Sizcə, radikal müxalifətçilər niyə "Eurovision" Mahnı Müsabiqəsi əleyhinə təbliğat aparırlar? Yəqin deyəcəksiniz ki, Ermənistanın müsabiqədə iştirak etməkdən imtina etməsi onlarda ruh yüksəkliyi yaradıb. Çünki ermənilərlə Azərbaycan müxalifətindən başqa "Eurovision-2012"-nin Bakıda keçirilməsi əleyhinə çıxan yoxdur. Düzü, sizin bu mülahizəniz məndə də maraq doğurdu. Dünyanın hər yerində erməniləri dəstəkləyənlərin olduğunu bilirdim. Onu da bilirdim ki, Fransa prezidenti Nikolya Sarkozi və onun züy tutanları və ABŞ Dövlət Departamentinin ermənipərəstləri bu siyahının ilk pillələrində qərarlaşıblar. Sən demə Azərbaycanda da erməniləri dəstəkləyənlər varmış. Qondarma "hüquq-müdafiəçiləri" Leyla Yunusova və Arzu Abdullayevanın ermənipərəstliyi bizə məlumdur. Sən demə müxalifətçilər onların arxalarında dağ kimi durub, yarpaq kimi əsirmişlər.
Bu erməni köpəyuşağı ağızlarını açan kimi bizim "İctimai Palata" təmsilçiləri onların nə deyəcəklərinin fərqinə varmayaraq, dərhal dəstəkverici şüarlar qışqırmağa başlayırlar. Deyən də yoxdur ki, ay bala, bir dayanın, görün bir nə deyirlər, sonra kefiniz istəyən qədər verin reaksiyanızı... Yox e, "İP"-çiləri saxlamaq, onların ağızlarını bağlamaq mümkün deyil. Görünür, ermənilərin nə demələrindən asılı olmayaraq, hər bir riyakar çağırış "İctimai Palata"çıları təmin edir. Onlar yaxşı bilirlər ki, ermənilər Azərbaycan iqtidarının heç bir uğuruna sevinməz. Deməli, erməni ağzını açırsa, mütləq pisliyə açır. Bu mənada, nəzərə almaq lazımdır ki, "İP"-çilər də ölkənin hər hansı uğuruna sevinmir.
Azərbaycanın Silahlı Qüvvələrinin get-gedə qüdrətlənməsi düşmən ermənilərin canına necə vəlvələ salırsa, ölkənin siyasi, iqtisadi, mədəni və digər uğurları "İP"-çilərin və digər radikalların kürklərinə birə salır. Səbəb odur ki, Azərbaycan irəliyə doğru addım atdıqca, əhalinin güzəranı yaxşılaşır və bu cür adamlar nəzərlərini hansısa məchulluğa doğru yönəltmək istəyən müxalifətçiləri eşitmək istəmir. Əhali arasında nüfuz qazana bilməyən müxalifətçilər də dərhal xarici havadarlarının danlağı ilə üzləşir və pul qazana bilmirlər.
Müxalifətin "Eurosion" qorxusuna gəldikdə, bu tədbirin cahanşümulluğunu və əsrarəngizliyini "İP"çilər yaxşı dərk edirlər. Qorxuları isə odur ki, bu tədbir keçirilib başa çatdıqdan sonra Azərbaycan dövlətinin nüfuz və hörmətinin dairəsi daha da genişlənəcək, müxalifətin kütləvi aksiya kimi bəyanatları arxa plana keçəcəkdir. Bu cür uğursuzluq, xüsusən, xarici havadarlar qarşısında pərt duruma düşməsi müxalifət üçün ölümə bərabərdir. "İctimai Palata" üzvləri məhz bu vəziyyətdən sığortalamağa çalışırlar. "Eurovision" uğuru müxalifət üçün ağır nokaut zərbəsindən də dəhşətlidir. Göründüyü kimi, bu dəhşət onlar üçün qaçılmaz olacaqdır.