PDF Oxu

Köşə

  • 2 655

YENƏ DƏ EYFORİYA, YENƏ DƏ O SÖZ...

YENƏ DƏ EYFORİYA, YENƏ DƏ O SÖZ...

Payız- qış aylarında yas, yaz-yay aylarında isə toyxana palatkasını andıran "İctimai Palata" adlı qeyri-ciddi qurumun yenidən ilıq yaz günəşinin işartıları altında çiçəyi çırtlamağa başlayıb. Çünki daha qar-boran olmayacaq və adıçəkilən "palatkada" mümkün qədər eyforiyalara qapılmaq imkanları olacaq. Həmin eyforiyalarda daha nələr deyilməyəcək, nələr danışılmayacaq və nələr hapa-gopa basılmayacaq? İsa Qəmbərov sağ tərəfdən, Əli Kərimov sol tərəfdən, Pənah Hüseynov aşağıdan, Fuad Qəhrəmanlı yuxarıdan, daha kimlər və kimlər çırtıq çalıb ortaya düşəcəklər ki, bəs "İctimai Palata" yas palatkasından toy palatkasına keçid aldı və küçələr onları gözləyir.

Əbəs yerə deyil ki, çiçəkləri çırtladıqdan sonra eyforiyaya qapılmışlar aprelin 8-də üstəlik "möhtəşəm aksiya" da keçirmək istəyirlər. Amma həmin aksiyanın keçirilməsində bir balaca o söz... Yəni anlaşılmazlıqlar mövcuddur ki, bundan da təəccüblənmək lazım deyil. Çünki ziddiyyət deyilən bir zad onların boyunlarına görə ölçülmüş xaltadır. Keçib boyunlarına və çıxara bilmirlər. Ona görə də istənilən mövzuda onların aralarında o söz olur. Budəfəki o söz isə bir məqamın üzərində dayanıb. Nədir həmin məqam? Məsələ ondadır ki, məlum 17 mart "gənclər aksiyası"ndakı biabırçılıqdan sonra hər hansı "möhtəşəmlikdən" danışmağın, ümumiyyətlə, yeri yoxdur. Ona görə ki, həmin aksiyada iştirak edənlərin hər biri Xədicənin "mübarək məbədinin" vurğunları idilər. Yəni 17 mart aksiyasında iştirak edən 200-300 nəfər başıpozuqlar dəstəsinin hər bir üzvü "Azadlıq" radiosunun şəhvətpərəst əməkdaşı X.İsmayılovanın filan-fülan yerlərini "üç öpüb, bir dişləyənlər" idilər.


YAZ GƏLDİ, YONCA BİTDİ !


Həmin bu 200-300 nəfəri "2000" nəfər kimi "görənlər" isə məhz aprelin 8-də aksiya keçirmək istəyən "palatka" üzvləridirlər ki, onlar da yetişdirdikləri "gənclərdən" bu mövzuda geri qalmırlar. Hər halda, "kameraları söndürün, biz sevişirik" kimi ifadələri xatırlatmaq yetər...

Qaldı ki, eyforiyaya qapılaraq o sözə, bax, burada bir balaca məsələyə aydınlıq gətirmək istərdim. Demək istərdim ki, vallah da, billah da aprelin 8-də heç nə də olmayacaq! Beş-üç nəfər "palatka" dılğırı düşəcək küçələrə və başlayacaq hoydu-hoyduya, dalınca da müxalifət qəzetləri parta-part yazacaq ki, əşşi, Avropa "İP"-in ipinin necə qırıldığına valeh oldu, Qərb diplomatik korpusu əməkdaşları bundan sonra özlərini "İP"-də görəcəklər, mister Tvister filan şeyi dedi, beşməkan məsələyə münasibət bildirdi. Azərbaycana təzyiq göstəriləcək. Daha nə bilim nə...nə....nə...

Amma!

Amması da odur ki, aprelin 8-i gəlməmiş, bunlar baş tutmayacaq aksiyanın harada keçirilməsi üstündə də öz aralarında qırğına çıxırlar. Çünki rüsvayçılıqla nəticələnən 17 mart aksiyasına icazə verildikdən sonra, bunların icazəsiz aksiya keçirmələrinə şərait qalmayıb. Şərait yoxdursa, demək, pozuculuq fəaliyyəti də olmayacaq. Hətta icazəli aksiya olsa belə, onlar yenə də nə isə "qaynatmağa" çalışacaqlar. Burada da 17 mart aksiyasını xatırlatmaq istərdim. Məsələn, həmin icazəli aksiyada üç-beş nəfər dılğır gədə-güdələr söyüşlər söydü, küfrlər etdi. Nəticədə inzibati cəzalara məruz qaldılar həmin dılğırlar. İndi onlar "İP"-in növbəti qurama "qəhrəmanlarına" çevriliblər. Görünür, aprelin 8-də də bu kimi düşük "qəhrəmanlar" peyda olmaq istəyəcəklər. Amma hələ bir cəhd etsinlər, biz də görək. Hərgah eyforiyaya qapılıb o söz olmasalar. "Əsas" odur ki, yaz gəldi, yonca bitdi.

Digər xəbərlər