PDF Oxu

Köşə

  • 1 137

Radikalların mitinqi iflasa məhkumdur

Radikalların mitinqi iflasa məhkumdur

Əhməd Oruc:


Xaric İsa bəyin qəlbini deşib,

Əli də çəkilib küncə büzüşüb,

"İP"-in hər bir işi düyünə düşüb,

Üzür radikalı mitinq mərəzi.


Qabil Hüseynli:


Sən də, Əhməd Oruc, eləmə çox ağ,

Pul verən bosslar da salamat və sağ,

"İP"-in gələcəyi olacaq parlaq,

Səsində duymuşuq daim qərəzi.


Əhməd Oruc:


Düşüb stul altdan, kasa əlindən,

"İP"-in şeflərinin qısa əlindən,

Bir neçə sent alıb İsa əlindən,

Çəkilib bir küncdə çeynə çərəzi.


Qabil Hüseynli:


Mitinqə aparır onları şakər,

İsa da, Əli də əziyyət çəkər,

Sənin dediklərin düz olsa əgər,

Qurular "İP" üçün mizan-tərəzi.


Əhməd Oruc:


"İP"-də hər bir lider sərsəri, naşı,

Axıdın pul üçün qanlı göz yaşı,

Siz olmayacaqsız Qərb vətəndaşı,

Orda lazım deyil sizə ərazi.


Qabil Hüseynli:


Düşür bu məqamda sizə təşəkkür,

Bizim liderlərdə çoxdu təkəbbür,

"İP"-də vacib deyil idrak, təfəkkür,

Axışar mitinqə onlarla Məzi.


Əhməd Oruc:


Get öz biznesinə, baqqalsan özün,

İndiki halınla naqqalsan özün,

Ləngiyib orada çox qalsan özün,

Ünvanına sözlər yayılar bəzi.


Qabil Hüseynli:


Kütlədən gələcək sürəkli hürüş,

"İP" də çıxaracaq ürəkli hürüş,

Qərbdən pul gətirər bizlərə yürüş,

Mitinqin sədası tutacaq ərzi.


Əhməd Oruc:


Sənin İsa bəyin xarici yaldar,

Əlinin özüsə naxırçı, maldar,

Sizə tikməyəcək narıncı paltar,

Nə naşı, nə də ki, sənətkar dərzi.


Qabil Hüseynli:


Bizim çiynimizdə mitinq ağır yük,

Az gözünü bərəlt, Əhməd, az döyük,

Mitinq keçirərik çoxminli, böyük,

Mən əsas sayıram möhtəşəm fərzi.


Əhməd Oruc:


Qaldı Şərqdə Misrin Qahirəsi də,

Onun Suriyası, sairəsi də,

Sizin səsinizin dairəsi də,

Keçə bilməyəcək heç bircə hersi.

Qabil Hüseynli:


Sübut edəcəyik - əzəlki bəyik,

Kütlələrə viski içirəcəyik,

Biz, sözsüz, bir mitinq keçirəcəyik,

Çünki radikalın bizik ən tərsi.


Əhməd Oruc:


Çabalayar siz tək fərd uçurumda,

Yüzlərlə kədər, qəm, dərd uçurumda,

Əli dayanıbdı sərt uçurumda,

Süquta aparır İsanı hirsi.


Qabil Hüseynli:


Qərbdən pul alırıq, hələ üz ağdı,

Çox pul alacağıq bosslardan nağdı,

Yıxılmaq bizlərdən hələ uzaqdı,

Hələ altımızda möhkəmdi kürsü.


Əhməd Oruc:


Tovlayıb yığaraq dayağı altda,

Xaric çəkib sizi bayrağı altda,

Sizləri ataraq ayağı altda,

Zaman qəlbinizə soxacaq kürzü.


Qabil Hüseynli:


"İP"-də pul qırırıq göz yaşımızdan,

Lider düzəldərək ən naşımızdan,

Pulu səpələyir boss başımızdan,

Bizlərə xoş gəlir bu həyat tərzi.


Əhməd Oruc:


Bəyanat hər həftə, hər ayda verib,

Boss sizə ziyafət Havayda verib,

Yaralı barmağa bir fayda verib,

Nə vaxt qorudunuz mədəni irsi?


Qabil Hüseynli:


Sərt qıcıq verərik, bizi az bizlə,

Başımız qarışıb kürsüylə, mizlə,

Elə səs salarıq piketimizlə,

Rus "malades" deyər, fransız "mersi".


Əhməd Oruc:


Görmədin xarici testlərdən fayda,

Liderin də görməz "yes"lərdən fayda,

Boss da görməyərək sizlərdən fayda,

Axırda önünə çəkəcək közü.


Qabil Hüseynli:


Nərddə səni udduq, bir tas vermədik,

Topumuzla sənə bir pas vermədik,

Biz sənə o qədər əsas vermədik,

Nəylə əlaqədar bu umu-küsü?


Əhməd Oruc:


Sentlər cibinizdə heç daşmayacaq,

Mitinqiniz eldə dolaşmayacaq,

Sizin mitinqlərdən kar aşmayacaq,

Sahibi götürsün, mən dedim sözü.


Qabil Hüseynli:


"İP"-i özümüzçün etmişik qəfəs,

Hələ səngiməyib ürəkdə həvəs,

Ən azı piketlə alırıq nəfəs,

Yürüşdən-mitinqdən bezmədik, düzü.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər