PDF Oxu

Köşə

  • 1 107

MƏGƏR BUNLAR FAKT DEYİLMİ ?!

MƏGƏR BUNLAR FAKT DEYİLMİ ?!

"İctimai Palata"nın 8 aprel aksiyasından danışmağa, yaxud da yazmağa fikrim yoxdur. Çünki hər şey kifayət qədər aydın, kifayət qədər aşkar və kifayət qədər gülüncdür. Ona görə də bir-iki gün güldükdən sonra birtəhər özümə gələrək, bu köşəmi yazmağı planlaşdırdım. Çünki burada yazacağım faktlar artıq gülməyi deyil, düşünməyi vadar edəcək və düşünərək nəticə çıxarmalı olacaq faktlardır. Düzdür, bəlkə də hörmətli oxucu həmin faktların bir neçəsinə bələddir, amma əminəm ki, ortada bilmədikləri də mövcuddur. Qısası, söhbət müxalifət düşərgəsində bir-birilərinə yapışıb-qopanlardan, bir gün "dost", bir gün də düşmən olan və özlərini "lider" sayan fərdlərdən gedir.


HEÇ KİMƏ SİRR DEYİL Kİ...


Bu gün Müsavat başqanını mitinqlərdə yaltaqcasına mədh edən, dünən isə onun partiyadaxili siyasətinə etiraz əlaməti olaraq, həmin partiyadan istefaya gedən İbrahim İbrahimlinin "müxalifətçiik nəzəriyyəsini", AXCP (i)-Müsavat partiyaları arasında cərəyan edən əbədi və barışmaz düşmənçiliyin nəticələrini də yenidən qabartmağa ehtiyac yoxdur. Çünki bu da heç kimə sirr deyil...

Sadəcə, söhbət ondan ibarətdir ki, 1988-ci ildə formalaşmış müxalifətin özü elə xəyanətlər, qanlar-qadalar və siyasi həyasızlıqlar üzərində əmələ gəlmişdi. Təbii ki, bu gün mitinqlərdə özünü mədh etdirən İ.Qəmbərov isə həmin siyasi həyasızlığın bariz və canlı nümunəsidir.

1988-ci ildən müxalifət tarixi göstərir ki, İ.Qəmbərov olan yerdə dağıdıcı intriqalar olub, müxalifətin birliyi olmayıb. İ.Qəmbərov həmişə közü öz qabağına çəkib. Şəxsi və qrup maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutub. Ona görə də onun hansısa müsbət cərəyana xidmət etməsi ümumiyyətlə absurddur.

1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycan xalqını qıranda İ.Qəmbərov mətbuata etiraf etdiyinə görə bir dostunun evində çay içirdi. Həmin etirafdan bir cümləni təqdim edirəm: "Sonra da Primakov "KQB" sədri Vaqif Hüseynova tapşırırdı ki, mənə toxunulmasın". Bu gün də Azərbaycan müxalifətinin normal olaraq bir araya gəlməsinə mane olan, agent axtarışına çıxan, "KQB" ilə əməkdaşlığa dair özünün ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır!

2003-cü ildə aranı qarışdırdıqdan sonra ortadan qeyb olan, sonra da törətdiyi hadisələri hakimiyyətin üzərinə çıxarmağa çalışan da odur, 2005-ci ildə 26 noyabr mitinqində meydandan birinci, arxa qapıdan qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə gəlməkdən imtina edən də məhz odur!

Və maraqlıdır ki, icazəli mitinqlərdə ortaya çıxan, icazəsiz aksiyalarda isə yoxa çıxan da İ.Qəmbərovun şəxsən özüdür ki, özüdür.

İndi onu "dəstəkləyənlərdən" soruşuram və onları xəbərdar edirəm ki, ay yazıqlar. Axı siz də bir gün bu siyasi dələduzun qarmağına keçəcəksiniz, məgər bütün bunlar fakt deyilmi?!


RÖVŞƏN


P.S. Sabah növbə AXCP (i) sədri Əli Kərimovundur. Digər iddialılar isə "lider" olmaq üçün irəli çıxmağa can atıb, köşə növbəsini pozmasınlar və bir-birilərini didməyərək, növbəyə düzülsünlər. Axı müxalifətin "əsas liderləri" bundan da qeyzə gələ bilərlər...

Digər xəbərlər