PDF Oxu

Köşə

  • 1 063

92-NİN ƏLİSİ VƏ MƏŞHUR MÜŞAVİRƏ

92-NİN ƏLİSİ VƏ MƏŞHUR MÜŞAVİRƏ

Belə bir məsəl var, deyərlər ki, küçük sümük verən sahibinin deyil, ət verən yadın yanına qaçar, ta ki it olana qədər. Amma mən bu dəfə küçüklərdən, itlərdən yox, özünü "adam" sayan bioloji varlıqdan danışmaq istərdim. Hərgah həmin "adamın" adamlığa bir qəpiklik aidiyyatı olmasa belə. Çünki uzun illər ötməsinə baxmayaraq, hələ də küçüklük səviyyəsindən o yana gedə bilməyib həmin bioloji varlıq. Ona görə ki, 1992-ci ildə quyruq buladığı xarici agentlər bu gün də ona həmin ətləri tullayırlar. Görünür, it olmaq varlığa heç də sərf etmir. Bunun üçün də küçüklüyündə qalmağı üstün tutur. Bir sözlə, həmin bioloji varlıq Əli Kərimovdur. O Ə.Kərimov ki, bu günlərdə bir daha Azərbaycan xalqına qənim kəsilən düşmənlərə qarşı sıcaq münasibətini elə onların agentlikləri olan "Regnum"da təsdiqlədi. Amma bir şeyi yadından çıxardı. Yadından çıxardı ki, "biz iqtidarda olarkən, rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik" deyəndə 92-ci ildə, yəni iqtidarda olduğu ildə də həmin sözləri prezident müşavirəsində işlədib. Belə ki, həmin "vurub-tutan" vaxtlarında da bu bioloji varlıq xarici agenturalarla yaxın əlaqələr qurur, onların tulladıqları ətlərdən bəhrələnərək, müqabilində qəşəngcənə dividendlər qazanırdı. Nə deyib o zamankı məşhur müşavirədə Ə.Kərimov?

1993-cü il mayın 25-də keçirilmiş müşavirədə Ə.Kərimovun özünün çıxışı bir daha hafizələri yeniləməyi məcbur edir. Geniş məruzə ilə çıxış edərək, o vaxtkı hakimiyyəti yıxıb-sürüyən, anarxiyanın, korrupsiyanın baş alıb getdiyini aqressiv bir tonla müşavirə iştirakçılarının nəzərinə çatdıran məgər o deyildimi? "Liderim", "öndərim" dediyi Elçibəyin öz çıxışında söylədiyi "Barı alanda və oğurlayanda da insafınıza və nəfsinizə sahib çıxın" kəlməsini xatırlamayacaq qədərmi unutqan oldu Əli?! Həmin komandada Gömrük Komitəsinin sədri olan İbrahim Vəliyevə ünvanlanan cavabsız suallar, digər nazirliklərdə korrupsiya ilə bağlı sadalanan faktlar, hərbidə tüğyan edən maliyyə və kadr özbaşınalığı, torpaqların bir-bir təslim edilməsi və s. Görəsən, AXCP (i) sədri arxivdə qalan stenoqramları, çəkilişləri inkar edə biləcəkmi?

Hər halda, onun öz dilindən bir sitat gətirək: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".

"Regnum"a verdiyi müsahibədə əsasən gənclərə çağırışlar edən bu fərd elə bilir ki, Azərbaycan ictimaiyyəti AXC-Müsavat hakimiyyətinin cinayətlərini, dövlətin malının, mülkünün talanmasını, silsilə xəyanətləri unudub. Ancaq təbii ki, belə deyil və martın 17-də Azərbaycan gəncləri kimin yanında olduqlarını əyani şəkildə nümayiş etdirdilər. Ə.Kərimov isə utanmadan martın 17-də keçirilən mitinqdə guya "minlərlə" gəncin iştirak etdiyini bildirir, 8 aprel aksiyasından çərənləyir və bütün bunları ölkənin siyasi həyatında son günlərin "ən vacib hadisəsi" kimi qələmə verir. Absurd deyilmi? Kim var idi o mitinqdə? Öz qohum-əqrəbalarından, səfil həyatı öz arzuları ilə yaşayan rokçu narkomanlardan və "Azadlıq" qəzetinin mitinqçi-köşə yazarlarından savayı heç kim! Bu ölkədə cəmiyyət içində azacıq hörməti olan biri, öz övladının toy məclisinə rahatca min nəfər toplaya bildiyi halda, 20 ildir müxalifətçilik edən 50 təşkilat icazəli mitinqə cəmi 300-400 adam yığdı.

Bir də ki, "İctimai Palata"nın müvafiq orqanlara 8 aprel aksiyası ilə bağlı müraciətdə tələb olunan yerlərin siyahısından 20-ci sahənin çıxarılması da birbaşa deyilənlərin sübutudur. Çünki radikal müxalifət 17 mart biabırçılığı ilə üzləşdikdən sonra qarşılaşa biləcəyi daha bir fiaskodan qorxur. Və əslində, həmin müraciət özündə hər hansı bir mitinq arzusunu yox, açıq-aydın imitasiyanı və hansısa beynəlxalq təşkilatdan qrant qamarlamaq siyasətini ehtiva edir. Belə yerdə hörmətli Siyavuş Novruzov çox gözəl və yerində vurğulayıb ki, bunlar indidən yay istirahətləri üçün azuqə toplayırlar.Çünki radikal müxalifət mövsümi xarakterlə "idarə olunurlar". Axı qarşıda bizləri isti yay günləri gözləyir. Bəs Antaliyada kimlər dincəlməlidir? Əlbəttə ki, sözügedən bioloji varlıqlar.

Digər xəbərlər