PDF Oxu

Köşə

  • 1 402

Əli Kərimova beynəlxalq pasport verilməməsi ciddi arqumentlərə söykənir

Əli Kərimova beynəlxalq pasport verilməməsi ciddi arqumentlərə söykənir

Əhməd Oruc:


Təkrar işə salıb məzlum xorunu,

O, qurmaq istəyir hiylə torunu,

Mitinqdə çıxardı çox şit-şorunu,

Verilməli deyil Əliyə pasport.


Əli Kərimov:


Məftun oldum "Yurd"un qaşda xalına,

Sonra da cəbhənin keçdim dalına,

Salıb özümünkü məzlum halına,

Həm də işləyibdi iliyə pasport.


Əhməd Oruc:


İndi sürə bilmir "Yurd"unda səfa,

Bir həmkar görmədi bu kəsdə vəfa,

Tərsinə işləyir Əlidə qafa,

Vermək düz olmazdı dəliyə pasport.


Əli Kərimov:


Çox olub İsaya zəli demişəm,

"Yurd"a, Müsavata ölü demişəm,

Yüz dəfədən artıq "bəli" demişəm,

Çoxu alıb üç-beş "bəli"yə pasport.


Əhməd Oruc:


Bu adam cəbhəçi sortuyla ölü,

Qarnının parazit qurduyla ölü,

Əli siyasətdə "Yurd"uyla ölü,

Vermək səhv olardı ölüyə pasport.


Əli Kərimov:


Cavanlıqda biz də olmuşduq pak, saf,

Bizə dəstək verib komsomol, DOSAF,

Başlıca deviz də olubdu insaf,

Verərdik bir toxmaq-çiliyə pasport.


Əhməd Oruc:


Gerçək bir məntiq yox yuxulu başında,

Ağıl da azalıb qoğlu başında,

Verilir kimin ki, ağlı başında,

Verilmir qrupa, bölüyə pasport.


Əli Kərimov:


Dəyişən var mülkü-malı qəlyana,

Bəd müştüyə cumur, ali qəlyana,

Verilər bir qullab sulu qəlyana,

Müştüyə, əsaya, çəliyə pasport.


Əhməd Oruc:


Əhmədin ac gözü tox həddindədi,

Əlinin ətrafı lox həddindədi,

Səndə bu keyfiyyət yox həddindədi,

Vermək olar başda biliyə pasport.


Əli Kərimov:


Hədiyyə edilsin neçə zərgərə,

Neçə saatsaza, neçə bərbərə,

Verilsin 10-larla vətənpərvərə,

Bir də mənim kimi məliyə pasport.


Əhməd Oruc:


Axmaq gerçəkliklə barışarmı heç,

Ənlik-kirşanlıq üz qarışarmı heç?

Özün etiraf et, yaraşarmı heç,

Burnundan tökülən seliyə, pasport?

Əli Kərimov:


Çevirmə həmkara ard, zooparkında,

Boss qrantı gözlər qurd, zooparkında,

Lazımmı oturan "Yurd" zooparkında,

Ceyrana, cüyürə, əliyə, pasport?


Əhməd Oruc:


Vapşe lazım deyil rəzil kəslərə,

Qismət olmaz mənən kor-şil kəslərə,

Bu sənəd verilir kamil kəslərə,

Verməzlər sənin tək dölüyə, pasport.


Əli Kərimov:


Nə bulud, nə duman, çən, sis deyiləm,

Parisəm, Londonam, Tiflis deyiləm,

Mən ki, təbiətən iblis deyiləm,

Verməli mənim tək mələyə pasport.


Əhməd Oruc:


Xarici qrantı yemin etməkçün,

Bossu bəd işinə əmin etməkçün,

Şəxsi məqsədini təmin etməkçün,

Lazımdı sənin tək kələyə, pasport.


Əli Kərimov:


Otura bilmirəm yerimdə bizsiz,

Üç pasport gəzdirir sənin tək gözsüz,

Yaxşı bir hədiyyə olardı, sözsüz,

Məndəki arzuya-diləyə, pasport.


Əhməd Oruc:


Sənin "Yurd"un tinə verilməlidir,

Sükanı da cinə verilməlidir,

O pasport ki, sənə verilməlidir,

Verilməli yelə-küləyə, pasport.


Əli Kərimov:


"Yurd"a az şəbədə verilmsəlidi,

Təcili Kəbədə verilməlidi,

Birinci növbədə verilməlidi,

Mənim kimi tərlan-tüləyə, pasport.


Əhməd Oruc:


Deyəsən, xaricdən az gəlir tabaq,

Üzünə çox çəkdi bossların niqab,

Sənə təqdim edilməmişdən qabaq,

Girməli xəlbirə-ələyə, pasport.


Əli Kərimov:


Qarşında dayanan bənzəmir gicə,

Boss gərək mənimlə bol viski içə,

İstəyirdim gedəm mən də xaricə,

Bağlanmalı deyil biləyə, pasport.


Əhməd Oruc:

Əmin ol, qarşında nəhs tələ yoxdu,

Belə bir dakument, bil, hələ yoxdu,

Səndə qeyri-adi bir şələ yoxdu,

Sığmaz heç bir adi şələyə, pasport.


Əli Kərimov:


Pasport adı gəlcək qövr edir yaram,

Başqa bir istəyim yox bircə qram,

Gecələr yuxuma qatılıb haram,

Versin mən zəlilə, köləyə pasport.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər