Arzu Səmədbəyli:
Ələkçi bizlərə qıl verəcəkdir,
Bizə gizlənməyə kol verəcəkdir,
Hər bir mitinq üçün pul verəcəkdir,
Xarici səfirlər vəd verib bizə.
Nurəddin Məmmədli:
Dollar dağarcığı bu kifir bosslar,
Həm səxavətlidi bu kafir bosslar,
Pul verməkdən qaçmır bu səfir bosslar,
Onlar bol içkilər, ət verib bizə.
Arzu Səmədbəyli:
Bossla dursaq da tet-a-tet, alınmır,
Qursaq da yüz xülya, maket, alınmır,
Çoxdandı bir mitinq, piket alınmır,
Tale bəxtimizi bəd verib bizə.
Nurəddin Məmmədli:
Bizlərə otel, holl verməyəcəklər,
Pul nədi, hətta nol verməyəcəklər,
Mitinq pis keçsə, pul verməyəcəklər,
Xaric də məxsusi sədd verib bizə.
Arzu Səmədbəyli:
Mərkəzi meydana biz girək gərək,
Kütlələrə viski içirək gərək,
Möhtəşəm aksiya keçirək gərək,
Yaradan şux qamət, qədd verib bizə.
Nurəddin Məmmədli:
İndi kütlələr də lap asiləşib,
Çox yalançı vədlər qiyabiləşib,
Din də gözümüzdə siyasiləşib,
Mirmahmud qismində cədd verib bizə.
Arzu Səmədbəyli:
Biz deyil onlardı siyasi "as"lar,
Bizlər ayaqları altında koslar,
Birləşib möhkəmcə xarici bosslar,
Vacib bir komanda: rədd verib bizə.
Nurəddin Məmmədli:
Onlarla mitinqin üzü bir yürüş,
Fikrimiz-zikrimiz, düzü, bir yürüş,
İstərdik alınsın cüzi bir yürüş,
Bosslar yüz ölçülü hədd verib bizə.
Arzu Səmədbəyli:
Mənəm tünd narıncı o zərli oğlan,
Boss da sayır bizi dəyərli oğlan,
Bizlərin əksəri ciyərli oğlan,
Yaradan xoşifraz öd verib bizə.
Nurəddin Məmmədli:
Bossların sütunu möhkəm, uçulmaz,
Mitinqdə uğursuz final qaçılmaz,
İllərlə üz sürtsək, rəngi açılmaz,
Xaric dollar adlı büt verib bizə.
Arzu Səmədbəyli:
Heç lüzum da yoxdu şübhə, şəkk üçün,
Xaric imkan istər bizdən ərk üçün,
Meydanda polad tək bərkimək üçün,
Bosslar yem üstündən süd verib bizə.
Nurəddin Məmmədli:
Piketdə hücumda ülgüc görərik,
Pul gəlsə, arxada həm güc görərik,
Meydanda biz biri on üç görərik,
Yaradan gözləri cüt verib bizə.
Arzu Səmədbəyli:
Bizlər pulsuzluqdan sinəsi dağlı,
İtidən də iti bossların ağlı,
Oteldə viskinin ağzını bağlı,
Qadın töhfəsini lüt verib bizə.
Nurəddin Məmmədli:
Yatmadıq nədənsə bossun döşünə,
Xaric çox vursa da bizi dişinə,
Çox vaxt yaramadıq bossun işinə,
Yaradan ağlı da küt verib bizə.
Arzu Səmədbəyli:
Həmişə çalmışıq çəpik, quruşla,
Bizə vurmaq olar təpik quruşla,
Ulduza da hürrük qəpik-quruşla,
Zaman xasiyyəti tünd verib bizə.
Nurəddin Məmmədli:
Xaricin fikrinə daim şərik biz,
Küçədə-meydanda sözdə nərik biz,
Vaxtında yerinə bərkidərik biz,
Boss qrant yerinə vint verib bizə.
Arzu Səmədbəyli:
Söyüşlə deyərik öz sözümüzü,
Kobud apararıq həm özümüzü,
Dərhal sarıyarıq üz-gözümüzü,
Çünki bosslar çoxlu bint verib bizə.
Nurəddin Məmmədli:
Xaric nə verirsə, gərək hap edək,
Köhnə maşını da təzə "RAF" edək,
Pul cüzi olsa da, etiraf edək,
Boss narıncı çadır, çit verib bizə.
Arzu Səmədbəyli:
Kül üfürdük gözə, çəkdik mil əvvəl,
Göstərdik rəqibə ordan dil əvvəl,
Küçədə çox yatdıq 20 il əvvəl,
Meydan xeyli birə, bit verib bizə.
Nurəddin Məmmədli:
Piketdə polislə dirənmək üçün,
Ağızda dişimin əllə çək üçün,
İybilməni yaxşı öyrənmək üçün,
Xaric də afçarka it verib bizə.
Arzu Səmədbəyli:
Çoxlu pulda gördük ancaq faydanı,
Yaxşı anlayırıq pullu qaydanı,
Çevirrik bir anda küçə-meydanı,
Həsrətik sürəkli, möhkəm fit üçün.
Nurəddin Məmmədli:
Mitinq keçirərik ayinbaz kimi,
Xaric tanınıbdı qoyunbaz kimi,
Biz rola girərik oyunbaz kimi,
Bosslar əldən gedir təlxək, şit üçün.
Mirzə QƏRƏNFİL