PDF Oxu

Köşə

  • 1 087

“İP”-in son mənzili “morq”dur

“İP”-in son mənzili “morq”dur

Bir anlıq müxalifətin bir neçə keçmiş qurumunun adını xatırlayaq: "Demokratik Konqres", "Demokratik Blok", "Müxalifətin Koordinasiya Mərkəzi", "Azadlıq" bloku və s. və i. Əvvəlki demokratiya, azadlıq, sülh, sabitlik kimi təmtəraqlı adlardan sonra nə üçün məhz ictimai palata?.. İctimaiyyətlə əlaqəsi olan hansı palatadan danışmaq olar? Suallar çox olsa da cavab birdir: təmtəraqlı siyasi adlardan sonra müxalifət bu adı doğrultmaq gücündə olmadığı üçün ictimaiyyət nümayəndələri ilə əlaqə qurmağa üstünlük verməyə məcbur olur. Onlar bunu sadə xalq kütləsi ilə təmas kimi başa düşürlər.

Bu fikrə analogiya kimi ciddi şeirlə meyxana qarşıdurmasını misal gətirmək olardı. Yəni başı mücərrədlik aləmində var-gəl edən şairlər öz şeirlərini daha da mücərrədləşdirdikləri bir vaxtda meyxanaçı gözlərinə döndüklərim adi, sadə və adamların başa düşdükləri qafiyələrlə oynaq nəzm nümunələrini məclislərdə bədahətən söyləməklə, həm sadə adamların hörmətini qazanır, həm də öz güzəranlarını daha da yaxşılaşdırmaq məqsədilə pul qazanırlar. Elə indi də hansısa bir şairə toy məclisində desən ki, bəylə gəlinin şəninə bir şeir de, onu lap divara da dirəsən, deməyəcək. Deyəcək ki, mən ciddi adamam, şeirim də ciddidi. Bundan sonra bir çoxları şeir kitablarının dövlət tərəfindən nəşr edilmədiyini və qonorar ala bilməmələrindən şikayətlənirlər. Meyxanaçılara isə şən və ruhoxşar sözlərinə görə avtomobil, mənzil və böyük məbləğdə pul bağışlayanların sayı get-gedə artır. Nə baş verir? Sadəcə olaraq, istedadlarına görə meyxanaçılardan qat-qat yüksəkdə duran şairlər başa düşmürlər ki, pul ayrı-ayrı nazirliklər, idarə və təşkilatlarda yox, xalqdadır, toy məclislərindədir və pulu da oralarda qazanmaq olar.

Müxalifətçilər də "haqq yolu"na qayıdıb, siyasi idarələri bir kənara ataraq, ictimaiyyətə müraciət edib, elektorat və nüfuz qazanmaq yolu tutublar. Odur ki, bir an da olsa fürsəti fövtə verməyərək, yaratdıqları "İctimai Palata"nın qapılarını taybatay açaraq, xırda-xuruş "cırtdan" partiya və qeyri-hökumət, hüquq-müdafiə və digər təşkilatları içəri buraxmağa başlayıblar. Əbülhəsənin "Yoxuşlar" romanında təsvir etdiyi nəhəng birmərtəbəli və birotaqlı kolxlz binasına oxşar "İctimai Palata"ları üçün binanın döşəməsi böyüklükdə bir yorğan-döşək düzəltməyi də unutmayıblar. Yəni nə qədər təşkilat nümayəndələri gəlsə, hamısına yer çatacaqdır...

Bu, işin bir tərəfidir. İkinci tərəf isə "İctimai Palata"nın qeyri-fəallığıdır. Yarandığı gündən bəri, hələ ki, "İP"-in səsi çıxmır. Neyləmək olar? Çıxış yolu var. Bir halda ki, müxalifətin özü onu xəstəxana palatasına bənzədir, deməli, ölü üzvləri bir-bir çıxarıb, morqa göndərmək lazımdır. Biz, sözsüz ki, reanimasiya otağının varlığından da xəbərdarıq. Ancaq ölüləri ora aparmırlar. Ölülər fəaliyyətsiz radikal müxalifət qurumları kimi birbaşa ölüxanaya aparılmalıdırlar.

Bu da müxalifətin öz siyasi təşkilatı olan "İctimai Palata"ya qoyduğu uğursuz, ancaq münasib ad.

Digər xəbərlər