PDF Oxu

Köşə

  • 997

XALQLA MÜXALİFƏTİN MÜNASİBƏTİ SIFIR HƏDDİNDƏDİR

XALQLA MÜXALİFƏTİN MÜNASİBƏTİ SIFIR HƏDDİNDƏDİR

Əhməd Oruc:


Görkəmcə nə balıq, onlar nə də ət...

"İP"-də möhkəmlənən bu müxalifət,

Qazana bilmədi özünə hörmət,

Xalqla münasibət sıfır həddində.


Arzu Səmədbəyli:


Bosslar da arxada mıx dayanıbdı,

Daxilində güclü ruh dayanıbdı,

"İP"-də radikallar, şux dayanıbdı,

Xırda əyrilik yox əsla qəddində.


Əhməd Oruc:


Cumdu radikallar ancaq şirinə,

Qərbin qrantları döndü irinə,

Yaman bəy dedilər biri-birinə,

Bir bəy də olmayıb əbey-cəddində.


Arzu Səmədbəyli:


Bosslardan cibxərci, həm daş-baş çıxdı,

Qrantlar qismində çoxlu maaş çıxdı,

İfratlar həmişə diribaş çıxdı,

Müsbət dəyişiklik oldu xəttində.


Əhməd Oruc:


Sayılmadı İsa, nə Əli məqbul,

Ümid doğrultmadı Etibar, Rəsul,

Xalq özü sizləri etmədi qəbul,

Bir tələbkarlıq var xalqın rəddində.


Arzu Səmədbəyli:


Biz bosslardan axan qrantın bazı,

Gənclər, ahıllar da bizlərdən razı,

Çoxları bəyənir taktikamızı,

Bircə sənsən duran "İP"-in ziddində.


Əhməd Oruc:


Qərb sizi buraxmaz bütlə yaxına,

Gedə bilməzsiniz kütlə yaxına,

Sizi buraxmadı kütlə yaxına,

Saxladı özündən kənar səddində.


Arzu Səmədbəyli:


Yox hesab edərik bəlini sənin,

Kəsərik o acı dilini sənin,

Saxlarıq qırxını, ilini sənin,

Ağlarıq üçündə, bir də yeddində.


Əhməd Oruc:


"İP"-in fəth etdiyi nə zirvə, pik yox,

Aşa bildiyiniz bir adi dik yox,

Özün də bilirsən bir yenilik yox,

Əlinin-İsanın, əsla, vədində.


Arzu Səmədbəyli:


Sənin bədxahlığın dayana qalsın,

Bossun cibişdanı ziyana qalsın,

Əli ilə İsa o yana qalsın,

İnqilabi ruh yox sənin Sədində.


Əhməd Oruc:


Sizin boş təfəkkür Ayda, ya çayda,

Nə qanun bilirsiz, nə də ki, qayda,

Mümkündü gözləmək bizlərdən fayda,

Sizlər bədxahlığın daim bədində.

Arzu Səmədbəyli:


Hələ ki, bizimlə savaşın qalıb,

Bədənin üstündə küt başın qalıb,

Ən azı bir qətrə göz yaşın qalıb,

Sənin hər ağında, hər bir edində.


Əhməd Oruc:


Qüsurlu nitqiniz sözlərdən uzaq,

Sizin əməliniz üzlərdən uzaq,

İndi biz durmuşuq gözlərdən uzaq,

Əli də, İsa da "İP"-də bətndə.


Arzu Səmədbəyli:


Yanında həmişə başınız uca,

Biz Qərbdən yeyirik, sən döndün aca,

Billah ki, dönmüsən quru qaxaca,

Azca piy də yoxdu, əsla, ətində.


Əhməd Oruc:


Böyüklər yanında hamınız tifil,

Süqut yaxalayıb sizləri qəfil,

Siz "İP"-də qalıbsız avara, səfil,

Sizin sözləriniz yoxdu mətndə.


Arzu Səmədbəyli:


Heç kəs də yalandan deməz irisən,

Bilinmir ölüsən, yoxsa dirisən,

Sən özün, nəmxuda, acın birisən,

Toxluq sezilmədi hətta bitində.


Əhməd Oruc:


Çəkdiniz qabağa ətin çiyini,

Tutdunuz narıncı dona əyini,

Uzaqdan duydunuz pulun iyini,

Bu qoxubilmə yox qoyun itində.


Arzu Səmədbəyli:


Əyibdi əməlli sizləri zaman,

Başınız üstündə sıxlaşıb duman,

Sizin, Rəsulun da gəlişi yaman,

Maneə görünmür, əsla, gedində.


Əhməd Oruc:


Radikallar çoxdan gömülüb gora,

Qərbin özü sizi salıbdı tora,

Əlinin ciyəri, mədəsi xora,

İsa xərçəngi var "İP"-in ödündə.


Arzu Səmədbəyli:


Kim desə inanma topar üzündə,

Makiyaj anbaan qopar üzündə,

Saçında sığal yox, qübar üzündə,

Bir təpər qalmayıb əldə ütündə.


Əhməd Oruc:


Peşəniz ölüncə boss pulu yemək,

Arzu etmirsiniz çəkəsiz əmək,

Sizə mümkün deyil radikal demək,

Hətta narıncılıq azdı çitində.


Arzu Səmədbəyli:


Çətin gətirəsən özün yem ələ,

Boss da pul ayırır baxıb təmələ,

Düzdü, ciddiliyin gəlməz əmələ,

Sən get xoşbəxtliyi axtar şitində.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər