PDF Oxu

Köşə

  • 1 111

22 aprel mitinqi - İsa və Əlinin gözü ilə

22 aprel mitinqi - İsa və Əlinin gözü ilə

İsa Qəmbərov:


22 apreldə keçirmərik qəm,

Viskidən vuraraq olarıq həm dəm,

Mitinq olacaqdı böyük, möhtəşəm,

Güc allıq Leninin al bayrağından.


Əli Kərimov:


Qərbli bossları da salarıq bəndə,

Adam gətirərik 20 min də,

Leninin növbəti ildönümündə,

Mitinqdə vurarıq tut arağından.


İsa Qəmbərov:


Bosslar adımızı igid qoyacaq,

Kütlə nəşə dadıb dərhal uyacaq,

Qərb özü mükəmməl sevinc duyacaq,

Sənin tək, məni tək dost sorağından.


Əli Kərimov:


Dəvələr, pələnglər gətiriləcək,

Belində fişənglər gətiriləcək,

Bizimçün çələnglər gətiriləcək,

Amazon çayının düz qırağından.


İsa Qəmbərov:


Həm şöhrət gətirər mitinq, həm də şan,

Xaric sinəmizə taxacan nişan,

Bosslar da bizlərə edər ərməğan,

Çoxlu pul ödəyər bank varağından.


Əli Kərimov:


Sözləşərik Qərbin min bici ilə,

Gələlər bərbərlər ülgücü ilə,

Ələddin göndərər div gücü ilə,

Kütləyə sehirli mil çırağından.

İsa Qəmbərov:


Sağa sığınanlar bezib sol verər,

Mitinq yaxşı keçsə, pulu bol verər,

Biz mitinq keçirrik, bosslar pul verər,

Hər tərəf danışar öz marağından.


Əli Kərimov:


Parisdə deyərsən tost Əli ilə,

Qrant da alansan dost əli ilə,

Mitinq yaxşı keçsə, boss əli ilə,

Saçın da daranar öz darağından.


İsa Qəmbərov:


Sənət öyrənərik şeytandan, cindən,

Bizə dəstək gələr İrandan, Çindən,

Tutaram sovetin mən çəkicindən,

Sən isə Leninin küt orağından.


Əli Kərimov:


Şübhəsiz, dəyişər xeyli vəziyyət,

O vaxt təmin olar maraqlar, niyyət,

Bizlər çəkəcəyik yaxşı əziyyət,

Mitinqin, yürüşü xoş fərağından.


İsa Qəmbərov:


Meydanda əməlli axıtmarıq tər,

Qərb bizi pul ilə sınağa çəkər,

İcazə almasaq mitinqdə əgər,

Gərək yararlanaq boss yarağından.

Əli Kərimov:


Mitinq alınmasa sürüyər bizi,

Boss ilə qoşular, boğar tər bizi,

Sevinc, fərəh hissi bürüyər bizi,

Mitinqin, yürüşün xoş növrağından.


İsa Qəmbərov:


"İP"-lə bosslar ilə oyuna girək,

Qrant az olarsa, çevirək kürək,

Boss bizə lap çoxlu pul versin gərək,

Su içdik mitinqin saf bulağından.


Əli Kərimov:


Qayğımızı "Soros" çəkir söyləyək,

Sözümüzü yekdil və bir söyləyək,

Gərək biz müstəqil fikir söyləyək,

Tutaq qoşa əllə boss qulağından.


İsa Qəmbərov:


Ağır vurmalıyıq vuranda pəli,

Qərb nə qədər versə, yeyib sökməli,

Əlbəttə, vaxtında tədbir tökməli,

Yıxılmamış vaxtın nəhs ulağından.


Əli Kərimov:


Bizim mitinqimiz saf qızıl əyar,

Onun gedişində min müəmma var,

Pul verən boss bizi dara qısnayar,

Yaxa qurtarmalı Qərb talağından.

İsa Qəmbərov:


Mitinqlərdən sonra yerimiz dardı,

İflasa uğrasaq, qəbrimiz dardı,

Bossun da, bizim də səbrimiz dardı,

Bitki ayrılmalı öz alağından.


Əli Kərimov:


Qərb də üz döndərər səhv addım atsaq,

Küçədə, meydanda qıvrılıb yatsaq,

Qrant alıb gedib biz başı qatsaq,

Pulu qaytararlar gözün ağından.


İsa Qəmbərov:


Növbəti mitinqdən problem qoxur,

Yəqin açılacaq meydanda paxır,

Elə hamıya də xoş gəlir uğur,

Çoxumuz dəmləndik qrant buğundan.


Əli Kərimov:


Gələcək mitinqə müsbətdi sözüm,

Kütlə də axışar göstərsək dözüm,

Nəşə dolduraram müştüyə özüm,

Qrant sallanacaq İsa bığından.


İsa Qəmbərov:


Biz gərək olmayaq bossdan gileyli,

Bizdədi onların birinci meyli,

Kənardan baxanda kiçilir xeyli,

Çox azman görünür yürüş yaxından.


Əli Kərimov:


Bosslar pul verəcək almasaq xətər,

Bir piketi belə verməyək hədər,

Gözə girməliyik biz mümkün qədər,

Kənarda qalmayaq gərək axından.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər