PDF Oxu

Köşə

  • 1 755

Əli Kərimov İsa Qəmbərovu AXCP (i)-də öz egidası altında birləşməyə çağırır

Əli Kərimov İsa Qəmbərovu AXCP (i)-də öz egidası altında birləşməyə çağırır

Əli Kərimov:


Sən dərsi bir məndən götürəcəksən,

Dərhal da bosslara ötürəcəksən,

Başqanlıq kürsünü itirəcəksən,

Səni həmkarların atır bayıra.


İsa Qəmbərov:


Gerçəkliyə söykən, gəl şaman olma,

Bədxah ol, gözündən qan daman olma,

Özündən bu qədər bədgüman olma,

"Yurd"da bənzədirlər səni çayıra.


Əli Kərimov:


"İP"-də İsanın yox, Əlinin dəmi,

Qarnına yerləşər təyyarə, gəmi,

Mədəndi dibiboş dərin cib kimi,

Çətin hansısa boss səni doyura.


İsa Qəmbərov:


Deyirsən ki, guya əngin egidan,

O qədər də deyil zəngin egidan,

Özünə bənzəyir yəqin egidan,

Kimdi "Yurd"da gəlib nəsə qayıra?!


Əli Kərimov:


Başqanlıqda qalmaq onun davası,

Onda ölüncədir qrant havası,

Çox da dolu deyil İsa qafası,

O, iti pişikdən çətin ayıra.


İsa Qəmbərov:


Mənə bənzəyənlər meyvəni dərib,

Siyasət beyinə işləyən qrip,

Bu tamaşa deyil, içəri girib

Əli də orada ağız ayıra.

Əli Kərimov:


Narahat da etmir indi heç kəsi,

Batıb Müsavatda İsanın səsi,

"No"-"net"di ruscası, ingiliscəsi,

Bunlar çox bənzəyir türkcə "xayır"a.


İsa Qəmbərov:


Tale bunu mənə pis dost eyləyib,

Mənə bədəməli tez rast eyləyib,

Cəbhəni dağıdıb zapçast eyləyib,

Bəlkə Müsavata özü buyura.


Əli Kərimov:


İclasda başına çevriləcək taxt,

Himayəçi məni göndəribdi baxt,

Başının üstündə olaram hər vaxt,

Dərdi-qəmi olsa mənə duyura.


İsa Qəmbərov:


"Yurd" Əli tamarzı zəli ətindən,

Heç bozbaş da çıxmaz dəli ətindən,

Gəlib cəhənnəmdə Əli ətindən,

İblis öz əlilə kabab qoyura.


Əli Kərimov:


Bir xeyir görmədi masadan isə,

Çoxlu zövq alardı Kosadan isə,

Mən lider olaram, İsadan isə

Düzəldərəm sədr, katib, sairə.

İsa Qəmbərov:


Bossdan alıb verdim, "Yurd" Əli tıxdı,

Qanadlı dəvə tək dam-divar yıxdı,

Əlidən nə lider, nə də sədr çıxdı,

Qoyaram içinə, çəkib dairə.


Əli Kərimov:


Başqan kürsüsünə tərsinə mindi,

"Ərəb baharı"nı alıbdı indi,

Tunisi, Misiri görüb sevindi,

Çəkdi onu qanlı Dəməşq, Qahirə.


İsa Qəmbərov:


İndi istər gəlsin o, cik-cik mənə,

"Gəl yanımda öyrən" dedi dik mənə,

İstəyir eyləsin rəhbərlik mənə,

Bənzər siyasətdə nadan bakirə.


Əli Kərimov:


Basıb dil altına, hap-gopa kimi,

Əl açıb rəvvinə və popa kimi,

Tükənib qocalmış Avropa kimi,

Mənəm siyasətdə yetkin, bakirə.


İsa Qəmbərov:


Oxşar öz "Yurd"unda səy xanaçıya,

Onun oxşarı yox bəy xanaçıya,

Əli heç bənzəmir meyxanaçıya

Bənzədir özünü dahi şairə.

Əli Kərimov:


Danışır o, düşük tumanlar kimi,

Minib Müsavatı yamanlar kimi,

Aparır özünü şamanlar kimi,

Deyir ki, bir mənəm bənzər fakirə.


İsa Qəmbərov:


Əli də toylarda çox tosta gəldi,

Zərəri mən kimi tox dosta gəldi,

"Yurd" Əli əməldə çox astagəldi,

Çəkibdi mən kimi dildə mahirə.


Əli Kərimov:


Min bossun önündə çökər təzimə,

İndi üz çevirib süqut, çezimə,

Necə mən bənzərəm Seyid Əzimə,

O da o cür bənzər şair Zakirə.


İsa Qəmbərov:


Olmaz "Yurd"dan da çox bir betər çirkab,

Əli kimilərə də yetər çirkab,

Üst-başım olmadı o qədər çirkab,

Batıb qulağacan Əli pas-kirə.


Əli Kərimov:


Yeyib yağlı ehsan aşını sənin,

Bağladım biryolluq tasını sənin,

Keçirib əməli yasını sənin,

Səni üzüqoylu qoyum qəbirə.


İsa Qəmbərov:


Siyasət yolunda sən barbar, yam-yam,

Artıq kitabın da, bağlanıb tamam,

"Yurd"un da hamamlar içində hamam,

Yerləşdirə billəm səni xəlbirə.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər