Araz Əlizadə:
"İP"-di ayaqlara düşüb ağlayan,
Əlidi, İsadı cibi yağlayan,
Hamı bilir sizi Qərbə bağlayan,
Qrantdı, maliyyə vəsaitidi.
Arif Hacıyev:
Bosslar pul vəd edir əsil maq kimi,
Bu ümid İsaya kərə yağ kimi,
Açıbdı ağzını yalquzaq kimi,
"İP" avro qapanda dişi itidi.
Araz Əlizadə:
Nə qədər gur axır Araz, Həkəri,
Uğursuz hərlənsin çərxin təkəri,
Sizin Əli, İsa bossun nökəri,
"İP"-də hər yetkili qapı itidi.
Arif Hacıyev:
Bir "İP"-di Qərbin də təzə atdığı,
Bizik bossun çəkib düzə atdığı,
Qərbin Keyptaundan bizə atdığı,
Kenquru ətidi, pinqivin ətidi.
Araz Əlizadə:
Nahaq min il keçə haqqı əyəmməz,
Müdriklərin başı yerə dəyəmməz,
Sizin yolunuzu Tanrı bəyənməz,
Yeriniz cəhənnəm, sözüm qətidi.
Arif Hacıyev:
Qərbindi üstümdə olan hər şeyim,
Özüm də lüm-lütəm, yalan nə deyim,
Əynimizdə olan narıncı geyim,
Bossun göndərdiyi yardım çitidi.
Araz Əlizadə:
Sığal da çəkmədin saçı qulaca,
Çaxırdan, viskidən gözün alaca,
Pulu boss versə də, boyu balaca,
Sənin başındakı bossun bitidi.
Arif Hacıyev:
İzini naqafil saldın keçmişdə,
Dərin xəyallara daldın keçmişdə,
Sən öz ASDP-lə qaldın keçmişdə,
Səni qabaqlayan qanmaz yetidi.
Araz Əlizadə:
Xarici bosslardan alıb pay belə,
Heç vaxt qanmadınız haqqı-say belə,
Mövcud olmazdınız bircə ay belə,
Sizi dingildədən bossun fitidi.
Arif Hacıyev:
Eşidən dəqiqə rəqibdən hədə,
Sən öz qurumunla getmisən bədə,
Bizim qurumlarla müqayisədə,
Partiyan çox dayaz, həm də şitidi.
Araz Əlizadə:
Küçələr, meydanlar hürüş yeriniz,
Bakı meydanları örüş yeriniz,
Paris, Vaşinqtondu görüş yeriniz,
Etibar bəyinki London-sitidi.
Arif Hacıyev:
Əli də, İsa da zülmünü çəkdi,
Onun toxumunu, sözsüz, Qərb əkdi,
Bizim "İP" bloklar içində təkdi,
Müxalif qurumun yeki-xitidi.
Araz Əlizadə:
Duruşunuz əsla deyil alınan,
Gedəndə gedərsiz yolun solunan,
Sizə xalq adından təklif olunan,
Siyasi meydandan tezcə getidi.
Arif Hacıyev:
Bir zaman salmısan bizi qana da,
Özün də tanındın ən pis mənada,
Sənin özünə də, partiyana da,
Ayazın son sözü qəti netidi.
Araz Əlizadə:
Qəti itələyib bizlərə çulu,
Aldınız bizlərdən qrantı, pulu,
Özünüz xaricin buyuruq qulu,
Bizlərə sözünüz acı, kötüdü.
Arif Hacıyev:
Özünə toxtaq ver, bizi az yanı,
Bizlərdən ayrılıb qorudun canı,
Sən güzgüyə baxıb özünü tanı,
Yanında "İP"-çilər - bizlər ötüdü.
Araz Əlizadə:
Qərbə də, Şərqə də oğru getdilər,
Özləri qranta doğru getdilər,
Türmənin küncünü otel etdilər,
Səni qınayanlar "İP"-in lütüdü.
Arif Hacıyev:
Sıranızda dığa kirvə çatmışmır,
Partiyanda qüllə türbə çatışmır,
Başına da güclü zərbə çatışmır,
Səninki stulda isti ütüdü.
Araz Əlizadə:
De ki, tərk eləsin İsa mizini,
Nə qədər tökməyib kütlə gözünü,
Təkrar əzbərləyin mitinq sözünü,
Küçələr, meydanlar "İP"-in bütüdü.
Arif Hacıyev:
Merkuri, Venera, Mars götürmüşük,
Bəyazid, İstanbul, Qars götürmüşük,
Qərbə, Vaşinqtona kurs götürmüşük,
Sən geridə qaldın, qatar şütüdü.
Araz Əlizadə:
Nəsibin İsanın cırıq torbası,
İstəyiniz ancaq qrant zorbası,
Bölünməz əlinlə eşşək arpası,
Sevdiyin liderlər səndən kütüdü.
Arif Hacıyev:
Ürək bulandırıb daima şirman,
Bizlər mitinqlərə vermişik fərman,
Qurumun bir gülə olmadı dərman,
Ayazın önündə Araz mütidi.
Mirzə QƏRƏNFİL