PDF Oxu

Köşə

  • 1 422

“QADIN”  DİLİNDƏ  SÖYÜŞ  SÖYƏN “ZİYALI”

“QADIN” DİLİNDƏ SÖYÜŞ SÖYƏN “ZİYALI”

Jurnalistika sahəsində çalışaraq bizlər azad söz və ifadə meyarlarından istifadə edib həqiqətləri yazır, gerçəkləri oxuculara çatdırır, düzü-düz, əyrini isə əyri kimi təqdim edirik. Çünki bu amil həm borcumuz, həm də peşə səlahiyyətlərimiz çərçivəsində qaynaqlanan faktorlardan biri, bəlkə də birincisidir. Və ona görə deyil ki, jurnalist hər hansı həqiqəti iti qələmi ilə yazarkən gələcək müqəddəratını düşünməlidir, ona görə ki, gələcək müqəddəratını mənfi cəhətdən düşünən kəs öz peşəsinə xəyanət etmiş olur. Necə deyərlər, sonunu düşünən qəhrəman olmaz! Ancaq mən həmin pafoslu ifadəni bir kənara qoyaraq deyirəm: mən jurnalistəm, çalışdığım mətbuat orqanında həmkarlarımla qələmdaş, məsləkdaş olmaqdan fəxr hissi keçirirəm və gerçəyi öz imzamla xalqa çatdırmaq həm mənim, həm də həmkarlarımın ən ümdə borclarından biridir. Lakin...


SÖZÜ ÜZƏ DEYƏRLƏR, ƏGƏR ÜZ VARSA


Bu sahədə elə məqamlarla da rast gəlinir ki, artıq həmin məqamlarda tənqid olunan tərəf aqressiv münasibətlər bildirir. Məsələn, qəzetimizin ötən saylarının birində özünü aza qala "dahi mütəfəkkir", "təmiz insan", "ziyalı", hətta "mələk" kimi təqdim etməyə cəhd göstərən Rafiq Əliyev adlı tükənmiş adamın keçmiş qaranlıq həyatından qısa "oçerk" verilmişdi. Yazının məqsədi isə yuxarıda qeyd etdiyim kimi, onun Azərbaycana xəyanət etmiş şəxslərlə əlaqələrdə olması, həmin əlaqələrin bu gün də davam etməsidir. Daha dəqiq desəm, R.Əliyevin şəxsi mənəviyyatı haqqında bir kəlmə də olsun nə bir söz, nə də bir ifadə işlədilib. Sadəcə, bildirilib ki, onun zamanında kimlərlə əməkdaşlıq etməsi ictimaiyyətin yadından çıxmayıb. Bu gün isə özünü "ziyalı" adlandıraraq radikal müxalifət düşərgəsinin xalqına və dövlətçiliyə xəyanət etmiş "liderləri" ilə təmaslar qurması, bu vasitə ilə özünü təmizə çıxarmaq səyləri onun şəxsi "ambisiyalarının" nəticəsizliyindən irəli gəlib. Daha dəqiq desəm, R.Əliyevin ADNA-dakı kafedra müdirliyi postu əlindən çıxdıqdan sonra onun dərhal "siyasi mübarizənin" radikal qanadında təmsil olunması faktı özündə bir çox sualları yaratdı. Düzdür, o, bu addımını Eldar Namazov kimi şəxslərin aldıqları sifarişlər nəticəsində yaratdıqları qondarma "forum" vasitəsilə kamuflyaj etməyə çalışsa da, bu, onda heç də təbii alınmadı. Hər halda, kor-kor, gör-gör dünyasıdır. Və bu yazılarımdan qeyzə gələn R.Əliyev razılaşmadığı nüansları redaksiyamıza gəlib səviyyəli qaydada "sübut" etmək əvəzinə, "mələk" obrazındakı daxili çirkablıqlarını tam çılpaqlığı ilə ortaya qoydu. Ancaq qeyd etdiyim öncəki faktlara daha birisini də əlavə etmək istərdim. Yəni ictimaiyyətin məlumatı olsun ki, R.Əliyev siyasi oyunbaz olmaqla yanaşı, həm də şəxsi mənfəətlərini madiyyat baxımından, təmin edənlərdəndir. Məsələ ondadır ki, R.Əliyev ərəb ölkələrinin birində mal-dövləti, varidatı sayılmayacaq dərəcədə çox olan Kor Şeyxin kürəkənidir. Görünür, şeyx kürəkəni olmaq da, həmin bu oyunbazın siyasətində müəyyən rol oynayır.

Ona görə də, real faktlardan qaçınan bəzi şüvənlər həmin reallıqları qəbul etmək istəmirlər. Belə ki, dünən redaksiyaya anonim zəng edən edən bir "qadın" (qadın sözünü nəyə görə dırnaq arasına aldığımın səbəbini də açıqlayacağam - R.) müəllif olaraq mənə və sonra da bütövlükdə redaksiya heyətinə kobud, qələmə alınmayacaq təhqirlərlə dolu ifadələr işlədib, sonra da "trubkanı" qoyub yerə. Təbii ki, burada bir məqam ortaya çıxmış olur ki, həmin məqam R.Əliyevin bilavasitə deyil, "qadın" vasitəsilə bizə olan "cavabıdır". Hansı ki, bu, bir "cavab" deyil, özünə "ziyalı" deyən bir kəsin, həqiqətən də ziyalı olmamasıdır.

Digər tərəfdən, xalqımız arasında belə bir məsəl var ki, sözü üzə deyərlər. Çünki üzə deyilmiş sözlə, dalda deyilən sözün arasında dağlar qədər fərq dayanıb. Həmin fərqləri sadalamağa isə sadəcə vaxt yetməz. Təkcə onu deyə bilərəm ki, üzə deyilən söz üzü olan adam tərəfindən deyilməlidir. Daha üzsüzlər, simasızlar tərəfindən deyil. Əgər R.Əliyev öz sözünü üzə demək, irad bildirmək qabiliyyətinə malikdirsə, redaksiyamıza gələrək, hər hansı etirazını bildirə bilərdi. Amma təəssüf ki, belə olmadı və həmin "irad" anonim telefon vasitəsilə, özü də mənşəyibilinməz bir "qadından" istifadə olunmaqla eşitdirildi.

Həmin "qadına" gəldikdə isə "ziyalı" adından öyrədilərək, söyüş söyməyi özünə "ar" sayırsa, bu zaman o "qadın" işlətdiyi təhqirləri yeməyə də alışqandır. Bu cəhətdən şəxsən mən ona istədiyi qədər müxtəlif "menyu" təklif edə bilərəm. Yesin yeyə bildikcə, sonra da xoşuna gəlib-gəlmədiyini bildirsin. Ancaq indidən həmin "qadına" "NUŞ OLSUN!" deyirəm.

Digər xəbərlər