub ki, heç kəsin yox, məhz "Müqavimət Hərəkatı"nda yalnız onun "vahid namizəd"liyinə üstünlük verməlidirlər. R.Quliyev "İP"-in egidası altında İsa Qəmbərov və ya Əli Kərimovun liderliyi altında siyasi fəaliyyət göstərmək istəmir. "İP"-dəki liderlərin də R.Quliyevi lider və ya vahid namizəd kimi qəbul etmək fikirləri yoxdur. "ACP" lideri isə maliyyə imkanına güvənib, "İP" liderlərini "lütkomlar" adlandırıb, onlara rişxənd edir.

R.Quliyevin "dönüş planı" qeyri-mümkün olduğu kimi, onu xaricdə yaşayıb, müxalifətin vahid lideri olmaq istəyi də gerçəkliklə bir araya sığmır. Bizcə, o, xaricdə sakit oturub, siyasi fəaliyyətini dondursa, sıravi adam kimi daha çox rəğbət qazanar, nəinki siyasətçi kimi... Müxalifətin heç bir dəftərində adı olmayan bu yaşlı adam heç vaxt ciddi siyasi uğur qazanmadığı da yaddaşlardan silinməyib.

Digər xəbərlər